“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Simonyanın torbasını tikənlər - Aralarında müavini də var

Tarix 10.07.26, 14:17

Font ölçüsü : - / +
bitmap-img6


“Vətəndaş müqaviləsi” partiyasının təxminən 20 nümayəndəsi Ermənistan parlamentinin spikeri Alen Simonyana qarşı fəal iş aparıb və onun tutduğu vəzifədən uzaqlaşdırılması üçün Baş nazir Nikol Paşinyanın qərarına təsir göstərib.

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə Ermənistanın “Joğovurd” nəşri çıxış edib.

Məlumata görə, son aylarda hakim partiyanın üzvləri Paşinyana Simonyan haqqında kompromat xarakterli materiallar təqdim ediblər. Həmin materiallarda ehtimal olunan korrupsiya əməliyyatları, himayədarlıq, klan sisteminin yaradılması, eləcə də partiya yoldaşlarının, o cümlədən qadınların alçaldılması halları barədə məlumatlar yer alıb.

İddia edilir ki, mətbuatda Simonyanın özünün və ailə üzvlərinin əmlakının kəskin artması barədə çoxsaylı nəşrlər də Baş nazirin mövqeyinə təsirsiz ötüşməyib. 

“Baş nazir partiya daxilindəki əhvali-ruhiyyəni nəzərə alaraq, komandanın böyük hissəsinin mövqeyinə qarşı getmək istəməyib”, - nəşr yazıb. 

Nəşrin iddiasına görə, Simonyana qarşı deputatlar Hayk Sarqsyan, Armen Xaçatryan, Hayk Koncoryan, Ripsime Unanyan, Culyetta Azaryan, Lusine Badalyan, Zarui Batoyan, Ripsime Qriqoryan, Arpi Davoyan, Lilit Minasyan, Lilit Stepanyan, Andranik Koçaryan, Eriknaz Tiqranyan, Hayk Tsirunyan, yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan, eləcə də keçmiş deputat Vilen Qabrielyan çıxış ediblər.

Ən maraqlı məqam isə bu siyahıda Simonyanı spiker vəzifəsində əvəz edəcək hazırkı vitse-spiker Ruben Rubinyanın da adının olmasıdır. 

Qeyd edək ki, Alen Simonyan 2021-ci ildən parlamentin spikeri vəzifəsini icra edib. Bu il keçirilən parlament seçkilərində o, “Vətəndaş müqaviləsi”nin siyahısında 14-cü nömrə ilə yer alıb və seçkiqabağı kampaniyada fəal iştirak edib, lakin nəticələrin elan edilməsindən sonra partiyanın İdarə Heyətinin qərarı ilə spiker vəzifəsinə namizədliyi irəli sürülməyib. O isə yeni çağırış parlamentdə deputat mandatından imtina edəcəyini bildirib və bunu şəxsi həyatına daha çox vaxt ayırmaq istəyi ilə izah edib.



Xəbərin oxunma sayı : 133




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap