“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Mİ6 Rusiya təhlükəsi ilə bağlı məlumat verdi - Britaniyadan şok xəbərdarlıq

Tarix 26.08.26, 22:54

Font ölçüsü : - / +
bitmap-img6


Britaniya kəşfiyyatı ölkə rəhbərliyinə Moskvanın birbaşa hərbi əməliyyat ehtimalı barədə xəbərdarlıq edib, Macarıstan isə rəsmi olaraq Rusiyanı təhdid kimi tanıyıb.

Son saatlarda aparıcı qərb nəşrlərinin (The Telegraph, Financial Times, The Guardian, Der Spiegel) yayımladığı məlumatlar Avropada təhlükəsizlik böhranının yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Mİ6 Böyük Britaniyanın Baş naziri Endi Börnhama ölkənin Ukraynaya dəstəyi fonunda Rusiyanın birbaşa hərbi əməliyyat həyata keçirə biləcəyi barədə xəbərdarlıq edib. Bu təhdid fonunda London fövqəladə hallar planlarını sürətləndirib və müdafiə tədbirlərini maksimum səviyyəyə qaldırıb:

Britaniyalılara elektrik və ya təchizat kəsintiləri riskinə qarşı evdə minimum 3 günlük içməli su, uzunmüddətli qida və vacib tələbat malları saxlamaq tövsiyə olunub.

Britaniya sularında Rusiya gəmi və sualtı qayıqlarının fəaliyyətinə, həmçinin fiber-optik kabellər və enerji xətlərinə yönələn "boz zona" (kiberhücumlar, sabotaj) təhlükələrinə qarşı nəzarət gücləndirilib.

Hökumətin böhran və müharinə şəraitində fəaliyyətini tənzimləyən məxfi mülki və hərbi uzlaşma planları yenilənir. Daxili Müdafiə Proqramı çərçivəsində bəzi strateji hədəflərin icra müddəti 2035-ci ildən 2030-cu ilə geri çəkilib.

Digər tərəfdən, Rusiya təhlükəsizlik strukturları da sərhədboyu zonalarda fəallığı artırıb. FSB və Rusiya Milli Qvardiyası Leninqrad vilayətinə ola biləcək hücumları dəf etmək üçün genişmiqyaslı təlimlər keçirib.

Təhlükəsizlik qüvvələri sərhəddən sızan təxribat qruplarının axtarışı, zərərsizləşdirilməsi və qaçış yollarının bağlanması istiqamətində əməliyyatlar məşq ediblər.

Kadrlarda təhlükəsizlik qüvvələrinin avtobusa basqın etməsi və minaatanlardan atəş açması əks olunub. Qeyd olunub ki, təlimlərdə MDB ölkələrindən olan təhlükəsizlik qüvvələri də iştirak edib.

"Der Spiegel" nəşrinin Macarıstan hökumətinin daxili sənədlərinə istinadən yaydığı məlumata görə, Budapeşt Rusiyanı açıq şəkildə "təhdid" kimi təsnif edib.

Yeni xarici siyasət kursu Baş nazir Peter Magyar tərəfindən imzalanan və sentyabr ayında BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək Macarıstan nümayəndə heyətinə verilən direktivlərdə əksini tapıb.

Sənədlərdə vurğulanır ki, "Rusiyanın hərəkətləri Macarıstan, Avropa və dünya nizamı üçün təhlükə yaradır". Eyni zamanda, Budapeştin Ukrayna üçün "davamlı sülh və uzunmüddətli təhlükəsizlik zəmanətləri" ilə nəticələnə biləcək səyləri dəstəklədiyi bildirilir.



Xəbərin oxunma sayı : 970




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap