“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Qızılcadan ölən məktəbli ilə bağlı AÇIQLAMA

Tarix 05.12.23, 22:30

Font ölçüsü : - / +
bitmap-img6


Neftçala rayonunda vəfat edən məktəbli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Azərtac" xəbər verir ki, Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru Elman Quliyev bildirib ki, Aşağı Surra kəndində yaşayan Əliyeva Samirə Elxan qızından əvvəl həmin ailədə olan digər uşaq Samir Əliyevin qızılcaya yoluxması ilə bağlı kənddə yerləşən tibb məntəqəsinə müraciət olunub.

“Dərhal həkimlər tərəfindən ailədə olan hər üç uşaq -2010-cu il təvəllüdlü Samir Əliyev, 2013-ci il təvəllüdlü Samirə Əliyeva, 2016-cı il təvəllüdlü Kərim Əliyev yoxlanılaraq müayinə olunub. Qızılcaya yoluxan Samir Əliyevin noyabrın 27-də növbəti müayinə zamanı sağaldığı və digər uşaqlarda hər hansısa qızılca əlamətinin olmadığı müəyyən edilib. Noyabrın 30-da isə Samirə Əliyevanın qızılcaya yoluxması göstəriciləri ilə bağlı tibb məntəqəsinə yenidən müraciət olunub. Həkimlər müayinə zamanı onda 37,2-37,5 dərəcə hərarət və yüngül səpkilərin olduğunu aşkarlayıblar və mütəmadi olaraq Samirə Əliyeva və digər uşaqlar həkimlərin nəzarətində saxlanılıb. Ötən gün həkimlər növbəti dəfə həmin ailədə uşaqları müayinə edən zaman hansısa təhlükəli hal müşahidə etməyiblər. Bu gün səhər saatlarında isə Samirə Əliyevanın səhhəti anidən ağırlaşdığı üçün ailəsi tərəfindən uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda vəfat edib”, - deyə xəstəxananın direktoru qeyd edib.



Xəbərin oxunma sayı : 889




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap