“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Tarix 08.05.24, 20:34

Font ölçüsü : - / +
bitmap-img6


Slovakiyanın Baş Naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri və səfər zamanı çox mühüm sənədlərin imzalanması əməkdaşlığa verilən böyük önəmdir və hər iki dövlətin milli maraqlarına uyğundur.
      
Cənab Prezident İlham Əliyev mətbuata bəyanatında səfərin əhəmiyyətini qiymətləndirərək bildirmişdir ki, Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq. Səfər zamanı ölkələr arasında tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması bu uğurun başlanğıcıdır və gələcəkdə özünün daha yaxşı nəticələrini göstərəcəkdir. Bunu müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər bir daha təsdiq edir. Dünyada yaranmış qeosiyasi vəziyyət və Azərbaycan torpaqlarının uzun illər təcavüzə məruz qalması, ərazilərimizin hərbi yolla geri qaytarılması müdafiə qüdrətimizin gücləndirilməsini başlıca vəzifə kimi qarşıya qoyur və Slovakiya ilə bu sahədə əməkdaşlığa önəm verilməsi çox əhəmiyyətlidir.
      
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və xarici dövlətlərlə energetika sahəsində əməkdaşlıq genişlənməkdədir. Ölkəmiz hazırda dünyanın 8 ölkəsinə təbii qazını ixrac edir. Ölkəmizin rəhbəri bildirmişdir ki, "Ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında "Həmrəylik Halqası" adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır".
     
 Bu səfər zamanı iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, sərmayə layihələrinin reallaşdırılması, biznes mühitinin yaxşılaşdırılması diqqət mərkəzində olmuşdur. Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icra ediləcəyi yüksək qiymətləndirilmiş və müasir standartlara cavab verən "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər qeyd edilmişdir.
      
Slovakiyanın Baş Naziri mətbuata bəyanatında Azərbaycanın əldə etdiyi uğurları, haqq-ədalət mübarizəsini yüksək qiymətləndirərək bildirmişdir ki, "Siz suverenliyə gəldikdə nümunə ölkəsiniz. Suveren mövqe və fikirlərə gəldikdə, mən hər zaman belə ölkələri yüksək qiymətləndirirəm. Siz ədalətsizliyə sinə gərirsiniz."
      
Slovakiyanın Baş Nazirinin ölkəmizə səfəri sözsüz ki, beynəlxalq münasibətdə də özünün müsbət nəticələrini göstərəcək. Hər iki dövlət sülh, demokratiya, təhlükəsizlik məsələlərində eyni mövqedən çıxış edəcək və bu insanların xoşbəxt həyatına, ölkələrin inkişafına öz töhfəsini verəcəkdir.

Kamran Mirzəyev



Xəbərin oxunma sayı : 652




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap