“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Təyyarəyə buraxılacaq əl yüklərinin siyahısı dəyişdirildi - QƏRAR

Tarix 01.05.21, 18:44

Font ölçüsü : - / +
bitmap-img6


"Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a dəyişiklik edilib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb. 

Qaydaların ikinci hissəsi üzrə 2.1.1-ci yarımbəndə edilən dəyişikliyə əsasən uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırlar. Bununla da qərarda COVID-19-a dair testin növü müəyyənləşdirilib.  

Eləcə də digər bəndlər üzrə uyğunlaşdırmalar aparılıb. 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərinə dəyişikliklər edilib. 2.1.3-cü bənd üzrə Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcıların öhdəlikləri təsnifatlaşdırılıb.  2.1.4-cü yarımbəndindən sonra 2.1.5-ci yarımbəndi əlavə edilib. Əlavəyə əsasən arayışın elektron qaydada yoxlanılması məqsədilə arayışda elektron təsdiq atributları (QR-kod, eyniləşdirmə nömrəsi və s.) olan şəxslərin müvafiq yoxlanış yerlərindən sürətli keçidi təmin ediləcək.

Həmçinin, 2.6-cı bəndə düzəliş edilərək aviaşirkətlərin reyslərində daşınmasına icazə verilən əl yükləri müəyyənləşdirilib. Aviaşirkətin qaydalarına əsasən yalnız qeyd edilən şəxsi istifadə əşyalarının əl yükü kimi daşınmasına yol verilir: qadın əl çantası və ya kişi portfeli, ölçüləri 30x35x10 sm-dən böyük olmayan foto və videokamera, portativ kompüter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir), üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir), gül dəstəsi, uşaqlarla uçuş zamanı uşaq yeməyi və uşaq yol beşiyi, çətir, uçuş zamanı oxumaq üçün qəzet, jurnal və digər materiallar, ev heyvanlarının daşınmasını tənzimləyən müvafiq qaydalara riayət etməklə ev heyvanlarının daşınmasına icazə verilir.



Xəbərin oxunma sayı : 565




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap