![]() |
|














Xəzərdə Azərbaycan -Türkiyə təlimləri və ya İranın xəyali qarabasmaları - Tehran niyə həyəcanlanıb?
Tarix 13.09.21, 22:13 |
|

Azərbaycan və Türkiyə donanmaları hərbçilərinin iştirakı ilə sentyabrın 12-də başa çatan sualtı hücum və müdafiə qruplarının təlimləri İranda ciddi narahatlıq yaradıb. Elə bir narahatlıq ki, rəsmi Tehran ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadənin dili ilə “Türkiyənin Xəzər dənizində hərbi mövcudluğunun qanunsuzluğu” ilə bağlı əsəbi bir şərh səsləndirib.
“Xəzər dənizinin hüquqi statusu haqqında müqaviləyə əsasən, beş sahilyanı ölkə istisna olmaqla, heç bir xarici dövlətin burada ordusu olmamalıdır, bu qadağandır. Türkiyənin Xəzər dənizində hərbi mövcudluğu qanunsuzdur. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi vasitəsi ilə araşdırma aparırıq”, -deyə o, bildirib.
Bu qeyri-müəyyən bəyanat müstəqil xarici və daxili siyasət yeridən Azərbaycana qarşı Tehranın qərəzli münasibətini bir daha sübut edir. Əgər hadisəni diqqətlə araşdırsaq, İranın sözügedən bəyanatının əsassız olduğunu görə bilərik.
Başlayaq əsas məsələdən. 12 Avqust 2018-ci il tarixli Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada, həqiqətən də burada sahilyanı ölkələrə (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan, İran) aid olmayan silahlı qüvvələrin mövcudluğunun yolverilməzliyindən və hər hansı bir tərəfin başqa ölkəyə qarşı təcavüz və digər hərbi əməliyyatlar üçün digər dövlətlərə ərazi verməməsindən bəhs olunur.
Lakin Xəzərdə təlimlər keçirən Azərbaycan heç bir sazişi - nə ikitərəfli, nə çoxtərəfli, nə də yuxarıda qeyd olunan Konvensiyanın müddəalarını pozmayıb. Bəli, təlimdə Türkiyə xüsusi təyinatlıları iştirak edib. Lakin Türkiyə Hərbi Dəniz Qüvvələrinin heç bir döyüş gəmisi onlara qoşulmayıb.
Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayılan videolarda kiçikhəcmli gəmilərin təlimlərdə iştirak etdiyi aydın şəkildə görünür. Orada nə türk freqatları, nə korvetlər, nə də sualtı qayıqlar olmayıb. Üstəlik, Azərbaycan öz ərazisini İrana qarşı təcavüz etmək üçün heç kimə verməyib. Türk əsgərləri təlimlərə qatılmaq üçün gəlib və təlimlər başa çatdıqdan sonra da vətənlərinə dönüblər. Axı hərbi mövcudluq və təlimlərdə iştirak hər mənada fərqli anlayışlardır. Bəs niyə Tehranda yenidən bu qədər həyəcanlanıblar?
Digər tərəfdən, Konvensiyada “ərazi suları” anlayışı açıq-aydın şəkildə sahilyanı dövlətin suverenliyinin əhatə etdiyi dəniz zolağı kimi tərif olunub. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin türk hərbçilərinin iştirakı ilə təlimləri ərazi sularımızda keçirilib və sentyabrın 2-də elan olunub. Yəni, Bakı bunu gizlətməyib.
Buradakı gülməli məqam Tehran nümayəndəsinin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyaya əbəs yerə istinad edərək, İranın digər dörd ölkədən fərqli olaraq, onu ratifikasiya etmədiyini unutmasıdır. Və məhz elə bu səbəbdən də, digər məqamlarla yanaşı, İranın sadəcə olaraq bu sənədin bəndlərinə və müddəalarına istinad etməyə mənəvi haqqı yoxdur.
Bu məqamı şərh edən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Caliber.Az-ın müxbirinə müsahibəsində qeyd edib ki, Xəzərin hüquqi statusu ilə bağlı vəziyyət ümumi prinsipləri müəyyən edən bir neçə bəyannamə sənədinin imzalanmasından ibarətdir.
“Xəzər hövzəsi ölkələrinin əksəriyyəti öz aralarında bir sıra müqavilələr bağlayıb və bir növ statusun koordinasiyasında irəliləyiş əldə ediblər. Ancaq mövqeyi bölgənin digər dövlətlərindən fərqli olan İrana bunu aid etmək olmaz. Ümumiyyətlə, burada vəziyyət fərqlidir. Həqiqətən də, Xəzər hövzəsi ölkələri Xəzərin hərbiləşdirilməsinin yolverilməz olduğunu və dəniz sularının yalnız sahil dövlətlərinin bayraqları altında üzən gəmilər tərəfindən istifadə ediləcəyini elan edən bəyanatlarla çıxış edib. Ancaq Azərbaycan HHQ-nin təlimlərində başqa dövlətlərin, xüsusən də Türkiyənin bayraqları altında olan gəmilərin iştirak etdiyini deyə bilmərik. Söhbət yalnız türk əsgərlərinin iştirak etdiyi hərbi təlimlərdən gedir. Bu təlimlər Azərbaycan və Türkiyənin apardığı müdafiə siyasətinin bir hissəsidir. Heç bir şəkildə Xəzər dənizinin statusunun müəyyən edilməsi prosesilə bağlı məsələlərə zidd deyil. Təlimlər Azərbaycan gəmilərində, Azərbaycanın ərazi sularında keçirildiyindən, tərəfimizdən Konvensiyanın heç bir müddəası pozulmayıb. Ümumiyyətlə, Xəzərin hüquqi statusundakı hərbi məsələlər ilə bağlı razılıq əldə edilməyib, orada deklarativ bəyanatlar və niyyətlər bəyan edilib. Məsələ yekun halda müəyyən edildikdə, bu detallar da tənzimlənəcək, - deyə Zülfüqarov bildirib.
Qeyd edək ki, Azərbaycan HHQ-nin türk hərbçisinin iştirakı ilə həyata keçirdiyi kiçik miqyaslı təlimlərə əsəbi reaksiya verərək, Tehran özünün son vaxtlar Xəzər dənizində aviasiya və raket atıcılarının da cəlb edilməsilə böyük təlim manevrləri apardığını unudur.(oxu.az)
Xəbərin oxunma sayı : 358
Analiz
Xəbərlər
-
Nəsrin Bodrumda transparan libası ilə diqqət çəkdi - FOTOLAR
-
“ABŞ və İsrail İrana hücuma görə məsuliyyət daşımalıdır“ - Nazir
-
Bakıda kanalizasiya suları birbaşa dənizə axıdılır - VİDEO
-
Naxçıvanda min bir dərdə dərman olan suyun sirri nədir? - VİDEO
-
Azərbaycanda torpaqların kadastrının dronlarla xəritələnməsi təklif edilir - VİDEO
-
BRİKS liderlərindən İsrailə sərt tələb: “Qoşunlarını dərhal Suriyadan çıxar”
-
Çimərliklərə getmək istəyənlərin NƏZƏRİNƏ
-
“Azərbaycanda ən təbii qız mənəm“ - Pərvin Abıyeva
-
Məktəbəhazırlıq təhsili məcburi olacaq? - Rəsmi
-
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
-
“Ukrayna Rusiya ilə əsas məhbus mübadiləsinin səkkiz mərhələsini başa vurub“ - Zelenski
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi belə olacaq - FOTOLAR
-
Bakının mənzil fondu yenilənir - VİDEO
-
Azərbaycanın qızıl bazarında vəziyyət necədir? - Açıqlama
-
Kəşfiyyatın məxfi məlumatı mediaya sızdı: sensasion təfərrüatlar
-
Pərvin Abıyeva şıdırğı rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Vəkilliyə qəbulla bağlı test imtahanında 196 nəfər uğur qazandı - SİYAHI
-
Nikahsız analar, sənədsiz uşaqlar: Kimdir günahkar?
-
Bulvarda dənizə düşən 57 yaşlı qadın xilas edildi - VİDEO
-
Məmmədli sakinləri acınacaqlı durumda: “Şikayətimizə baxan yoxdur“
-
Xaricdən məhsul gətirənlərin nəzərinə: Hansı qaydalar dəyişir?
-
Oğlunu 10 minə FHN-ə işə düzəldəcəkdi - Məmmədovun cinayət işi
-
“Neftçi“ dünya ulduzu ilə danışıqlar başladı - İDDİA
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
Putinlə Makron arasında telefon danışığı - Lavrov açıqladı
-
Həmin rəqəm səhvən 5000 əvəzinə 3000 göstərilib - DİM
-
Yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
Mask yeni siyasi partiyasını qurduğunu elan etdi - “Amerika“
-
Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO
-
Əməkdaşlıq davam edir, əlavə yüz minlərlə dron alacağıq - Zelenski
-
Kür çayında batan gənc tələbə imiş - “Üzə bilmirdin, niyə gedirdin, ay bala?”
-
Xamenei müharibədən sonra ilk dəfə üzə çıxdı - VİDEO
-
“Ermənistanla normallaşma üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb“ - Elçin Əmirbəyov
-
Qohumlarını xilas etmək istədilər, üçü də göldə batdı - Fotolar
-
Bakıda və bölgələrdə yağış yağır, dənizdə dalğanın hündürlüyü 4,2 metrə çatıb - FAKTİKİ HAVA
-
Almaniya Patriot sistemlərinin dörddə birini Ukraynaya təhvil verib - “Bloomberg“
-
“Ermənistana yeni konstitusiya lazımdır“ - Paşinyan
-
Saray körpüsünün ətrafı genişləndirilir - VİDEO
-
Binəqədidə ağaclardan qurd tökülür - VİDEO
-
“Rusiya Ermənistandakı hərbi mövcudluğunu genişləndirir“ - Ukrayna kəşfiyyatı
-
13 yaşlı qızı zorlamaqda ittiham edilən şəxs həbs olundu - 10 min ödəyib, ailə ilə barışmışdı
-
TikTok-la bağlı sövdələşmə hazırdır: İyulun 7-8-də...
-
İslam aləmi Aşura Gününü necə qeyd edir - ARAŞDIRMA
-
Azərbaycanda ən az maaşı kim alır? - Açıqlama
-
Boşanmadan sonra kredit borcunu kim ödəməlidir? - AÇIQLAMA
-
Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi - Rəfiyevlərin tender SİYAHISI
-
“Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır“ - Türkiyə prezidenti
-
İrəvanda məscidlərimizi də bərpa edəcəyik - Allahşükür Paşazadə
-
“Qəzza razılaşması gələn həftə bağlanıla bilər” - Tramp
-
Bir ayın kirayəsi bir günə - Bağ evləri “od tutub yanır”
-
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - Sərəncam
-
“Ermənistan və Azərbaycanın imzalayacağı sülh regionun ab-havasını dəyişəcək“ - Ərdoğan
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
“İnsanlar şaiyələrə inanmayıb, təxribatlara uymasınlar“ - QMİ
-
Beş kollecin direktoru işdən çıxarılıb - Yerinə təyinatlar olub
-
Polis özünü dənizə ataraq qadını xilas edib - VİDEO
-
Bu gün Aşuradır - Qanvermə aksiyaları təşkil olunub
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
DTX-nın Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
TOP 10
ARXİV