“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Yeni Klinikanın işçiləri əlavə ödənişləri ala bilmir? - AÇIQLAMA

Tarix 17.06.21, 10:22

Font ölçüsü : - / +
bitmap-img6


Yeni Klinikada çalışan 50-yə yaxın kiçik tibb işçisi 3 aya yaxındır ki, maaşlarını ala bilmədiyini deyir. 

AzFakt.com xəbər verir ki, bu barədə "Qafqazinfo”ya kiçik tibb işçisi Asim Rüstəmov müraciət edib. O bildirib ki, bu barədə mühasibatlığa dəfələrlə müraciət etsələr də, onlara konkret cavab verən olmayıb: "Deyirlər ki, tabelləri İcbari Sığorta üzrə Dövlət Agentliyinə göndəriblər. Agentlik də dəqiq cavab vermir. Halbuki maraqlanmışıq ki, modul tipli xəstəxanalarda tibb işçilərinin maaşı ödənilib. İşə bir neçə dəqiqə gecikəndə, yaxud işdən 5 dəqiqə tez çıxanda çağırıb izahat ala bilirlər. Amma məsələ maaşa qalanda problem həll edilmir. Biz ailələrimizi bu maaşla dolandırırıq. 

Dövlət tərəfindən verilən 270 manat rəsmi maaşımızı alsaq da, koronavirusa görə ayrılmış 1200 manat maaşımızı vermirlər. Bizimlə eyni vəziyyətdə olub maaş almayan həkimlər də var”.

"Qafqazinfo” məsələylə bağlı İcbari Tibbi Sığorta Agentliyinə sorğu göndərib. Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir:

"Nəzərinizə çatdırırıq ki, Yeni Klinika üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 374 nəfərə mart ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 679 min 863 manat 36 qəpik (vergi tutulmaları daxil olmaqla), aprel ayı üzrə 403 nəfərə 765 min 711 manat 62 qəpik (vergi tutulmaları daxil olmaqla) müddətli əlavə ödənilib. 

Hər hansısa şəxs barədə işə cəlb olunmasına və bunun müqabilində müddətli əlavənin verilməməsi ilə bağlı məlumat varsa, məsələnin araşdırılması üçün müvafiq tibb müəssisəsinin maliyyə və ya mühasibatlıq şöbələrinə müraciət edilməsi tövsiyə olunur. 

Məlumat üçün bildirək ki, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısı, həmçinin əməkhaqlarına müddətli əlavənin hesablanması tibb müəssisələri tərəfindən aparılır. Müddətli əlavələr tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) göndərilən iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən 3 iş günü ərzində ödənilir. 

Qeyd edək ki, Yeni Klinika tərəfindən may ayı üzrə siyahı Agentliyə göndərildikdən sonra sözügedən ay üzrə də ödənişlər həyata keçiriləcək”.   



Xəbərin oxunma sayı : 472




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap