Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Tramp cəsarətli insandır” - Putin

Tarix 08.11.24, 10:44

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Prezidenti Vladimir Putin Donald Trampı ABŞ-nin 47-ci prezidenti seçilməsi münasibətilə təbrik edib.

Yeniavaz.com xəbər verir ki, o, “Valday” Diskussiya Klubunun iclasında sualları cavablandırarkən ABŞ-də seçkilərin nəticələrini ilk dəfə şərh edib.
“Əvvəlcə hamı onun əsasən iş adamı olduğunu və siyasətdən az başa düşdüyünü deyirdi. Birincisi, onun sui-qəsd zamanı davranışı məndə yaxşı təəssürat yaratdı. O, cəsarətli insandır. Siyasətə gəlincə, ilk dönəmdə məndə belə bir təəssürat yarandı ki, o, hər tərəfdən təqib olunur və hərəkət etməyə icazə verilmir”, - Putin Tramp haqqında danışarkən deyib.
Rusiya Prezidenti qeyd edib ki, Tramp Ağ Evə qayıdanda nə baş verəcəyini bilmir:
“Ancaq indiyə qədər açıq şəkildə deyilənlər, Rusiya ilə münasibətləri bərpa etmək, Ukrayna böhranının sona çatmasına kömək etmək istəyi ilə bağlı deyilənlər, mənim fikrimcə, ən azından diqqətə layiqdir”.
Putin Trampı qələbə münasibəti ilə təbrik edib və Tramp belə bir əlaqəyə başlayarsa, ABŞ ilə təmasların bərpasına qarşı olmadığını bildirib:
“Ona zəng etməyim üçün ayıb olduğunu düşünmürəm. Mən sadəcə bunu etmirəm, çünki Qərb dövlətlərinin liderləri demək olar ki, hər həftə hansısa mərhələdə mənə zəng vururdular, sonra qəfil dayandılar. Yaxşı, istəmirlər, ehtiyac da yoxdur. Gördüyünüz kimi, biz yaşayırıq və yaxşıyıq, inkişaf edirik, irəliləyirik. Əgər onlardan hər hansı biri əlaqəni bərpa etmək istəyirsə, mən həmişə demişəm və bir daha demək istəyirəm - buna qarşı deyilik”.



Xəbərin oxunma sayı : 682




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap