“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Finlandiya və İsveçdən öhdəliklərini yerinə yetirəcəklərini gözləyirik” - Hulusi Akar xəbərdarlıq edib

Tarix 23.01.23, 20:11

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin müdafiə naziri Hulusi Akar İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı Ankaranın tələblərinə məhəl qoymadıqlarını bildirib.

“Onlar bizdən öz təhlükəsizliyini təmin etmək üçün dəstək istəyirlər, lakin terrorizmlə mübarizə sahəsində bizim sorğularımızı rədd edirlər”, - deyə nazir bazar ertəsi bəyan edib.

Akar bildirib ki, İsveç, eləcə də Finlandiyanın Qurana və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqir faktlarına dair hərəkətsizliyi qəbuledilməzdir. 

“Prezidentimizə, Qurana, bayrağımıza, müqəddəs dəyərlərimizə qarşı çirkin, rüsvayçı hərəkətlər edirlər. Biz onların bu kimi məsələlərlə bağlı hərəkətsizliyini, susqunluğunu qəbul edə bilmərik. Bizim mövqeyimiz tam aydındır. Onlardan buna son qoyacaqlarını və bizim qarşımızda olan öhdəliklərini yerinə yetirəcəklərini gözləyirik”, - deyə o vurğulayıb.

Türkiyə Müdafiə Nazirliyinin rəhbəri əlavə edib ki, “Finlandiya və İsveçdən öz dövlətlərinin gücünü və qüdrətini nümayiş etdirəcəklərini və öhdəliklərini yerinə yetirəcəklərini” gözləyir.

“Əgər bu olarsa, o zaman bizim tərəfimizdən heç bir problem olmayacaq”, - deyə o, Stokholm və Helsinkinin NATO-ya üzv olmaq üçün müraciətləri ətrafında yaranmış vəziyyəti aydınlaşdırıb. (Mənbə: Haber Global)



Xəbərin oxunma sayı : 460




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap