“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Moskvadan Bakıya üçüşlar dayandı - Reyslər təxirə salınır

Tarix 03.09.26, 15:59

Font ölçüsü : - / +
bitmap-img6


Moskvadan müxtəlif istiqamətlərə uçmalı olan xeyli sayda təyyarə reysləri həyata keçirilməyib.

AzFakt.com xəbər verir ki, təxirə salınan uçuşlar arasında Moskva-Bakı reysləri də var.

Bu gün səhərdən etibarən Moskvanın Şeremetyevo, Domodedovo və Vnukovo hava limanlarında, eləcə də Yaroslavl, Gelencik və Soçi hava limanlarında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Rusiya mediasının məlumatına görə, gecə dron hücumu səbəbindən Moskva hava limanlarında 100-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib.

Moskvanın Vnukovo hava limanından Bakıya uçan və 14.05-də Bakıya enməli olan UTair aviaşirkətinin UT 745 reysi və Şeremetyevo hava limanından Bakıya uçan, 14:30-da Bakıya enməsi planlaşdırılan Aeroflot aviaşirkətinin SU 1854 reysi həyata keçirilməyib.

Domodedovo hava limanından Bakıya uçan AZAL J2 182 reysinin vəziyyəti də bəlli deyil. Təyyarənin yerli vaxtla saat 17:05-də Bakıya enməsi planlaşdırılırdı.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya hava məkanının mülki aviasiya üçün təhlükəli olduğu barədə açıqlamasından sonra Türkiyənin “Pegasus” aviaşirkəti də daxil olmaqla bəzi xarici aviaşirkətlər Rusiyaya uçuşları dayandırıb.



Xəbərin oxunma sayı : 463




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap