Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Prezident ABŞ-də görüşlər keçirdi - FOTOLAR

Tarix 23.09.25, 22:49

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraqın Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.

AzFakt.com xəbər verir ki, İraq Prezidenti dövlət başçısına Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin irəli aparılması, xüsusilə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair sazişin paraflanması münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib və Azərbaycanın bundan sonra da sülh gündəliyinin irəli aparılması üçün səylərini davam etdirəcəyini deyib. Dövlət başçısı Vaşinqtonda nəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu vurğulayıb.

Söhbət zamanı İraq Prezidentinin Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər məmnunluqla xatırlanıb.

Görüşdə Azərbaycanla İraq arasında münasibətlərin inkişaf etdirilməsində Hökumətlərarası Komissiyanın roluna toxunulub, enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşü olub.

***

Prezident İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının Baş katibi Alen Berse ilə də görüşüb.

***

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Prezidenti Uilyam Samoei Ruto ilə görüşü olub.

***

Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Finlandiyanın Prezidenti Aleksandr Stubb ilə görüşü olub.






Xəbərin oxunma sayı : 637




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap