Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Qırılanın çoxu azlıqdır – Britaniya kəşfiyyatı

Tarix 13.03.23, 16:57

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna müharibəsində həlak olan rusiyalı əsgərlərin əksəri Rusiyanın şərqində yaşayan etnik azlıqların nümayəndələridir. 

Novator.az-ın məlumatına görə, Böyük Britaniya Müdafiə Nazirliyinin açıqladığı yeni kəşfiyyat hesabatında belə deyilir.

Bildirilir ki, müharibə Rusiyanın daha çox varlıların və rusların yaşadığı şəhərlərə yox, kasıbların və etnik azlıqların yaşadığı bölgələrə təsir edir: “Məsələn, Rusiyanın şərq regionlarında müharibə qurbanlarının sayı paytaxt Moskvanın sakinləri ilə müqayisədə 30 faiz çoxdur. Həştərxan vilayətinin əhalisi arasında da müharibə qurbanlarının əksərini etnik azlıqların nümayəndələri təşkil edir. Ukraynada həlak olan Həştərxan sakinlərinin 75%-ə qədəri qazaxlar və tatarlardır”.

Britaniyanın hərbi kəşfiyyatı Rusiyanın Moskva və Sankt-Peterburq kimi şəhərlərinin əhalisini Ukrayna müharibəsindən ən az ziyan çəkən rusiyalılar kateqoriyasına aid edir.

Kəşfiyyat hesabatında vurğulanır ki, Ukraynada ağır itkilərə məruz qaldığından Kreml davamlı olaraq ordu sıralarını döyüşçü ilə doldurmağa çalışır: “Amma hakimiyyət ölkənin varlı ailələrini, nüfuzlu təbəqələrini bu prosesdən kənar saxlayır”.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub.

2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib.

Sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Ukraynada aparılan hərbi əməliyyatların effektini artırmaq üçün qismən səfərbərliyi nəzərdə tutan fərman imzalayıb.

Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

Putinin 21 sentyabr 2022-ci il fərmanına uyğun olaraq Rusiyada 300 mindən çox adamın səfərbərliyə alındığı, onların təxminən yarısının döyüş bölgəsinə göndərildiyi bildirilir.

2023-cü ilin yanvarında Ukraynanın Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya döyüşlərdə axsadığı, böyük itkilərə məruz qaldığı üçün daha 500 min adamı səfərbərliyə çağırmağı planlaşdırır.



Xəbərin oxunma sayı : 1024




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap