“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

5 dairədə YAP-ın nümayəndələri bir-birilərinə rəqib oldular - SİYAHI

Tarix 13.08.24, 10:49

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində ən çox namizədlə hakim Yeni Azərbaycan Partiyası çıxış edir. YAP bütün 125 dairədən öz namidələrini irəli sürüb. Lakin hakim partiyanın öz təşəbbüsü ilə namizəd olan nümayəndələri də var. Belə olan halda, bəzi dairələrdə YAP-ın nümayəndələri bir birilərinə rəqib olublar.

Bizim.Media həmin dairələri araşdırıb:

2 saylı Şərur-Kəngərli

2 saylı Şərur-Kəngərli seçki dairəsindən Milli Məclisin deputatı Novruzov Siyavuş Dünyamalı oğlu YAP-ın namizədidir. Bununla yanaşı, hakim partiyanın üzvü olan Vüqar Nəcəfov Hüseyn oğlu da öz təşəbbüsü ilə həmin dairədən namizəddir.

5 saylı Babək-Naxçıvan-Culfa

5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsindən YAP tərəfindən Həmzəyeva Ülviyyə Tapdıq qızının namizədliyi verilib. Eyni zamanda YAP üzvü Səfər Əlirzayev Cəfərəli oğlu da öz təşəbbüsü ilə həmin dairədən mübarizəyə qoşulub.

33 saylı Xətai

33 saylı Xətai birinci seçki dairəsindən hakim partiya tərəfindən Yengibar Əliyev Sərraf oğlunun namizədliyi verilib. Həmin dairədən digər YAP-çı namizəd isə Gülnar Xəlilova Fərmayıl qızıdır. O, öz təşəbbüsü ilə seçkilərə qatılıb.

82 saylı İmişli-Saatlı

82 saylı İmişli-Saatlı seçki dairəsində YAP-ın namizədi Səyyad Salahlı Adil oğludur. Eyni zamanda, YAP üzvü Qəyyumova Yasəmən Müslüm qızı da öz təşəbbüsü ilə sözügedən dairədən namizədliyini irəli sürüb.

120 saylı Cəbrayıl-Qubadlı

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat Ceyhun Məmmədov Valeh oğlu YAP-ın namizədidir. Bununla yanaşı hakim partiyanın digər üzvü Şahverdiyev Araz Vəli oğlu öz təşəbbüsü ilə həmin dairədən namizəddir.



Xəbərin oxunma sayı : 538




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap