“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

253 min manata avtomobil alan məmur kimdir? - FOTO

Tarix 16.04.25, 18:45

Font ölçüsü : - / +
bitmap-img6


Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi "İmprotex Motors” Məhdud Məsuliyyətli Müəssisə (VÖEN – 1400064731) ilə satınalma müqaviləsi imzalayıb.
 
FHN "İmprotex Motors” MMM-dən 253 min 148 manata bir ədəd sedan tipli xidməti minik avtomobili alacaq.

Məlumat üçün bildirək ki, bu müqavilə bir mənbədən satınalma metodu ilə bağlanılıb və satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Qeyd edək ki, BMW, "Rolls-Royce”, MINI və "Yamaha” kimi avtomobil markalarının Azərbaycanda rəsmi idxalçısı olan "İmprotex Motors” MMM 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 325 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar, ev 33-də yerləşir.

Onu da qeyd edək ki, FHN-nin "İmprotex Motors”dan hansı marka avtomobil aldığı açıqlanmayıb. "İmprotex Motors”un açıqladığı məlumatlardan isə belə görünür ki, satış qiymətləri təxminən 253 min manata bərabər olan markalar arasıda  BMW-nin "i7 M70 xDrive”, "750e xDrive”, "X5 M60i xDrive”, "840i xDrive” kimi modelləri yer alır.
media-museddin
Qeyd edək ki,  Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu direktoru Müsədin Namazovdur.(Yeniavaz.com)

 



Xəbərin oxunma sayı : 673




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap