Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Məktəbli avtobusları“ bu məktəblərdə tətbiq olunacaq - SİYAHI

Tarix 30.09.25, 21:05

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində məktəbli avtobuslarının tətbiqi üzrə pilot layihəyə 1 oktyabr tarixindən start veriləcək.

AzFakt.com xəbər verir ki, ilkin mərhələdə layihə 1250-dən çox şagirdi əhatə edəcək. Əsas məqsəd valideynlərin gündəlik olaraq övladlarını məktəbə aparıb-gətirməsi ilə bağlı yaranan nəqliyyat sıxlığını azaltmaqdır. Bu məqsədlə "2 School” startap şirkəti vasitəsilə layihə çərçivəsində 100-dən çox avtobus fəaliyyət göstərəcək. Layihə 8 dövlət və 3 özəl məktəbi əhatə edəcək.

Valideynlər xüsusi onlayn platformalar vasitəsilə övladlarının istifadə etdiyi məktəbli avtobusunun marşrut xəttini asanlıqla izləyə biləcəklər.

Pilot layihənin tətbiq olunacağı məktəblər sırasına Bakı şəhərində yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziya, 6 nömrəli məktəb-lisey, general-leytenant K.A. Kərimov adına 8 nömrəli tam orta məktəb, A. Hüseynzadə adına 20 nömrəli məktəb-lisey, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb, Xətai rayonu 27 nömrəli tam orta məktəb, 132–134 nömrəli Təhsil Kompleksi və 189–190 nömrəli tam orta məktəb daxildir.

Avtobus xidmətindən istifadəyə görə aylıq abunə haqqı məsafəyə əsasən müəyyən olunacaq. Qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub.



Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap