Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Bakıda dönərçi kuryeri döydü: 1200 manat cərimələndi

Tarix 30.09.25, 11:19

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Nizami rayonunda, Qara Qarayev metrostansiyası yaxınlığında yerləşən "Mersin” restoranında insident baş verib. Restoranın dönərçisi Mikayıl adlı şəxs orada kuryer işləyən Naili döyüb.

Qaynarinfo-nun məlumatına görə, Mikayıl barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb və məhkəmədə baxılıb.

Məhkəmə materiallarından məlum olub ki, hadisə restoran sahibinin işdə olmadığı vaxt baş verib. Sifarişləri qəbul edən və çatdırılmasına nəzarət edən Mikayıl, kuryer Nailin iş yoldaşı ilə zarafatlaşaraq işləməkdən yayınmasına etiraz edib. O, Nailə "işləmək istəmirsə, müdiriyyətə bildirsin və işdən çıxsın” deyib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb. Nail isə kafedən çıxaraq getmişdi.

Mikayıl onu izləyərək Qara Qarayev prospekti 24/67 ünvanının qarşısında saxlayıb və işə qayıtmasını tələb edib. Daha sonra qəflətən yumruqla onun çənəsinə zərbə vurub. Zərbə nəticəsində Nail yüngül xəsarət alıb – çənə və boyun nahiyəsində şişkinlik yaranıb.

Məhkəmənin hökmü ilə Mikayıl təqsirli bilinərək 1200 manat məbləğində cərimə cəzasına məhkum edilib.



Xəbərin oxunma sayı : 277




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap