Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

İranla sərhəddə narkotik əməliyyatı - 2 nəfər saxlanıldı

Tarix 29.09.25, 13:53

Font ölçüsü : - / +
bitmap-img6


Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində avtomobillə sərhəd xəttinə doğru hərəkət edən 2 (iki) naməlum şəxs sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, xidməti ərazi qapadılıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində "90-BJ-616" dövlət qeydiyyat nişanlı avtomobillə həmin istiqamətə hərəkət edən Xaçmaz rayon sakinləri – 1987-ci il təvəllüdlü Mövsümov Elşad Ramin oğlu və 1997-ci il təvəllüdlü Rəhimov Murad Mehman oğlu şübhəli şəxs qismində saxlanılıb.

İlkin dindirmə zamanı saxlanılan şəxslər əraziyə ümumi çəkisi 8 kiloqram 800 qram narkotik vasitəni götürmək məqsədilə gəldiklərini etiraf ediblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Xəbərin oxunma sayı : 541




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap