Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Bu avtobuslarda qiymət 65 qəpik oldu - SİYAHI

Tarix 29.09.25, 16:14

Font ölçüsü : - / +
bitmap-img6


Ölkənin sürətlə artan nəqliyyat tələblərini qarşılamaq, sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və avtobus parkının yenilənməsini sürətləndirmək məqsədilə tariflərin tənzimlənməsi zəruri addım kimi qiymətləndirilir.

Bu barədə AzFakt.com-a AYNA-dan məlumat verilib.

Hazırki tarif dəyişikliyi yalnız nağdsız ödəniş sisteminin tətbiq edildiyi və müasir standartlara cavab verən avtobusların istismar edildiyi marşrutlarda həyata keçiriləcək. Bu da nağdsız ödəmə imkanı təqdim edən müasir avtobuslar istismar edən daşıyıcıların fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır. Müasir standartlar dedikdə elektrikli, sıxılmış təbii qazla (CNG) işləyən və 2025-ci il istehsalı olan dizel mühərrikli avtobuslar nəzərdə tutulur. Bakıda bu qayda yalnız elektrikli və CNG texnologiyası ilə işləyən avtobuslara şamil ediləcək. Dəyişiklik ilkin mərhələdə ölkə üzrə marşrut şəbəkəsinin 9%-ni,  paytaxtın isə marşrut şəbəkəsinin təxminən 30%-ni (180 marşrutdan 60-nı) əhatə edəcək.

Digər marşrutlar yeniləndikcə yeni tarifə keçid edə biləcək və bu haqda ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.

Tarif dəyişikliyindən sonra 2025-ci ilin sonunadək, həmçinin növbəti illər ərzində paytaxtda hər il təxminən 400, Sumqayıt və Abşeronda 100 yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir. Bu da avtobus parkının sürətlə yenilənməsinə və xidmət keyfiyyətinin daha da artmasına gətirəcək. Əlavə olaraq, daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada müxtəlif tarif formalarının tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.

Qeyd edək ki, yenilənmə prosesi paytaxtla yanaşı Sumqayıt şəhəri ilə Abşeron rayonu ərzisini də əhatə edib və bu il 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib. Gəncə şəhərində isə bütövlükdə avtobus parkının yenilənməsi həyata keçirilib, 280 yeni avtobus alınıb və nağdsız ödəniş sisteminin tətbiqinə başlanılıb. Naxçıvan şəhərinə 60 elektrik mühərrikli avtobus gətiriləcək. Həmçinin Laçın, Xankəndi, Cəbrayıl və Ağdam şəhərlərinin elektrikli nəqliyyat vasitələri ilə təmin olunması nəzərdə tutulub.

Bu mərhələdə tarifi artan marşrutların siyahısı:

:

Digər şəhər və marşrutlarda bu mərhələdə qiymət dəyişikliyi tətbiq edilməyəcək.







Xəbərin oxunma sayı : 643




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap