Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Telefonumuzdakı bu oyunlar təhlükə saçır - Dərhal silinməlidir!

Tarix 28.09.25, 23:13

Font ölçüsü : - / +
bitmap-img6


Müasir dövr insanı getdikcə daha çox sosial və psixoloji təzyiqlərlə qarşı-qarşıya qalır. Stress, gündəlik şəhər həyatının qarışıqlığı və yoruculuğu insanları ya çox aqressivləşdirir, ya da özünə qapanmasına səbəb olur. Nəticədə günün xoşagəlməz "xatirə”lərini unutmaq üçün çoxları virtual dünyaya, əsasən də oyunlara yönəlirlər.

Statistika da göstərir ki, hər 100 nəfərdən 40-ı sırf sosial-psixoloji təzyiqdən qurtulmaq məqsədilə belə oyunlara üz tutur. Bu da rəqəmsal oyunların artıq sadəcə əyləncə vasitəsi olmadığını, psixoloji ağırlığı olan bir özünümüdafiə mexanizminə çevrildiyini göstərir.  

Amma burada bir sual yaranır: Bu oyunlar həqiqətən yüngülləşdirirmi, yoxsa yeni problemlərin təməlini qoyur?

Mövzuyla əlaqədar psixoloq Züleyxa Əsədova Bizim.Media-ya bildirdi ki, əslində sadə, yorucu olmayan bəzi oyunlar insan psixologiyasına müsbət təsir göstərir.

"Hər birimiz bu oyunlardan bir dəfə də olsa, istifadə etmişik. Belə sadə oyunlar oyunçunun diqqətini cəmləməsinə və gündəlik problemlərdən uzaqlaşmasına kömək edir. Həmçinin, oyunda tapşırıqları yerinə yetirmək, səviyyə atlamaq insan beynində dopamin ifrazına səbəb olur və bu da müvəqqəti də olsa, motivasiya və rahatlıq hissi yaradır. Əgər aqressivlik yaranacaqsa da, oyun zamanı içindəki qəzəbi virtual şəkildə ifadə edərək real həyatda daha sakit qala biləcəklər”.

Oyunların mənfi tərəfinə gəlincə...

Z.Əsədova qeyd etdi ki, davamlı olaraq oynamaq asılılıq yaradır. Bu da gündəlik fəaliyyətlərə marağın azalmasına, sosial təcridə gətirib çıxarır. Üstəlik davamlı oyun oynamaq insanın real problemlərdən qaçmasına, onların həll olunmamasına gətirib çıxarır.

Lakin psixoloq onu da vurğuladı ki, şiddət məzmunlu oyunlar aqressiv davranışların artmasına səbəb ola bilər – xüsusilə yeniyetmələrdə özünü daha çox göstərir. Əgər bir şəxs onsuz da emosional olaraq gərgin vəziyyətdədirsə, oyun onun üçün potensial təhlükə ola bilər.



Xəbərin oxunma sayı : 700




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap