Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Sosial xərclər artdı, daha hansı ayırmalar gözlənilir? - Deputat AÇIQLADI

Tarix 29.09.25, 12:20

Font ölçüsü : - / +
bitmap-img6


“Bu ilin ilk 8 ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artıb. Bu isə 424,6 milyon manatlıq əlavə xərc deməkdir. Artım, əsasən, 2025-ci ildə sosial paketin icrası, həmçinin müavinət, təqaüd və pensiya alanların sayının çoxalması ilə bağlıdır”

AzFakt.com xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bu ilin ilk 8 ayında aylıq sosial müavinət alanların sayı 13 min nəfər artaraq 466 min 210 nəfərə, təqaüd alanların sayı isə 4 min 244 nəfər artaraq 405 min 644 nəfərə çatıb. Beləliklə, müavinət və təqaüd alanların ümumi sayı 17,3 min nəfər çoxalıb.

Deputat vurğulayıb ki, artımlar proaktiv təyinatlarda da özünü göstərib: “Yanvar-avqust aylarında 105 665 müavinət və təqaüd proaktiv qaydada təyin olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 min çoxdur. Pensiyaçıların sayı da artaraq 2025-ci il iyulun 1-nə 1 milyon 103,3 min nəfərə çatıb”.

V.Bayramov qeyd edib ki, sosial dəstək alanların sayındakı artımlar DSMF xərclərinə birbaşa təsir göstərir. Onun sözlərinə görə, 2025-ci ildə fondun xərclərinin artacağı əvvəlcədən proqnozlaşdırılmış və təsdiq olunmuş büdcədə əksini tapmışdı: “2024-cü ildə fondun xərcləri 6 milyard 949 milyon manat idisə, bu il üçün 7 milyard 676 milyon manat nəzərdə tutulub. Yəni, təxminən 10 faizlik artım gözlənilir. Gələcəkdə sosial müdafiə tədbirlərinin miqyasının genişlənməsi də xərcləri artıracaq. Çünki fondun əsas istiqamətləri pensiya, müavinət, təqaüd, ünvanlı yardım və sosial sığortadır”.

İqtisadçının sözlərinə görə, artımlar fondun gəlirlərində də nəzərə alınır: “2025-ci ildə DSMF gəlirlərinin 7 milyard 617 milyon manat, məcburi dövlət sosial sığorta haqlarının isə 5 milyard 997 milyon manat olacağı proqnozlaşdırılır. Bu artım fiskal dayanıqlıq üçün vacibdir”.



Xəbərin oxunma sayı : 565




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap