![]() |
|














Vardanyanın məhkəməsində bu dəfə onlar ifadə verdi - FOTOLAR
Tarix 30.09.25, 22:30 |
|

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 30-da davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Sonra sədrlik edən bildirib ki, əvvəllər məhkəmənin hazırlıq iclasında tərcüməçi qismində iştirak etmiş İslam Ağakərimov məhkəməyə teleqram vuraraq səhhəti ilə bağlı prosesdə iştirak edə bilməyəcəyini və bunun nəzərə alınmasını xahiş edib.
Qeyd edək ki, ötən iclasların birində təqsirləndirilən şəxs Ruben Vardanyan məhkəməyə müraciət edərək prosesdə əvvəllər tərcüməçi qismində iştirak etmiş İslam Ağakərimovun məhkəməyə dəvət olunmasını xahiş etmişdi. Məhkəmə də bununla bağlı İslam Ağakərimova bildiriş göndərməklə onu prosesə dəvət etmişdi.
Bundan sonra Ruben Vardanyanın müdafiəçisi Avraam Berman məhkəməyə müraciət edərək iclas protokolu ilə bağlı məlumat əldə etmək istədiklərini deyib. Həmçinin bildirib ki, müdafiə tərəfinin verdiyi vəsatətlərlə bağlı bəzi məhkəmə qərarlarının çıxarışları onlara təqdim olunub, digərlərinin də təqdim olunmasını xahiş edir.
Hakim Zeynal Ağayev iclas protokolları ilə tanışlıq üçün müdafiə tərəfinə bundan sonra da şərait yaradılacağını deyib. Çıxarışlara gəlincə isə bildirib ki, bununla bağlı hansı qərarların surətlərini almaq istədiklərini konkret göstərsinlər.
Proses zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam edib.
Zərərçəkmiş Şair Heydərovun hüquqi varisi Camal Heydərov ifadəsində övladının düşmənin açdığı atəş nəticəsində Laçında həlak olduğunu qeyd edib.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Devid Cəlilovun hüquqi varisi Sevinc Cəlilova ifadəsində bildirib ki, övladı Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində Ağdərədə həlak olub.
Zərərçəkmiş Cavid Zülfüqarovun hüquqi varisi Cavanşir Zülfüqarov ifadəsində oğlunun düşmənin açdığı atəş nəticəsində həlak olduğunu deyib.
Zərərçəkmiş Tofiq Alıyevin hüquqi varisi Fərid Alıyev ifadəsində bildirib ki, övladı Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı snayper atəşi nəticəsində Xankəndidə həlak olub.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Sirac Abışovun hüquqi varisi Şirzad Səmədov ifadəsində qeyd edib ki, qardaşı Kəlbəcərin Susuzluq kəndində tankəleyhinə minanın partlaması nəticəsində həlak olub. O deyib: “Qardaşım AzTV-nin operatoru idi. Partlayış zamanı qardaşımdan başqa Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Arif Əliyev də həlak olub, dörd nəfər isə yaralanıb”.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkən Elkin Mirzəhmədov düşmənin açdığı atəşlər nəticəsində Xocalıda qəlpə yaraları aldığını söyləyib.
Zərərçəkən Rauf Hüseynov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən bildirib ki, düşmənin minaatandan atdığı mərminin partlaması nəticəsində xəsarət alıb. Həmin vaxt bir neçə nəfər həlak olub.
Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkən Orxan Bələdov ifadəsində deyib ki, düşmən tərəfindən Ağdərə rayonunun Canyataq kəndində onun da içərisində olduğu avtomobilin raketlə vurulması nəticəsində özü və bir neçə nəfər xəsarət alıb.
Zərərçəkən Eltun Məmmədov düşmənin açdığı atəş nəticəsində Şuşanın Daşaltı kəndində yaralandığını söyləyib.
Zərərçəkən Muxtar Əliyev ifadəsində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində Ağdamın Gülablı kəndində sağ ayağından güllə yarası aldığını, bir nəfərin isə həlak olduğunu deyib.
Digər zərərçəkən Nazir Cəlilov Şuşa rayonu ərazisində içərisində olduğu avtomobilin düşmən tərəfindən atəşə tutulması nəticəsində yaralandığını söyləyib.
Zərərçəkən Pərvin Babayev isə düşmənin artilleriya atəşi nəticəsində Şuşa rayonu ərazisində xəsarət aldığını vurğulayıb.
Zərərçəkən Emil Əliyev, Fərhad Rzayev və Əyyub Məmmədov düşmənin açdığı atəşlər nəticəsində Kəlbəcər istiqamətində xəsarət aldıqlarını deyiblər.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkən Vidadi Məmmədov bildirib ki, Laçında minatəmizləmə işləri zamanı düşmənin açdığı atəş nəticəsində xəsarət alıb.
Raqif Əliyev bildirib ki, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən Ağdərə rayonunun Canyataq kəndində içərisində olduğu avtomobilin raketlə vurulması nəticəsində özü və bir neçə nəfər yaralanıb, bəzi şəxslər isə həlak olub.
Zərərçəkən Əsgər Quliyev ifadəsində qeyd edib ki, düşmənin Şuşa istiqamətində açdığı atəş nəticəsində sağ ayağından xəsarət alıb. Bundan başqa, bir neçə nəfər həlak olub, bir neçə şəxs isə yaralanıb.
Digər zərərçəkənlər - Anar Əziz-zadə, Aydın Verdiyev, Yunis İsmayılov, Valeh Məmmədov, Əli Məhərrəmov, Ceyhun Həsənzadə, Nicat Teymurov, Eltəkin Həsənov, Yəhya Quliyev, Arif Abbasov, Vüsal Hüseynov, Əli Ələkbərov, Zaur Məmmədov, Vasif Osmanov, Mehti Mürsəlov və Əlizamin İsmayılov müxtəlif ərazilərimizdə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatları və basdırdıqları minaların partlaması nəticəsində yaralandıqlarını bildiriblər.
Sonra zərərçəkmiş şəxslər barəsində məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası oktyabrın 7-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.
Xəbərin oxunma sayı : 250
Hadisə
Xəbərlər
-
“Bir neçə gün öncə rəsmi nikaha girmişik, 7 aylıq hamiləyəm“ - VİDEO
-
Yeni tariflər vaxtından əvvəl qüvvəyə minib? - VİDEO
-
Azərbaycanda qızıl bazarında kəskin bahalaşma - VİDEO
-
Məktəbli avtobusundan istifadənin qiyməti açıqlandı - VİDEO
-
Hövsanda qaz xətti olan ərazidəki bəzi evlərə sayğac quraşdırılmır - VİDEO
-
Bu ətlərin satışına icazə verilməyəcək - YENİ QAYDA
-
Vardanyanın məhkəməsində bu dəfə onlar ifadə verdi - FOTOLAR
-
“ABŞ müharibəyə hazır olmalıdır“ - Pit Heqset
-
General-mayor rütbəsi alan Anar İsmayılov kimdir? - DOSYE
-
Sarayda sürücüləri boğaza yığan tıxacın səbəbi nədir? - VİDEO
-
“İtaliya-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir“ - İtaliya Prezidenti
-
“Məktəbli avtobusları“ bu məktəblərdə tətbiq olunacaq - SİYAHI
-
Paytaxtın bu ərazisində qaz kəsiləcək - Xəbərdarlıq
-
Lerik İcra Hakimiyyəti “Elnur-2“ şirkətinə daha bir tender verdi - 589 min manat...
-
“Azərbaycan və İtaliya əsl strateji tərəfdaşlardır“ - İlham Əliyev
-
Bu il Azərbaycana ən çox valyuta gətirən şirkətlər - Siyahı
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
161 min manat vergi borcu olan şirkət - “Popikon” MMC kimindir?
-
Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü keçirildi - Fotolar
-
Nazirlik “Bayıl Plaza”da dəniz mənzərəli ofis icarəyə götürüb - 17,2 min manata
-
Bakıda İtaliya Prezidentinin qarşılanma mərasimi keçirildi - FOTOLAR
-
Azərbaycanda attestatla universitetə kimlər qəbul ola bilər? - AÇIQLAMA
-
Oktyabrın 2-dək güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Mislinin 50 qəpiyə 10 min uduş, yoxsa... - Mislinin növbəti kampaniyası pis vərdişlərə dərin iz açır
-
Pakistanda terror aktı törədildi: 40-dan çox ölü və yaralı var
-
AYNA-ya əlavə səlahiyyətlər verildi - DƏYİŞİKLİK
-
Milli Məclis Anım Gününün beşinci ildönümü ilə bağlı bəyanat qəbul edib - TAM MƏTN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident iki nəfərə general-mayor rütbəsi verdi - Sərəncam
-
Ceyhun Bayramov ABŞ nümayəndə heyətini qəbul edib - Müzakirə
-
“Mənə göstərilən etimada görə...“ - Ayxan Abbasovdan açıqlama
-
“Vətəndaş aidiyyəti qurumla xəstəxana arasında qalmamalıdır“ - Deputat
-
Cabir İmanov dəfn edildi - Yasamal qəbiristanlığında
-
Müştəri kimi “Şərq Bazarı“na getdi, “Vivani“dən qızıl oğurladı
-
İtaliya Prezidenti Azərbaycandadır -FOTOLAR
-
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
-
Əli Əsədov Lukaşenko ilə görüşdə iştirak etdi - FOTOLAR
-
“Bakı şəhərində nəqliyyat və yol problemi yoxdur“ - Deputat
-
“Nar” sağlam həyat tərzinə töhfə üçün boks təlimlərinə dəstək olur - Fotolar
-
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
-
Güclü külək əsəcək, leysan yağacaq - Sabahın havası
-
Azərbaycan daha bir ölkədə səfirlik açacaq - Parlament qərar verdi
-
“Trampın bu addımını alqışlayırıq” - Azərbaycan XİN
-
Nazir qalmaqallı prorektoru işdən çıxardı - Yerinə sabiq rəis gətirildi
-
Azərbaycanda dollara tələbat artıb - Aylıq alış 200 milyona yaxınlaşıb
-
Keçmiş vəkilin cəzası üçüncü dəfə ağırlaşdırıldı - Səbəb nədir?
-
Toyundan 46 gün sonra faciəvi şəkildə öldü - VİDEO
-
“İran nüvə silahı əldə etmək üçün planlar qurur” - “Qərbdə Pezeşkiana inanmırlar...”
-
Cinayət törədən şəxs hansı halda təqsirsiz sayılır? - Ali Məhkəmə izah edir
-
Azərbaycanda əmanətlərin orta faiz dərəcələri açıqlandı - Bölgələr üzrə siyahı
-
Bakıda dönərçi kuryeri döydü: 1200 manat cərimələndi
-
Milli Məclisin payız sessiyası başladı: İlk iclasda 12 məsələyə baxılır
-
“Gürcüstan Moldova hakimiyyətini təbrik etməyəcək“ - Kobaxidze
-
281 saylı tam orta məktəbdə şagirdi soyundurub videoya çəkiblər? - VİDEO
-
“Mais dedi ki, incimə, Nəcməddinə bu sözü deyə bilmərəm“ - General döyüş xatirələrini paylaşdı
-
İqbal Ağazadə Cabir İmanovun ölümü ilə bağlı paylaşım edib - “Bu hadisələri xatırlatmaq etik deyil”
-
“5 hektar torpağın varsa...“ - Deputat yeni qaydaları açıqladı
-
Sulutəpədə məhəllələr üfunət qoxur - Acınacaqlı vəziyyət (VİDEO)
-
Madaqaskarda iğtişaşlar: Hökumət istefaya göndərildi
-
Ağıl dişini diplomu olmayan həkimə çəkdirdi... - DETALLAR
-
Netanyahu ABŞ-nin Qəzza üzrə sülh planının şərtləri ilə razılaşıb - Tramp
-
Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək - MDB Oyunları
-
Azərbaycanda məktblərlə bağlı şad xəbər - Oktyabrın 1-dən...
-
Xırdalan 2 saylı tam orta məktəbdə pul yığılması ilə bağlı səs yazıları yayıldı - VİDEO
-
Elektron tərəzilərlə bağlı şikayətlər bitmir - VİDEO
-
Məktəb avtobusları avtobus zolaqlarına daxil ola biləcək? - AÇIQLAMA
-
Aprel döyüşlərində mülki şəxslərin başına nələr gətirilib? - Məhkəmədə açıqlandı
-
Rusiyada 135 min nəfər hərbi xidmətə çağırılacaq - Putindən fərman
-
Xəzər dənizində suyun səviyyəsi daha da azalacaq - Muxtar Babayev
-
“ABŞ-Azərbaycan münasibətləri həmişəkindən daha vacibdir“ - Səfirlik
-
“Məktəblərdə sahibkarlığın tədrisi mümkündür“ - Emin Əmrullayev
-
İdman zallarında qəfil infarkt bu səbəblərlə bağlıdır - Ürək-damar cərrahı AÇIQLADI
-
Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Banklar ən çox bu bizneslərə kredit verir - SİYAHI
-
Məktəblərdə dərslərin müddəti 40 dəqiqə olacaq? - RƏSMİ
-
Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında - Fotolar
-
DİN əməkdaşları III MDB Oyunlarında fasiləsiz xidmət aparır - VİDEO
-
“EuroHome“da kompensasiya qalmaqalı: Azay Möhnətov icarədarları aldatmaqda ittiham olunur
-
“Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı“ - Mehriban Əliyeva
-
Səhiyyə Nazirliyi lipid mərkəzi yaradıb - Ürək xəstəliklərinin qarşısının alınması üçün
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Millimizin baş məşqçisi postuna Abbasov gətirilir - Razılığa gəlinib
-
Saakaşvili 3 milyon dollardan çox pul ödəyəcək - Məhkəmədən qərar
-
Bu avtobuslarda qiymət 65 qəpik oldu - SİYAHI
-
Nazir iki yeni prorektor təyin etdi - FOTOLAR
-
Müğənni Elza Seyidcahan məhkəmədə: “Məni oraya anam aparıb“
-
Universitetlərlə valideynləri üz-üzə gətirən problem - Təhsil haqqı necə ödənməlidir?
-
Xətai icra başçısı qanunsuz tikinityə necə icazə verib? - FHN-i tikintini dayandırdı
-
Əməkdar artist Cabir İmanov vəfat edib - İdman zalında
-
“Biz Rusiya ilə qarşıdurma istəmirik” - Viktor Orban
-
Eskişehir Azərbaycanlılar Dərnəyinin toplantısı keçirildi: Şəhidlərimiz yad edildi
-
Günəşdə yüksək aktivlik proqnozlaşdırılır: Yer üçün risklər mövcuddur
-
İranla sərhəddə narkotik əməliyyatı - 2 nəfər saxlanıldı
-
Nizami rayonunda yerləşən 12 saylı məktəbdə nə qədər pul yığılır? - Video
-
“Cərimələrin məbləği artırılmalıdır“ - Şadlıq sarayları və restoranlarda monitorinqlərə başlanılıb
-
Prorektor işdən çıxmaq üçün ərizə yazdı - Nazir qəbul etdi
-
“Tarif dəyişikliyi bu avtobuslara şamil edilməyəcək“ - Nazirlik
-
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞ
-
Sosial xərclər artdı, daha hansı ayırmalar gözlənilir? - Deputat AÇIQLADI
-
Binaların qarşısına kameralar quraşdırılır: Həmin şəxslər cərimə olunacaq
-
Vyetnamda “Bualoy“ tayfunu: Ölən və itkin düşənlər var
-
Metro və avtobusda gedişhaqqı artırıldı - Yeni QİYMƏTLƏR
-
Stəkana tüpürüb müştərilərə çay süzdü - 70 “Ç” ilə işdən çıxarıldı (VİDEO)
-
Dələduzluğun yeni növü yayılıb - Saxta çek atırlar (VİDEO)
-
Ən çox yağış bu rayonlara yağıb - FAKTİKİ HAVA
-
Neftçalada motosiklet daş lövhəyə çırpıldı - Sürücü öldü
-
Azərbaycanda lüks avtomobillər satan məşhur şirkətdə nə baş verir? - 20 milyondan çox...
-
Prezidentlə görüşənlər arasında Bəxtiyar da var idi - FOTO
-
Bakıda ödənişli yoldan istifadə belə ola bilər - VİDEO
-
İsmayıllıda toyda 4 nəfər bıçaqlandı - Biri bəydir
-
“Türkiyənin adadakı hərbi varlığı qırmızı xəttimizdir“ - Ersin Tatar
-
Bakıda yeni çəkilən piyada zolağı çaşqınlığa və müzakirələrə səbəb olub - VİDEO
-
Prezidentin Nyu-York səfəri ölkəmizin beynəlxalq nüfuzunun bariz təzahürüdür
-
Dünyada ölkəmizlə əməkdaşlığa maraq böyükdür
-
Müğənni Xatirə İslamın makiyajsız halı - VİDEO
-
Paytaxtda ödənişli hərəkət zonaları - Sistem necə işləyəcək?
-
İlham Əliyev və xanımı Gəncədə şəhid övladları ilə görüşdülər - FOTO + VİDEO
-
Açılış mərasimində “DƏMİR YUMRUQ“... - FOTO/VİDEO
-
Telefonumuzdakı bu oyunlar təhlükə saçır - Dərhal silinməlidir!
-
“Qəzza ilə bağlı danışıqlar yekun mərhələdədir“ - Tramp
TOP 10
ARXİV