Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Toyundan cəmi üç ay sonra şəhid oldu - VİDEO

Tarix 28.09.25, 12:17

Font ölçüsü : - / +
bitmap-img6


Vətən uğrunda şəhid olan Samir Sadıqovun yaxınları qəhrəmanın döyüş yolu haqqında danışıblar.

Ailə üzvləri Samir Sadıqovun vətənpərvərliyini və ailəsinə olan sonsuz sevgisini xatırlayaraq onunla fəxr etdiklərini bildiriblər.

Şəhidin atası, oğlunun toyundan cəmi üç ay sonra şəhid olduğunu və övladı Amili görmədiyini böyük kədərlə söyləyib.

Anası isə Amilin adının Samir tərəfindən hələ doğulmamışdan əvvəl qoyulduğunu qeyd edib.

Samirin atası onun İkinci Qarabağ müharibəsində könüllü iştirak etdiyini bildirib: "2020-ci il sentyabrın 28-də müharibəyə getmişdi. Şuşada, Qubadlıda, Zəngilanda, Cəbrayılda döyüşmüşdü. 2022-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında işə başlamışdı".

Atası oğlunun şəhid olduğu gün haqqında bunları söyləyib: "2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə danışmışdıq. Dedi hər şey yaxşıdır, ondan narahat olmayaq. Sağlıq-salamatlıqdır. Ayın 20-si eşitdik ki, şəhid olub".

Şəhidin anası oğlunun vətən sevgisindən danışarkən, onun hər zaman fəxr etdiyi bir övlad olduğunu vurğulayıb: "O, həmişə vətənini sevən oğul idi. Hər zaman deyirdi ki, vətəni azad edəcək. Elə də etdi, dedi siz mənimlə hər zaman fəxr edəcəksiniz".

Anası Samirin böyük arzuları olduğunu və zabit, mayor olmaq istədiyini də əlavə edib.

Samirin bibisi də qəhrəman qardaşoğlu haqqında xatirələrini bölüşüb: "Həmişə də deyirdi ki, müharibəyə gedəcək. Vətən üçün döyüşəcək. Döyüşən oğlanların ondan artıq olmadığını söyləyirdi".

Bibisi qeyd edib ki, Samir şəhid olmamışdan bir gün əvvəl zəng edib ailəsinə özlərini qorumalarını tapşırıb. Onun son sözləri bunlar olub və bundan sonra ailə onun şəhid olması xəbərini alıb.

Ətraflı Baku TV-nin süjetində:




Xəbərin oxunma sayı : 724




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap