Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Elektron tərəzilərlə bağlı şikayətlər bitmir - VİDEO

Tarix 29.09.25, 21:48

Font ölçüsü : - / +
bitmap-img6


Yollarda quraşdırılan elektron tərəzilər yükdaşıma işi ilə məşğul olan vətəndaşları təngə gətirib. Onlar bu dəfə mikrafonumuza Müşfiqabadda yerləşən qarajda danışdılar və dedilər ki, cərimələrin əlindən evimizə çörək apara bilmirik: 

Xezerxeber.az-ın xəbərinə görə, şikayətçilər deyir ki, biz az qala hər yola çıxanda cərimələnirik. Yükümüzün və çəkimizin nə qədər olmasından asılı olmayaraq, bizi çəkən tərəzi öz bildiyini edir.

Məsələnin həlli əslində çox sadədir. Əgər bizi dinləyən, təkliflərimizi dəyərləndirən olsa. Sürücülərin sözlərinə görə, ağır tonajlı maşın tərəziyə düşürsə, o stasionar postda saxlanılıb, yükü tənzimlənməlidir. Amma bizim üçün bu qayda işləmir.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən isə belə izah etdilər ki, yazılan cərimələr tərəzidən keçən yük nəqliyyat vasitələrinin çox kiçik bir hissəsini təşkil edir.  Magistral yollarda quraşdırılan tərəzilərdən gün ərzində ortalama 13.000-dən çox yük nəqliyyat vasitəsi keçir. Onlardan 1%-dən də az bir qismi cərimələnir. Həmçinin, sürücü davranışları da elektron tərəzilərin ölçmə dəqiqliyinə təsir edir. Belə ki, tərəzi üzərində tormozlama, sürətlənmə, qəfil sükan çevirmə və ya manevretmə, yükün düzgün yerləşdirilməməsi, bərkidilməməsi kimi amillər ölçmə dəqiqliyinə təsir edir və nəticə etibarı ilə cərimələnməyə səbəb ola bilir.

Sürücülərdən bu detallara da diqqət göstərmələri tələb olunur.








Xəbərin oxunma sayı : 640




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap