Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

İran prezidenti İsraili hədələdi: “Cavabsız qalmayacaq”

Tarix 02.04.24, 14:47

Font ölçüsü : - / +
bitmap-img6


İran Prezidenti İbrahim Rəisi Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğunun binasına İsrail tərəfindən həyata keçirilən hücumun cavabsız qalmayacağını deyib.

“İsrailin İranın Dəməşqdəki konsulluq binasına qarşı hücumu Sərdar Məhəmməd Rza Zahidi və Sərdar Məhəmməd Hadi Hacı Rəhiminin və onların 5 dostunun ölümü ilə nəticələndi. Beynəlxalq qaydaların açıq şəkildə pozulması olan bu hücumu pisləyirəm”, - deyə Rəisi bildirib.

“İsrail bilməlidir ki, bu cür tədbirlərlə heç vaxt öz pis məqsədlərinə çatmayacaq. Bu qətl cavabsız qalmayacaq”, - deyə İbrahim Rəisi qeyd edib.

Xatırladaq ki, İsrailin hava hücumu nəticəsində Dəməşqdəki İran konsulluğunun binası tamamilə dağılıb. İsrail Hərbi Hava Qüvvələrinin Suriya paytaxtının qərbində, İran konsulluğunun yerləşdiyi Mezze məhəlləsinə raket hücumu nəticəsində azı 11 nəfər həlak olub.

Ölənlərdən yeddisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri, üçü Suriya, biri isə Livan vətəndaşıdır.

SEPAH generalı Məhəmməd Hadi Hacı Rəhimi İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbə nəticəsində həlak olanlar arasındadır. Rəhimi bu hücumda öldürülən SEPAH-ın briqada generalı Məhəmməd Rza Zahidinin müavini vəzifəsində çalışıb.

Mənbə: Haber Global



Xəbərin oxunma sayı : 427




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap