Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Dağıstanın başçısı Kadırova qarşı: Süleyman Kərimova dəstək olacaq

Tarix 13.10.24, 9:37

Font ölçüsü : - / +
bitmap-img6


Dağıstanın rəhbəri Sergey Melikov respublikanın regiondan olan senator Süleyman Kərimovu dəstəkləməyə hər zaman hazır olduğunu bildirib.
 
Musavat.com xəbər verir ki, məlumatı “Kommersant” nəşri yayıb.

Məlikov Dərbənddə parkın açılışı zamanı Çeçenistan rəhbəri Ramzan Kadırovun qan davası elan etdiyi senatordan danışıb: “Sadəcə xalqı üçün xeyirxah işlər görən bu insanın heyrətamiz təvazökarlığı... Dağıstan ona çətin anlarda, lazım olanda həmişə dəstək olacaq. Çünki gücümüz birlikdədir və parçalanma cəhdləri yalnız düşmənlərimizin əlinə işləyir”.

Qeyd edək ki, oktyabrın 9-da Ramzan Kadırov Wildberries-in ofisindəki atışmadan sonra Çeçenistanın təhlükəsizlik qüvvələri qarşısında çıxış edərək, ona qarşı sui-qəsd təşkil edildiyini bildirib. Kadırovun sözlərinə görə, “gündəlik zəmində bütöv xalqları bir-birinə qarşı qoymağın mümkün olduğuna inanan” hər kəs dərin səhv edir. O, Süleyman Kərimov, Rusiya Dumasının deputatları Bekxan Baraxoyev və Rizvan Kurbanova da qan davası ilə bağlı xəbərdarlıq edib.

Ramzan Kadırovun bəyanatından sonra Rizvan Kurbanov videomüraciət yazıb və Çeçenistan rəhbərinə sui-qəsd hazırladığını inkar edib. O, həmçinin bildirib ki, Wildberries şirkəti ilə heç bir əlaqəsi yoxdur.



Xəbərin oxunma sayı : 547




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap