“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Rusiya-Ukrayna müharibəsi tezliklə yeni mərhələyə keçəcək“ - Britaniya kəşfiyyatı

Tarix 06.08.22, 16:05

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya ilə Ukrayna arasındakı müharibə tezliklə yeni mərhələyə keçəcək və ən şiddətli döyüşlər Zaporojyedən Xersona qədər cənub-qərbdə Dnepr çayına paralel təxminən 350 km uzanan cəbhə xətti boyunca olacaq.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyinin tviter səhifəsində dərc olunan Britaniya kəşfiyyatının hesabatında deyilir.

“Rusiya qüvvələri Ukraynanın əks-hücumunu gözləyərək və ya mümkün hücuma hazırlaşaraq cənubda cəmləşir. Rusiyanın hərbi yük maşınları, tankları, yedəkli artilleriya qurğuları və digər silahlardan ibarət uzun kolonlar Donbass bölgəsindən ayrılaraq cənub-qərbə doğru hərəkət edir. Həmçinin Melitopol, Berdyansk, Mariupoldan və Kerç körpüsündən keçməklə Rusiyanın materik hissəsindən Krım yarımadasına doğru hərəkət müşayiət olunub”, - məlumatda bildirilib.

Kəşfiyyat məlumatına görə, 800-1000 nəfərdən ibarət tabor-taktiki qrupları (TTQ) artıq Krıma yerləşdirilib və böyük ehtimalla, Xerson bölgəsində rus qoşunlarını dəstəkləmək üçün istifadə olunacaq. “Avqustun 2-də Krıma yeni TTQ yeridilib, həmçinin Şərqdəki qüvvələr qrupundan da TTQ cəlb olunur və kəşfiyyat məlumatlarına görə, onlar da yaxın günlərdə böyük ehtimalla Xerson bölgəsinə göndəriləcəklər”, - tviterdə qeyd olunub.

“Ukrayna qüvvələri Rusiyanın maddi-texniki təchizatını artırmaq qabiliyyətini zəiflətmək üçün bloklama, zədələmə və dağıtma kombinasiyasından istifadə edir və daha çox Ukraynanın cənub bölgələrində körpüləri, silah-sursat anbarlarını və dəmir yollarını, o cümlədən Xersonu Krımla birləşdirən strateji əhəmiyyətli dəmir yolu xəttini hədəfə alır”, - Birləşmiş Krallığın Müdafiə Nazirliyindən əlavə edilib.



Xəbərin oxunma sayı : 478




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap