“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Rusiya ilə Çinin bir-birinə qarşı ərazi iddiası yoxdur“ - Zaxarova

Tarix 03.09.24, 14:49

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Federasiyası və Çin qarşılıqlı olaraq hər hansı ərazi iddialarından imtina etdiklərini rəsmən təsdiqləyiblər.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Tayvanın prezidenti Lai Cindenin "Çin Rusiyadan niyə torpağını almır?" bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya və Çinin bir-birinə qarşı ərazi iddiası yoxdur.

“Qisas sindromlarına bürünmüş ayrı-ayrı marjinal siyasətçilərin fikirləri hər kəs üçün maraqlı ola bilər, amma bizim üçün deyil”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, Lai Cinde təklif edib ki, Çin Ayqun müqaviləsinə uyğun olaraq Rusiyaya daxil olan Amur çayının şimalındakı əraziləri geri qaytarmağa çalışsın. Onun sözlərinə görə, əgər Çin Xalq Respublikasının hakimiyyəti Çinin birliyini və ərazi bütövlüyünü bərpa etməyə çalışırsa, Primoryedəki torpaqların XIX əsrdə Rusiya imperiyasına verilməsi ilə bağlı bu ölkəyə ərazi iddiaları irəli sürməlidir.(Apa)



Xəbərin oxunma sayı : 592




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap