Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Bağçalarda sertifikasiya: “Ciddi kadr çatışmazlığı yaranacaq”

Tarix 28.09.25, 19:44

Font ölçüsü : - / +
bitmap-img6


2026-cı ilin sonunadək məktəbəqədər təhsil müəssisələrində çalışan bütün pedaqoji heyətin mərhələli şəkildə sertifikasiyadan keçirilməsi planlaşdırılır.

Bu proses uşaqların təlim və tərbiyəsinin keyfiyyətinə necə təsir edəcək və sertifikasiyadan keçməyən tərbiyəçilərin vəziyyəti necə olacaq?

Mövzu ilə bağlı Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov AzEdu.az-a açıqlama verib.

"Sertifikasiyanın tətbiqi təhsil sistemində keyfiyyəti artırmaq məqsədi daşıyan bir çox ölkələrin təcrübəsində mövcuddur. Bu prosesi geniş təhlil etdikdə bir neçə vacib sual ortaya çıxır: "Bu sertifikasiyanın həyata keçirilməsi necə mümkün olacaq?”, "Nəticələri necə olacaq?” və "Nə dərəcədə işçi qüvvəsinə təsir edəcək?”.

Sertifikasiyanın əsas məqsədi pedaqoji heyətin peşəkar standartlara uyğunluğunu təmin etməkdir. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində çalışan bir çox tərbiyəçi-müəllimin bu sahədə kifayət qədər ixtisaslaşmamış olması məlum bir həqiqətdir.

Araşdırmalar zamanı 6 minə yaxın tərbiyəçinin məktəbəqədər təhsil sahəsi üzrə xüsusi təhsil almadığı müəyyən edilib. Müxtəlif ixtisaslar üzrə təhsil almış, lakin məktəbəqədər təhsil üzrə peşəkar bacarıqlarının olmaması uşaqların təlim və tərbiyəsinin keyfiyyətinə mənfi təsir göstərir. Bu baxımdan, sertifikasiyanın həyata keçirilməsi təhsilin keyfiyyətini artırmaq üçün vacib addım hesab oluna bilər".

Qısa zamanda bağçalarda işçi çatışmazlığı yarana bilər:

"Sertifikasiya ilə bağlı vacib məsələlərdən biri onun işçi qüvvəsinə təsiridir. Bir çox pedaqoqun sertifikasiyadan keçə bilməməsi onların işlərini itirməsi ilə nəticələnə bilər. Ancaq bu prosesin məqsədi təhsilin keyfiyyətini artırmaqdırsa, sertifikasiyadan keçməyən müəllimlərin yenidən ixtisasartırma kurslarına cəlb edilməsi və onların yenidən təhsil sahəsinə qaytarılması mümkün həll yollarından biridir.

Sertifikasiyanın tətbiqi digər ölkələrin təcrübəsində də təhsilin keyfiyyətinin artırılması üçün effektiv metod kimi qəbul olunur. Məsələn, Finlandiya və İsveç kimi ölkələrdə tərbiyəçi-müəllimlər yalnız müvafiq sertifikatlardan keçdikdən sonra məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərmək hüququna malikdirlər. Bu sistemin tətbiqi nəticəsində həmin ölkələrdə məktəbəqədər təhsil müəssisələrinin keyfiyyəti dünya miqyasında ən yüksək göstəricilərə çatıb.

Hər bir tərbiyəçinin peşəkar səviyyədə inkişafı və biliklərinin daim yenilənməsi uşaqların erkən təhsil dövründən keyfiyyətli təlim-tərbiyə almasını təmin edir. Azərbaycan bu təcrübədən faydalanaraq, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin sertifikasiyasını təşkil etməli və onların peşəkar inkişafını təmin etməlidir.

Bağçalarda tərbiyəçilərin və metodistlərin sertifikasiyası zəruridir, çünki məktəbəqədər təhsil sahəsi uşaqların inkişafının ən həssas dövrünə təsir göstərir. Məktəbəqədər yaş dövrü uşağın həm fiziki, həm də zehni inkişafının təməlini təşkil edir. Bu yaş dövründə uşaqların inkişafı ilə peşəkar məşğul olmayan şəxslər tərəfindən aparılması gələcəkdə təhsil sistemində ciddi çatışmazlıqlara və təlimdə geriliklərə səbəb ola bilər. Bu səbəbdən, məktəbəqədər təhsil müəssisələrində çalışan hər bir tərbiyəçinin sertifikasiyadan keçməsi və onların biliklərinin yenilənməsi vacibdir".



Xəbərin oxunma sayı : 445




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap