“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Etibar Pirverdiyevin maaş problemi - Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir?

Tarix 01.06.26, 16:45

Font ölçüsü : - / +
bitmap-img6


“Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevə məxsus “Azenco” ASC-də ciddi maliyyə problemləri yaranıb...

Şirkətdə çalışan əməkdaşların Tendensiya.com-a verdiyi məlumaya görə, üç aydan artıqdır ki, maaşların ödənilməsində gecikmələr müşahidə olunur.

Məlumata görə, problemin əsas səbəbi “Azərenerji” ASC tərəfindən görülmüş işlərə görə “Azenco”ya ödənilməli vəsaitlərin vaxtında köçürülməməsidir. Mənbələrin iddiasına əsasən, hazırda “Azərenerji”nin şirkətə təxminən 15 milyon manat borcu var.

Qeyd edək ki, 2018-ci ildə Balababa Rzayevin “Azərenerji” ASC-yə rəhbər təyin olunmasından sonra “Azenco”nun əvvəlki illərdə aldığı iri həcmli layihələrin sayı əhəmiyyətli dərəcədə azalıb. Gəlirliliyi yüksək olan layihələr Balababa Rzayev öz şirkətlərinə verir, daha mürəkkəb və xərc tutumlu işlər isə əsasən “Azenco”ya həvalə olunur.

Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən enerji layihələrində bu vəziyyətin daha qabarıq hiss olunur. Şirkətdə çalışanlar bildirir ki, ödənişlərin gecikdirilməsi “Azenco”nun maliyyə imkanlarını zəiflətməklə yanaşı, peşəkar kadrların da şirkətdən uzaqlaşmasına səbəb olur.



Xəbərin oxunma sayı : 1042




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap