“Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

  • / Maqazin / — 02 İyul 2024

    Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO

Merihə oyun, onlara pul cəzası - Futbol qurumlarının ikili standartı

Tarix 06.07.24, 18:32

Font ölçüsü : - / +
bitmap-img6


Bildiyimiz kimi, UEFA futbolçuları siyasi davranışlarına görə cərimələyir. Türkiyə millisinin futbolçusu Merih Demiral da “bozqurd” işarəsi tutduğu üçün cəzalandırılan oyunçulardan biridir.

“Qafqazinfo” xəbər verir ki, türkiyəli futbolçu bu hərəkətinə görə UEFA tərəfindən iki oyunluq cəza alıb. 

Futbolçuların bu tip siyasi mesajlar verməsi, sevinclərini özlərinəməxsus qeyd etməsi bütün dönəmlərdə qarşılaşdığımız hallardan olub. Lakin maraqlıdır ki, istər UEFA, istərsə də, FİFA bu cür hallara görə sadəcə pul cəriməsi ilə kifayətlənib. 

İsveçrə millisinin üzvü Qranit Caka 2018-ci ildə keçirilən dünya çempionatında ikibaşlı qartal tutaraq siyasi mesaj göndərmişdi.

Elə həmin çempionatda isveçrəlilərin digər üzvü Xerdan Şakiri də ikibaşlı qartalla Serbiyaya göndərmə etmişdi. 

Açıklama yok.

Amma hər iki oyunçu sadəcə cərimələnmişdi.

UEFA əvvəllər serb millətçilərinin istifadə etdiyi  “Çetnik” salamına görə də pul cərimələri ilə kifayətlənib. 

Məsələn, Rusiyada keçirilən DÇ-2018-də Serbiya-Kosta-Rika matçında cərimə zərbəsini vurduqdan sonra “Çetnik” salamı verən Aleksandr Kolarova iki oyun oynamamaq cəzası verməmişdi. 

Açıklama yok.

Avropa çempionatının seçmə mərhələsində Serbiyanın Albaniyaya 2:0 hesabı ilə qalib gəldiyi matçda Aleksandr Kolarovun vurduğu qoldan sonra Duşko Tosiçin “Çetnik” salamı da qitə futbol qurumu tərəfindən cəzasız qalıb. 

Açıklama yok.

Ötən il Serbiyanın Monteneqronu 3:1 hesabı ilə məğlub etdiyi Avropa Çempionatının seçmə qrup matçında Duşan Tadiç də eyni hərəkətlə yadda qalmışdı və UEFA tərəfindən cəza almamışdı. 

Açıklama yok.

UEFA bu cür siyasi ideyalarını meydana daşıyan futbolçuları çox zaman görməzdən gəlib.

Bu zaman Türkiyə millisinin futbolçusu Merihin vacib oyunlar öncəsi cəzalanması birmənalı qarşılana bilməz. Onun yoxluğu Türkiyə üçün böyük itki sayılır.

Lakin qitə futbol qurumunun qərarı da müzakirə olunmalıdır. 

Hər halda Merihə də verilən cəza oyun cəzası olmasaydı, bu qədər müzakirələrə səbəb olmazdı.

Onu da nəzərinizə çatdıraq ki, UEFA-nın qərarı qəbul edən müvafiq komitəsinin hazırkı rəhbəri avstriyalı Tomas Partidir. 

Yəqin ki, UEFA bəzən siyasi hesab edilən davranışları ya seçə bilmir, ya da düzgün cəzalandıra. 

Belə görünür ki, avstriyalıların həzm edə bilmədiyi yalnız Merihin “bozqurd” işarəsi yox, matçın ilk və 59-cu dəqiqədə Avstriyaya qarşı etdiyi dubl olub…



Xəbərin oxunma sayı : 1183




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap