Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

“Trampla debata hazıram” – Harris

Tarix 26.07.24, 10:32

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-nin vitse-prezidenti Kamala Harris eks-prezident Donald Trampla debata hazır olduğunu bildirib.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə Texas ştatının Hyuston şəhərindən Vaşinqtona qayıdarkən jurnalistlərlə söhbətində deyib.
“Mənə Donald Trampla debat barədə sual verirlər. Deyə bilərəm ki, onunla debata hazıram. Debatın əvvəllər razılaşdırıldığı kimi, sentyabrın 10-da keçirilməsinə razılıq verdim. O da buna razılıq verdi”, - Harris bildirib.
Harrisin sözlərinə görə, Tramp debat üçün yerin dəyişdirilməsini tələb etməklə əslində geri addım atır. Belə ki, əvvəllər respublikaçı növbəti debatı ABC telekanalında deyil, “Fox News” telekanalında keçirmək istədiyini bildirib. Tramp bunu “ABC” telekanalının qərəzliliyi ilə əlaqələndirib.
ABC debatı sentyabrın 10-na planlaşdırıb.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Baydenin Demokrat Partiyasını təmsil edəcəyi gözlənilirdi, lakin iyunun 27-də Trampla debatdakı uğursuz çıxışından sonra demokratlar arasında onun mübarizədən əl çəkməsinə çağırışlar güclənib. İyulun 21-də Bayden yarışdan çıxmaq qərarına gəlib və ABŞ-nin vitse-prezidenti Kamala Harrisin ən yüksək hökumət postuna namizədliyini dəstəkləyib.



Xəbərin oxunma sayı : 1120




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap