“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ağdam xəstəxanasında direktor cərrahı vəzifəsindən çıxardı - Məhkəmə bərpa etdi

Tarix 04.09.24, 17:51

Font ölçüsü : - / +
bitmap-img6


Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Canəli Nəbiyevin əmrini məhkəmə ləğv edib.

Qaynarinfo-nun məlumatına görə, xəstəxana direktoru keyfiyyətə nəzarətin idarə edilməsi komitəsinin rəhbəri Nəsim Nəsibovu işdən çıxarıb. 

6 iyun 2024-cü ildə baş həkimin sədrliyi ilə tibbi şuranın iclası keçirilib. İclasda Nəsim Nəsibovun fəaliyyəti qeyri-qənaətbəxş hesab edilib və Canəli Nəbiyevin əmri ilə vəzifəsindən azad olunub. O, cərrahiyyə şöbəsində həkim-uşaq cərrahı vəzifəsinə keçirilib. 

Canəli Nəbiyevin əmrindən narazı qalan cərrah həkim Ağdam Rayon Məhkəməsinə şikayət verib. O, iddia edib ki, 6 iyun 2024-cü il tarixdə tibbi şuranın iclası onun iştirakı və ümumiyyətlə xəbəri olmadan çağırılıb, özünün razılığı olmadan vəzifəsindən azad edilib. Onun fikrincə, barəsində qəbul edilmiş qərar ədalətsizdir, işinin dəyişdirilməsinə dair verilmiş əmr qanunsuzdur.

Direktor isə məhkəmədə izahat verərək cərrah həkimin iddia tələblərini qəbul etməyib. Canəli Nəbiyev xatırladıb ki, 14 may 2024-cü il tarixdən xəstəxanaya direktor təyin edilib. Həmin təyinatdan sonra xəstəxanada islahatlar aparmağa başlayıb, həmçinin xəstəxananın keyfiyyətə nəzarətin idarə edilməsi komitəsinin fəaliyyəti ilə də tanış olub, komitənin fəaliyyətindən narazı qalıb. O, hesab edir ki, əmri qanuna müvafiqdir.

Məhkəmə Canəli Nəbiyevin əmri ləğv edib, Nəsim Nəsibovun vəzifəsinə işinə bərpa edilməsinə qərar verib.

Qeyd edək ki, Nəsim Nəsibov həmçinin 119 saylı Ağdam Dairə Seçki Komissiyasının 17 saylı Məntəqə Seçki Komissiyasının (MnSK) sədri vəzifəsində çalışır.  



Xəbərin oxunma sayı : 979




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap