“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Mobi Home” mağazasında dava - Döyülən satıcı 2 min tələb edib

Tarix 17.04.25, 19:28

Font ölçüsü : - / +
bitmap-img6


Nəsimi rayonu, 28 may küçəsində yerləşən “Mobi Home” mağazasında satıcı ilə müştəri arasında dava olub. Burnundan yumruq zərbəsi alan satıcı barışıq üçün 2 min manat tələb edib.

Musavat.com xəbər verir ki, davaya səbəb müştəri ilə satıcı arasında mobil telefon alış-verişinə görə mübahisə yaranıb. Mübahisə zamanı müştəri Allahverən satıcı Elşəni mağazadan çıxararaq onun burun nahiyəsindən yumruqla bir zərbə vurub.

Allahverənin sözlərinə görə günah Elşəndə olub: “Mobil telefon alacaqdım. Telefon açılmadığı üçün enerji yığması üçün cərəyana taxdı. Bir neçə saat sonra gəlib götürməyimi istədi. Mən də razılaşdım. Mağazaya qayıdanda telefonu satmaq istəmədiyini dedi. Mən də “bu nə hərəkətdir edirsən?” dedim. Sinəmdən itələyib mağazadan çıxardı. Mübahisə edəndə mən də vurdum”.

Zərərçəkmiş Elşən isə mübahisənin səbəbkarı kimi Allahverəni göstərib. Deyib ki, telefonu satmaq istəməməsinin səbəbi nasaz olması olub. Amma Allahverdi düşünüb ki, Elşən onu aldatmaq istəyib.

Dəymiş zərərə görə Elşən 2 min manat tələb edib. Allahverən isə 500 manat verə biləcəyini deyib. Elşən Allahverəni bağışlamayıb. 

Məhkəmə Allahverən barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.



Xəbərin oxunma sayı : 505




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap