![]() |
|














Xocalı sakinləri dəhşətli anları danışdılar: "Məni ölü bilib üzərimə su tökdülər..."
Tarix 17.04.25, 21:50 |
|

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 17-də davam etdirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Əvvəlcə təqsirləndirilən şəxs Arkadi Qukasyan məhkəmənin ötən iclasında tədqiq edilmiş sənədlərlə bağlı dindirilib. O, dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən azərbaycanlıların Xankəndidən çıxmağa məcbur edildiklərini etiraf edib.
O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zaman Robert Köçəryanla 1992-ci ildən, Samvel Babayanla 1993-cü ildən, Murad Petrosyanla 2000-ci ildən sonra tanış olduğunu bildirib.
Təqsirləndirilən şəxs Xəlfəliçay üzərindəki körpünün partladılması barədə suala cavabında bu hadisəni xatırladığını, habelə 1988-1993-cü illərdə Ermənistan tərəfindən vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində törədilən hadisələrin qəhrəmanlıq deyil, faciə olduğunu deyib.
Arkadi Qukasyan, həmçinin 1990-cı il martın 23-dən 24-nə keçən gecə erməni silahlılarının Qazaxın Bağanıs Ayrım kəndində qətliam törətmələri barədə deyib ki, bu hadisələrə müsbət yanaşmaq mümkün deyil. O əlavə edib: "Bu qəddarlığı kimin törətməsindən asılı olmayaraq, yaxşı qiymət vermək düzgün deyil. Buna qadir olan insanlar təbii ki, mühakimə olunmalıdır. Burada münasibət yalnız bir cür olmalıdır, başqa qiymətləndirmə ola bilməz”.
Sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin şöbə rəisi Nəsir Bayramov cinayət işinin Azərbaycanın Xocalı şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və azərbaycanlılara qarşı törədilmiş soyqırımı üzrə toplanmış sübutların tədqiqini, zərərçəkmişlərin dindirilməsini təklif edib.
İclasda Xocalı soyqırımınadək rayonda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı cinayət hadisələri, həmçinin Meşəli kəndinə basqın edilərək sakinlərin qətlə yetirilməsi, evlərin, mağazaların, avtomobillərin, mal-qaranın talan edilib yandırılması üzrə toplanmış sənədlərin, sübutların, fotomaterialların bir hissəsi təqdim olunub.
Daha sonra Meşəli soyqırımı ilə bağlı sənədlər tədqiq edilib. Sənədlərə əsasən, 1991-ci il dekabrın 23-də saat 7 radələrində Ermənistan hərbçiləri Meşəli kəndinə hücum edərək 25 nəfəri qətlə yetirib, evləri yandırıb, kəndi talayıb, o cümlədən əhalinin mal-qarasını aparıblar. Hadisə ilə bağlı başlanmış cinayət işi üzrə axtarışa verilmiş Vaqif Xaçaturyan saxlanılıb. 2023-cü il noyabrın 7-də Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan sonra zərərçəkmiş şəxslər ifadə verib və dövlət ittihamını müdafiə edən prokurorların, zərərçəkmiş şəxslərin nümayəndələrinin, eləcə də təqsirləndirilən şəxslərin müdafiəçilərinin ünvanladıqları sualları cavablandırıblar.
Zərərçəkmiş Elman Məmmədov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cəmi 8-9 saat ərzində Ermənistan hərbçiləri tərəfindən 613 dinc sakin, o cümlədən 106 qadın, 63 körpə qətlə yetirilib. Həmin gecə Xocalıda baş verənlər sülh və insanlıq, bəşəriyyət əleyhinə törədilən ən amansız cinayət idi.
O, Xocalıya qarşı ilk hücumun təkcə silahlarla deyil, ideoloji hazırlıqla - mitinqlərlə başladığını bildirib. E.Məmmədovun sözlərinə görə, bəzi mənbələrdə Xocalı əleyhinə ilk mitinqin 1988-ci il fevralın 13-də keçirildiyi yazılsa da, hadisələr, əslində, fevralın 12-də Əsgəranda başlayıb.
1988-ci il sentyabrın 18-də Xankəndidə keçirilən mitinqdə isə artıq açıq şəkildə Xocalıya hücum qərarı qəbul olunub. Onun sözlərinə görə, 10 minə yaxın insan, - təkcə mitinq iştirakçıları deyil, silahlı və xüsusi vasitələrlə təchiz olunmuş şəxslər, - Xocalıya doğru yürüş ediblər.
Zərərçəkmiş şəxs həmin dövrə aid daha bir faktı açıqlayıb: "Xankəndidə fəaliyyət göstərən müəssisələrdən azərbaycanlılar sistemli şəkildə çıxarılırdı. Xocalıdan olan sürücülər, Qarabağ İpək Kombinatında və Karşel Kombinatında çalışan qadınlar zorakılığa, işgəncəyə məruz qalırdılar. 70-dən çox xocalılı qadın həmin kombinatlarda ən zərərli sexlərdə çalışırdı. Onların üstünə qaynar su tökülür, əlləri-ayaqları əzilir, təhqir olunurdular”.
E.Məmmədov bildirib ki, Xocalı soyqırımına aparan yol bir neçə mərhələdən ibarət olub. Bunlardan biri də 1991-ci ilin sonlarında Meşəli kəndinin tamamilə yandırılması və 30-a yaxın kənd sakininin qətlə yetirilməsi olub.
Elman Məmmədov Meşəli ilə yanaşı, digər kəndlərin də ardıcıl şəkildə hədəfə alındığını qeyd edərək deyib: "Cəmilli, Malıbəyli, Quşçular və Qaradağlı kəndləri bir-birindən ayrı deyil, bir zəncirin halqalarıdır. Xocalı soyqırımına qədər hər addım dəqiq şəkildə planlaşdırılmışdı. Təşkilatçılar və prosesə rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar”.
E.Məmmədov bildirib ki, bu dəhşətli hadisələrin hamısı Ermənistanın dövlət səviyyəsində apardığı planlı və sistemli etnik təmizləmə siyasətinin nəticəsidir.
Dövlət ittihamçıları Fuad Musayevin və Vüsal Abdullayevin də suallarını cavablandıran zərərçəkmiş şəxs deyib ki, soyqırımına qədər Xocalı təkcə hücumlara yox, həm də blokada şəraitində fiziki məhvə məruz qalmışdı. "1992-ci il yanvarın 28-də sonuncu mülki vertolyot Ağdamdan Şuşaya uçarkən Xankəndi üzərində ermənilər tərəfindən vuruldu, nəticədə təxminən 50 nəfər həyatını itirdi. Bu hadisədən sonra vertolyot uçuşları tamamilə dayandırıldı. Beləliklə, Xocalı tam blokadaya düşdü, hava yolu da qalmadı”, – deyə E.Məmmədov diqqətə çatdırıb.
Zərərçəkmişin sözlərinə görə, 1992-ci il fevralın 25-də axşam saatlarına yaxın artıq müxtəlif yerlərdən Ermənistan silahlı qüvvələrinin Xocalıya hücum etməsi barədə məlumatlar gəlməyə başlayıb. "Bu, sadəcə, bir hücum deyil, böyük hərbi əməliyyat idi. Onların texnikası və say üstünlüyü o qədər böyük idi ki, Xocalının azsaylı müdafiə qüvvəsi bu gücə qarşı tab gətirə bilməzdi. Mühasirə 3 saata yaxın davam etdi. Gecə saat 11-dən etibarən şəhər ağır artilleriya və zirehli texnika ilə atəşə tutuldu. Bütün Xocalı alova qərq oldu”, - deyə o qeyd edib.
E.Məmmədovun sözlərinə görə, müqavimət qeyri-mümkün idi. Nəticədə şəhərin boşaldılması qərarı verildi. Yeganə çıxış yolu Ağdam istiqaməti idi. Amma Əsgəran yolu erməni hərbçilərin nəzarətində idi. Ona görə də camaat meşə yolları ilə hərəkət etməyə məcbur oldu. Amma bu da əvvəlcədən planlaşdırılmış tələ idi.
O, Ermənistan rəsmilərinin sonradan səsləndirdiyi "humanitar dəhliz” iddialarına da münasibət bildirib və deyib: "Robert Köçəryan, Serj Sarkisyan, Vitali Balasanyan, Seyran Ohanyan - bu hərbi canilər özləri sonradan deyiblər ki, guya "humanitar dəhliz” vermişdilər. Həmin dəhliz yox idi. Bu, əhalini tələyə salmaq üçün qurulmuş "ölüm zonası” idi. Əsgəranla Ağdam arasında təpələrdə texnika yerləşdirilmişdi. Məqsəd aydın idi – Xocalıdan sağ çıxan olmasın ki, bu vəhşiliklər barədə sonradan danışılmasın.
Zərərçəkmiş Kübra Məmmədova bildirib ki, Xocalı işğal ediləndə o, iki yaş yarımlıq olub. Bacısının dediyinə görə, Xocalı hər tərəfdən atəşə tutulub. Evdən çıxarkən anası onu, atası isə bacısını kürəyinə bağlayıb. Həmin gecə atasına güllə dəyərək həlak olub. Atasının kürəyinə bağladığı bacısı Xəyalə durub qaçarkən ona da güllə dəyib və həyatını itirib. Ardınca isə güllə anasına dəyib. Anası yerə çökərək onu kürəyindən açıb yanına qoyub və bundan sonra yıxılıb. Bacısı Xatirə onu götürmək istəsə də, ona da güllə dəydiyindən və yaralandığından huşunu itirib. Zərərçəkmiş qeyd edib ki, təxminən 3 gün orada qaldıqdan sonra onu anasının qoynundan donmuş vəziyyətdə ölmüş bilərək götürüb və Ağdam rayonuna gətiriblər. Ağdam şəhər məscidində yuyarkən üzərinə su töküləndə ayılıb. Bundan sonra məsciddə olan tibb bacısı onu öz evlərinə apararaq bir müddət orada saxlayıb. Sonra anasının onun qoynuna yazıb qoyduğu kağız parçasına əsasən, onu axtaran qohumlarına verilib. Faciədən sonra bacısı Xəyalə, əmisi Elman, anası, 9 gün sonra isə atası Ağdam Şəhidlər xiyabanında dəfn olunub. Ermənilər atasının meyitini təhqir edərək başının dərisini soyublar.
Zərərçəkmiş şəxs Fitat Məmmədova deyib ki, həmin gecə Xocalı hər tərəfdən müxtəlif silahlardan atəşə tutulub. Onlar şəhərdən çıxaraq Qarqar çayını keçib Kətik meşəsinə gediblər. Meşəyə girərkən ermənilər onun olduğu dəstəni atəşə tutublar. Həmin vaxt yaxınlıqda mərminin partlaması nəticəsində oğlu Gündüzə qucağında qəlpə dəyib və o, həlak olub, özü isə yaralanıb.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli və dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman zərərçəkmiş qeyd edib ki, həyat yoldaşı Səlim Həşimov Xocalıdan çıxandan sonra Naxçıvanlı kəndi yaxınlığında yerləşən "Qara qaya” deyilən yerdə sağ əlindən yaralanıb. Digər sakinlərlə birgə Ermənistan hərbçiləri tərəfindən girov götürülərək Əsgərana aparılıb və orada milis şöbəsinin təcridxanasında saxlanılıb. Anası Tamaşa Məmmədova qardaşı Rasim Məmmədovla birlikdə digər Xocalı sakinləri ilə Kətik kəndi istiqamətində gələrkən Ermənistan hərbçiləri zirehli transportyorla onların qarşısını kəsib və qardaşını alnından güllə ilə vuraraq öldürüblər. Digər qardaşı Vasif Məmmədov isə girov götürülərək Əsgərana aparılıb. Ermənilər Əsgəran Milis Şöbəsinin təcridxanasında həyat yoldaşı Səlimə işgəncə verərək onun diri-diri ürəyini çıxarıblar.
Qardaşı Vasifə işgəncə verərək qollarını və ayaqlarını sındırıb, sonra güllələyərək öldürüblər. Qardaşı oğlu Zahiri də yaralı halda tutaraq sonradan güllələyiblər.
Zərərçəkmiş Zöhrab Muradov diqqətə çatdırıb ki, Xocalının ilk şəhidi onun qardaşı Zahid Muradov olub. Ermənilər "Alazan” tipli raket atıblar, bir qardaşı şəhid olub, digəri yaralanıb.
Zərərçəkmiş ifadəsində bildirib ki, o, Əsgəranda qaz idarəsində işləyib. 1987-ci ildə ermənilər azərbaycanlı olduğu üçün onları işdən çıxarıblar, dördaylıq maaşlarını da verməyiblər. Xocalı faciəsi törədilən vaxt o, Ağdamda olub. Zərərçəkmiş Şelli kəndində Xocalıdan qaçmış sakinləri ayaqyalın, nazik geyimdə, yaralanmış, donmuş vəziyyətdə, suyun, palçığın içində görüb. Qardaşı Zahidin, babası Əzimin və iki övladının ermənilər tərəfindən amansızcasına öldürüldüyünü öyrənib.
Zərərçəkmiş Azər Cəbrayılov ifadəsində Xocalı soyqırımı zamanı 8 yaşının olduğunu deyərək bildirib: "Biz Şelliyə çatmağa az qalmış anam şəhid oldu, mən, atam və bacım yaralandıq”.
Məhkəmənin növbəti iclası aprelin 18-nə təyin olunub.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.





























Xəbərin oxunma sayı : 832
Hadisə
Xəbərlər
-
Ölkəyə gətirilən avtomobillərin təxminən yarısı hibriddir - Kəskin ucuzlaşma var
-
Azad edilmiş ərazilərdə mal-qara saxlamaq qadağandır? - Rəsmi açıqlama
-
Suraxanıda yüksəkgərginlikli elektrik xətlərinin altında evlər tikilir - FOTOLAR
-
Giriş məlumatlarınız oğurlana bilər - Dövlət Vergi Xidməti
-
Buzovnada binanın damı təmir edilmir - Mənzillər suyun içindədir (VİDEO)
-
Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib - SƏNƏD
-
Əsgərlər üçün təhsil almaq imkanı yaradılıb - Azərbaycan Ordusunda ilk
-
Azərbaycanda böyrəyini satan şəxs DANIŞDI: “45-50-dən aşağı vermərəm“
-
Bakının bu rayonlarında söküntü başlayır - VİDEO
-
Ukraynada vəziyyət nizamlanmaya doğru gedir - Tramp
-
General korpus komandiri təyin olundu - Akif Pirverdiyev kimdir?
-
“Praktik tibb faəliyyəti ilə məşğul ola bilməzlər“ - Nazirlikdən “plastk cərrahlar“a sərt xəbərdarlıq
-
Mehriban Əliyeva “Sea Breeze“də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb - VİDEO
-
“Real Madrid“ Xabi Alonsodan əl çəkmir - “Bayer Leverkuzen“ “qiymət oxudu“
-
Bilgəhdə dəbdəbəli villa satılır - 12 milyon manata (FOTOLAR)
-
İcra Hakimiyyəti 150 minlik ağac və kol alır - Qalib şirkət kimindir?
-
Məhkəmədə Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib - FOTOLAR
-
Azərbaycanda yeni fırıldaq növü yayılıb: “Kabus toxunuşu” - DİQQƏT
-
Tutduğu Ukrayna əraziləri Moskvanın nəzarətində qalır, sanksiyalar yumşaldılır - ABŞ-nin “SÜLH PLANI“
-
BŞTİ-də yeni təyinatlar - Hüseynova əmr imzalayıb + FOTO
-
“Fevralın 25-26 da Xocalıda idim...” – “Onların qətlə yetirilməsi əmrini Vanik verib”
-
Sən dəqiqələr itirmirsən, illər bağışlayırsan! - VİDEO
-
ABŞ Ukrayna danışıqlarından çıxmağa hazırlaşır - Rubio açıqladı
-
“Bəziləri sosial media hesabını bağlamağa məcbur oldu” - Ərdoğan
-
Dövlət sərhədində narkotik daşıyan PUA zərərsizləşdirildi - Fotolar
-
İndiyədək üç milyard dollar... - “Sea Breeze”də daha nələr olacaq? indiyedek-uc-milyard-dollar
-
“Ermənistan Konstitusiyasından Qarabağa aid hissəni çıxarmaq lazımdır“ - Slutski
-
Azərbaycanın daxili və xarici dövlət borcu - Açıqlandı
-
Zakir Həsənov Türkiyə HDQ komandanı ilə görüşdü - Fotolar
-
Əhali hər ay banklara nə qədər kredit borcu ödəyir? - Kəskin artım var
-
“Bir şərtlə razıyıq ki, İranın qanuni maraqları nəzərə alınsın” - Lavrov
-
Direktorla dalaşandan sonra işdən çıxarılmışdı - İndi də 1000 manat cərimələndi
-
Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu - FOTOLAR
-
“Sevimli dad“ın kolbasasının içində nə çıxıb? - AQTA araşdırmaya başlayıb
-
Məcnun Məmmədov Tovuzda vətəndaşları qəbul etdi - Fotolar
-
Pensiyaya 5 il tez çıxmaq üçün ya çoxuşaqlı olmalısan, ya da… - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
-
Yemək şirkəti “Məişət İST” MMC köçkünlərin geri qayıdışı üçün təbliğat-təşviqat aparacaq - 1,8 milyon alıb
-
“ABŞ-nin niyyətinin ciddiliyinə şahid olduq“ - İran XİN rəhbəri
-
Təhsil Tələbə Krediti Fondunda nöqsanlar - Araz Paşayev dövlət vəsaitlərinin necə qanunsuz istifadə edib?
-
Lisenziyası ləğv edilmiş cərrahlar fəaliyyətini davam etdirə bilər - Vəkildən açıqlama
-
Pezeşkian bu tarixdə Azərbaycana gəlir - 120 nəfərlik heyətlə
-
Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
-
“Evimdən çıxan silahlar mənimdir, ofisdəki silahlardan isə xəbərim yoxdur“ - MƏHKƏMƏ
-
Birinci Qarabağ müharibəsində itkin düşən şəhidlərimiz dəfn olundu - Fotolar
-
Fəzail Ağamalıdan xəbər var: Türkiyəyə niyə gedib?
-
İcra hakimiyyətindən özünü yandıran müharibə iştirakçısı ilə bağlı açıqlama
-
Məhkəmədə zərərçəkmiş şəxs Madat Babayanı tanıdı - “O, “sən türksən” deyib məni təpiklədi“
-
Həmin siyahıda Dilqəm Məhərrəmovla xanımının da adı yoxdur - “Heç gözləmirdik…”
-
“Rusiya və İranın mövqeləri bu gün keçmişdəkindən daha yaxındır“ - Araqçi
-
Nazirlik işçilərinin maaşı artdı - Baş nazirdən qərar
-
“Aİ ABŞ-yə ixrac məhdudiyyətləri tətbiq etməyi düşünür“ – “Bloomberg”
-
Sevgililər “İnstagram”da xanımların başına oyun açdı - “Ya pul at, ya da...”
-
Nərimanov rayonunda bu tikintiyə kim icazə verib? - VİDEO
-
Məktəb tikintisinə ayrılan pullar qanunsuz xərclənib - PALATA
-
“Şamo” şadlıq evinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Əxlaqsızlıq edən daha bir molla həbs edildi - 85 yaşı var...
-
Kürdəxanıda leysan kabusu: Sakinlər iki gündür evlərində əsir qalıblar
-
“8 dövlət şirkətindən bir-ikisi dividend ödəyib“ - Palata
-
“Hər kəsi göndərə bilərdi, özü fədakarlıq etdi” - VİDEO
-
Şahin Seyidzadə məsuliyyətə cəlb olunur? - Milyonlarla yeyinti...
-
DTX-nin həbs etdiyi haker məlumatları bu qiymətə satırmış - Məhkəmədə açıqladı
-
Azərbaycanın ən böyük bankları məlum oldu – “Xalq Bank” siyahıdan çıxarıldı
-
Xarici diplomatlar Xankəndidə - FOTOLAR
-
Bakı tunelləri niyə su altında qalır? - “Artıq 17 il keçib...” - Video
-
“Azərbaycan Cənubi Qafqaz regionunda yeni status-kvo yaradıb“ - Hikmət Hacıyev
-
Valyuta satışında rekord artım – “Bu, 2020-ci ildən sonra ən yüksək həddir”
-
Bakının iki rayonunda belə binalar söküləcək - Paytaxda evlərin qiyməti sürətlə artır + VİDEO
-
Qaynını güllələmişdi - Özü də həbsdə öldü
-
Təbii fəlakət zamanı avtomobilə dəyən ziyanı kim qarşılayır? - VİDEO
-
Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri barədə paylaşım etdi - FOTO
-
Bayden spiker olmağa qərar verdi - 300 min istəyir
-
“Silah gəzdirmək xalqımızın təbii haqqıdır” - HƏMAS lideri
-
“Mançester Yunayted”, “Atletik“, “Tottenhem“ və “Budyo Qlimt“ yarımfinalda - Avropa Liqası
-
Leysan yağışlarının vurduğu ziyanla bağlı hansı tədbirlər görüləcək? - VİDEO
-
Məsləhətləşmələr göstərdi ki, Rusiya - Ukrayna sülhü mümkündür - Rubio
-
Başlıbel faciəsindən 32 il ötür
-
Azərbaycan və Gürcüstan bölgə və Avrasiya üçün önəmli ölkələrə çevrilib
-
Dərin tarixi köklərə malik dostluq və əməkdaşlıq əlaqələri
-
Nəsrin Cavadzadə hovuzdan paylaşım - FOTOLAR
-
UEFA Çempionlar Liqası: Həftənin rəmzi komandası açıqlanıb
-
Trampın müşaviri Uitkoff Putinin tərəfinə keçib - Zelenski
-
Qaradağ rayonunda körpü uçub, qəsəbə ilə əlaqə kəsilib - VİDEO
-
Rusiya bu həftə atəşkəs təklifinə cavab verəcək - Tramp
-
Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
-
Yağışda itən avtomobil nömrələri - dublikat verilirmi? - “Cəmi 60 manata...”
-
Günəbaxan yağı bahalaşır - Qiymətlər rekord vurdu
-
Azərbaycan və Gürcüstan arasında ikitərəfli əlaqələr daha da genişlənəcək
-
Xocalı sakinləri dəhşətli anları danışdılar: "Məni ölü bilib üzərimə su tökdülər..."
-
Nazirin “Azdrama“ya gedişinin detalları bilindi - Aktyorları dinlədi və...
-
“Beş-altı ay idi evlənmişdilər” - Yasamaldakı qətlin detalları+Video
-
Mərkəzi Bankın gizlətdiyi məlumatı Neft Fondu açıqladı - Dollara tələb kəskin artıb
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Bu il ÇL-də hansı klub nə qədər qazanıb? - SİYAHI
-
Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli görüşü müsbət atmosferdə keçib - BİRGƏ MƏLUMAT
-
Deputatlar bu tarixdə toplanır - Hansı qanunlar dəyişəcək?
-
Polkovnikin cəzası açıqlandı - Xidmət rəisi də zalda həbs olundu
-
“Azərkosmos“da yeyinti - Palata nələri aşkarlayıb?
-
“Mobi Home” mağazasında dava - Döyülən satıcı 2 min tələb edib
-
Bakının 2 rayonunda söküntü işləri başlayır - ÜNVANLAR
-
Elm və Təhsil Nazirliyində yoxlama: nələr ortaya çıxdı?
-
Prezident hərbi qeydiyyatdan yayınanlarla bağlı qanunu təsdiqlədi - Cəzalanacaqlar
-
Rusiyadan gözlənilməz addım - “Taliban”a yaşıl işıq
-
Taksi sürücüsü olmaq istəyənlər imtahan verdi - 1470 nəfərdən 1210-u uğur qazanıb
-
DSMF-də maliyyə nöqsanları üzə çıxdı - Palatanın yoxlaması ilə
-
Azərbaycan-Gürcüstan dostluğu Şərqdən Qərbə əməkdaşlıq körpüsüdür
-
Bu Bakı məktəbliləri maksimum bal toplayıb - FOTO
-
“Fransa Cənubi Qafqazda sabitliyi hər vasitə ilə pozmağa çalışır“ - Zaxarova
-
Nazirə iki yeni müavin təyin olundu - Prezident sərəncamlar imzalayıb + DOSYELƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Ermənistanla Azərbaycan arasında müharibəni unudun“ - Nikol Paşinyan
-
Aqil Ələsgər Şimali Kipr mediasına: “Prezident İlham Əliyevin mövqeyi Türk dünyasına açıq mesajdır“
-
Orduxan da prokurorluğa çağırıldı - Barəsində həbs qərarı var
-
“İçərişəhər“də yoxlama: ciddi maliyyə pozuntuları aşkarlanıb
-
Daha 20 şagird 300 bal topladı - SİYAHI
-
Mikayıl İsmayılovun oğlu atalıqla bağlı qərardan narazıdır - Aliment vermir
-
25 yaşlı Aygünün dəhşətli qətli: Falçı ilə yazışmaları üzə çıxdı
-
Bu qida markalarında at və eşşək əti aşkarlandı - SİYAHI
-
Əvəz Zeynallı azadlığa buraxılacaq? - Məhkəmə bu tarixdə başlayır
-
Şəhidin övladı Sidneydə keçirilən olimpiadada qızıl medal qazandı - Fotolar
TOP 10
ARXİV