Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Vahid Ələkbərov bu il 2,58 milyard dollar itirib - “Bloomberg”

Tarix 01.12.25, 18:09

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin əvvəlindən bəri Rusiyanın ən zəngin iş adamlarının ümumi sərvəti 18,1 milyard dollar artıb.

Yeniavaz.com “Bloomberg Milyarderlər İndeksi”nə istinadən xəbər verir ki, artım daha çox ölkənin iri sənaye və texnologiya sektorunda fəaliyyət göstərən sahibkarların hesabına baş verib.

Reytinqdə ən böyük gəliri “Metalloinvest” şirkətinin səhmdarı Əlişir Usmanov əldə edib. O, il ərzində sərvətini 5,32 milyard dollar artıraraq 18,5 milyard dollara çatdırıb.

Əsas qaliblərdən biri də UMMC şirkətinin təsisçisi İskəndər Mahmudov olub. Onun sərvəti 4,43 milyard dollardan 7,56 milyard dollara yüksəlib.
Texnologiya sektorunda isə “Telegram”ın həmtəsisçisi Pavel Durov ilin əvvəlindən 2,44 milyard dollar qazanaraq sərvətini 13,4 milyard dollara çatdırıb. Onlayın ticarət bazarının aparıcı fiqurlarından biri olan “Wildberries”in təsisçisi və RVB-nin baş direktoru Tatyana Kim də sərvətinə 654 milyon dollar əlavə edərək ümumi göstəricisini 8,03 milyard dollara yüksəldib.

Buna qarşı olaraq, reytinqdə ən böyük itki NLMK-nın rəhbəri Vladimir Lisində qeydə alınıb. Onun sərvəti 3,07 milyard dollar azalaraq 22,8 milyard dollara düşüb.

Rusiyanın enerji şirkəti “Lukoyl”un təsisçisi, Azərbaycan əsilli Vahid Ələkbərovun sərvəti isə bu ilin əvvəlindən 2,58 milyard azalaraq 22,7 milyard dollara enib.



Xəbərin oxunma sayı : 76




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap