Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

İsmayıllı meşələri talan olunur - Direktor müavininin adı yeni qalmaqalda (VİDEO)

Tarix 01.12.25, 20:36

Font ölçüsü : - / +
bitmap-img6


İsmayıllı meşələrində aparılan ağac “soyqırımı” yenidən ciddi narazılıq doğurub...

Son günlər sosial şəbəkələrdə ard-arda yayılan görüntülər bölgədə uzunillik, iriçaplı ağacların kəsildiyini açıq şəkildə göstərir. Yayılan informasiyalarda bu qanunsuzluqlara görə məsuliyyət birbaşa Şahdağ Milli Parkının İsmayıllı bölməsinin direktor müavini Əfqan Qəribovun üzərinə qoyulur.

Əfqan Qəribov adı son illər ekologiya sektorunda müxtəlif qalmaqallarla hallanan məmurlardandır. O, Şahdağ Milli Parkına təyin edilməzdən əvvəl Şamaxı Regional Meşə Təsərrüfatı Birliyinin rəhbəri olub. Həmin dövrdə onun fəaliyyəti ilə bağlı vətəndaşlardan çoxsaylı şikayətlər daxil olub və məsələ Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılıb. Məhz bu səbəbdən Əfqan Qəribov vəzifədən azad edilmişdi. O zaman mediada yayılan məlumatlarda vurğulanırdı ki, Qəribov vəzifəli əmisi Cabbar Qəribovun himayəsi ilə müxtəlif qanunsuzluqlara yol verib.

Ən diqqətçəkən məqam isə budur ki, Muxtar Babayevin rəhbərliyi dövründə işdən uzaqlaşdırılan Əfqan Qəribov nazir postundan getdikdən sonra yenidən ekologiya sisteminə qaytarılıb və bu dəfə Şahdağ Milli Parkının İsmayıllı bölməsinə direktor müavini təyin edilib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, vəzifəsinə qayıtdıqdan sonra Əfqan Qəribov İsmayıllı meşələrində özünü tam səlahiyyət sahibi kimi aparır, əraziyə şəxsi təsərrüfatı kimi yanaşır və kütləvi ağac qırıntıları məhz onun göstərişləri ilə həyata keçirilir.

Paylaşılan kadrlarda həm kəsilmiş ağac gövdələri, həm də meşənin ayrı-ayrı sahələrində aparılan böyükmiqyaslı qırıntılar aydın görünür. Hətta nadir heyvanların ovlanması da bildirilir. (Musavat.com)






Xəbərin oxunma sayı : 58




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap