| |
|
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Tarix 30.01.26, 13:31 |
|
Bu sualın cavabı nə “kürd açılımı” kimi yumşaq terminlərdə, nə də gündəlik siyasi polemikadadır. Cavab dövlətin təhlükəsizlik rasionalında və zamanlamanın düzgün seçilməsindədir. Son günlərdə Türkiyədə baş verənlər göstərdi ki, Ankara artıq bu mövzuda taktiki manevr mərhələsində deyil, strateji bağlanış mərhələsindədir. Məhz bu nöqtədə CHP yenə prosesi düzgün dəyərləndirə bilmədi.
Türkiyədə təhlükəsizlik məsələləri gündəmə gələndə təkrarlanan bir mənzərə var. Dövlət hərəkətə keçir, sahədə nəticə formalaşır, regional balans dəyişir, müxalifət isə proses başa çatmağa yaxın etik və ideoloji etiraz mərhələsinə keçir. Bu, sadəcə taktiki səhv deyil. Bu, CHP-nin təhlükəsizlik refleksinin struktur olaraq niyə işləmədiyini göstərən problemdir.
Problemin mahiyyəti sadədir: dövlət ağlı ilə müxalifət psixologiyası arasındakı dərin fərq.
Dövlət ağlı təhlükəsizliyi zaman, məkan və güc balansı üzərindən dəyərləndirir. Müxalifət psixologiyası isə onu niyyət oxunuşları, etik kateqoriyalar və keçmiş travmalar prizmasından qiymətləndirir. Bu iki baxış toqquşanda müxalifət demək olar ki, həmişə gecikir.
Son PKK prosesi bu fərqi açıq göstərdi. Türkiyə bu dəfə PKK məsələsinə “danışaq, görək nə olar” məntiqi ilə yox, “bağlayaq və bitsin” rasionalı ilə yanaşdı. Əvvəl regionda məsələ bağlandı, sonra daxili siyasi dil dəyişdi. Suriyada PKK-nın hərbi-siyasi dayaqları faktiki olaraq sıradan çıxarılmadan nə İmralı mövzusu, nə də daxili deeskalasiya gündəmə gələ bilərdi. Bu ardıcıllıq klassik dövlət ağlının işləmə mexanizmidir.
Bu xətt illərdir Rəcəb Tayyib Ərdoğan tərəfindən açıq şəkildə ifadə olunurdu: “Terörle müzakere değil, mücadele edilir.” Bu cümlə çox vaxt şüar kimi təqdim edilsə də, əslində uzunmüddətli strategiyanın xülasəsi idi. Türkiyə əvvəl sahədə mübarizəni apardı, sonra siyasi mərhələyə keçdi. Danışıq zəifliyin yox, üstünlüyün nəticəsi kimi ortaya çıxdı.
Eyni dövlət rasionalı Devlet Baxçalı xəttində də aydın görünür. Baxçalı illərlə PKK ilə bağlı ən sərt mövqeni ifadə etmişdi. Onun son mərhələdə daha ölçülü siyasi dilə keçməsi güzəşt deyil. Bu, təhlükənin sahədə bitdiyinə verilən siyasi təsdiqdir. Dövlət ağlı üçün tabu təhlükə davam edərkən qorunur, təhlükə aradan qalxanda dəyişir.
CHP isə bu mərhələni yenə düzgün dəyərləndirə bilmədi. CHP rəhbərliyinin “masa”, “üniter quruluşun təhlükəsi”, “xəyanət” ritorikası reallığı yox, köhnə qorxuları ifadə edir. Halbuki ortada masa yoxdur. Masa qurulmazdan əvvəl sahə bağlanıb. CHP hələ də danışığı avtomatik zəiflik kimi oxuyur. Dövlət isə danışığı yalnız təhlükə aradan qalxandan sonra mümkün olan texniki mərhələ kimi görür.
Müxalifətin problemi daha dərindir. CHP təhlükəsizliyi hələ də ya ordunun işi, ya da 1990-cı illərin travması kimi dəyərləndirir. Halbuki müasir dövlətdə təhlükəsizlik diplomatiya, regional balans, miqrasiya, enerji xətləri və psixoloji mühitin eyni anda idarə olunmasıdır. Dövlət bu çoxqatlı sistemi yaxşı bilir. Müxalifət isə yalnız səs-küyü görür.
Bu səbəbdən CHP təhlükəsizlik məsələlərində həmişə reaktiv mövqedə qalır. Proses başlayanda etiraz edir, proses bitəndə “biz demişdik” deyir. Amma təhlükəsizlik sahəsində haqlı olmaq kifayət deyil. Vaxtında haqlı olmaq lazımdır.
DEM Partisi və İmralı ilə bağlı təmaslar da bu kontekstdə yanlış yozulur. Burada məqsəd PKK-nı legitimləşdirmək deyil. Əksinə, onun ideoloji dayaqlarını boşaltmaqdır. Silahlı gücü sahədə qalmayan bir təşkilat üçün ideoloji mərkəzin təsiri də tədricən mənasızlaşır. Ankara məhz bu mərhələni idarə edir.
Beləliklə, Türkiyə PKK-ni indi bağlayır, çünki ilk dəfə olaraq eyni anda üç şərt ödənib: regional hərbi dayaqlar dağıdılıb, daxili təhlükəsizlik balansı qurulub və siyasi risklər idarəolunan səviyyəyə enib. Bu, açılım deyil. Bu, bağlanış mərhələsidir.
Türkiyə siyasətində paradoksal bir reallıq var. Müxalifət demokratiya, hüquq, iqtisadiyyat və sosial ədalət mövzularında danışa bilir, amma təhlükəsizlik məsələsinə gələndə dili tutulur. Ya susur, ya gecikir, ya da reallıqla əlaqəsi olmayan ittihamlar səsləndirir. Bunun səbəbi təkcə iqtidarın gücü deyil. Əsas səbəb müxalifətin təhlükəsizlik anlayışını hələ də yanlış yerdə axtarmasıdır.
Nəticə etibarilə, bu proses nə romantik sülh axtarışıdır, nə də keçmişin təkrarı. Bu, dövlətin problemi bağlama cəhdidir. CHP bu reallığı duymadığı üçün yenə kənarda qalır. Ərdoğan və Baxçalı isə fərqli siyasi köklərdən gəlsələr də, eyni dövlət ağlında kəsişirlər. Və məhz buna görə proses irəliləyir, ittihamlar isə havada qalır.
Elbəyi Həsənli
Sürix
Xəbərin oxunma sayı : 1513
Analiz
Xəbərlər
-
“İran qonşu ölkələrlə münasibətlərin qorunmasına sadiqdir” - Bəqai
-
Bu ərazidə 3 gün su olmayacaq - XƏBƏRDARLIQ
-
“İranın raket buraxılışları 90%, dron hücumları isə 83% azalıb“ - Heqset
-
Son 10 ildə ən çox hansı xərclərimiz artıb? - Siyahı
-
Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
-
“Homeline“ şirkətinin direktorundan dələduzluq - 300 min manata yaxın...
-
ABŞ Rusiyaya qarşı neft sanksiyalarını qismən yumşalda bilər... - Bloomberg
-
Qaçırdığı qızı zorla videoya çəkdi - Dostları ilə birgə tutuldu
-
Nazir Prezident mükafatçısına vəzifə verdi - Qayıbov əmr imzalayıb
-
“İranın yeni ali lideri Trampın sözlərinə qulaq asmalıdır“ - Heqset
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Surxanı icra başçısı Adil Əliyevin 3 mərtəbəli obyekti - Qiyməti 4-5 milyon manatdır
-
“Evimiz Store“un rəhbəri ilə bağlı qərar verildi - Yarım milyonluq borca görə...
-
Moskva və Qars müqavilələrinin adı - Naxçıvan Konstitusiyasından çıxarıldı
-
İrandan 10 gündə 3 mindən artıq hücum - Bu ölkələri hədəf aldı
-
Gözdən əlil qadın 18 ildir növbədədir, amma mənzil ala bilmir və Agentlik susur...- ŞİKAYƏT
-
Saleh Məmmədov çətin vəziyyətdə - “ATF” MMC şirkəti yoxlanılır
-
“Tramp Putindən Ukraynada atəşkəs istəməyib“ - Kreml
-
Buraxılış imtahanda suallar yenə çətin olub? - DİM-dən açıqlama
-
Paşinyanın boşanmasının səbəbi: Anna Akopyan Pekin sammitində sərxoş olub...
-
“Yaxın Şərqdə müharibənin yeganə qalibi Rusiyadır“ - Aİ lideri
-
Qarabağa qayıdış: 2025-də hansı kənd və şəhərə neçə nəfər köçüb?
-
Pakistan donanması ticarət gəmilərini müşayiət edəcək: Yeni əməliyyatın anonsu
-
Ağsuda dələduzluq edən qadın “məmur“ tutuldu -FOTO
-
Ermənistan Xarici Kəşfiyyat Xidməti: Seçkilərlə bağlı diaspora təzyiq edilir
-
Daha bir quruma xidməti avtomobillər veriləcək - QƏRAR
-
Türkiyə bu şəhərə “Patriot“larını göndərir - İrana qarşı müdafiə gücləndirilir
-
Prezident Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqlədi - Nələr Olacaq?
-
“Azeri Light“ 4 ilin zirvəsində: Bahalaşan neft Azərbaycan üçün nə vəd edir?
-
Orta aylıq maaş 1400 manata çatır - Bakıda 4 min manat qazananlar kimlərdir?
-
Verdiyiniz borcu geri ala bilmirsinizsə - Bu yazını oxuyun!
-
Müğənninin evinə basqın: Təqsirləndirilən şəxslərin işi Ali Məhkəmədə araşdırılır
-
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
-
İran xaricdəki “yatan hüceyrələri” aktivləşdirə bilər - ABC News
-
“Narahatlığa heç bir əsas yoxdur” - Müdafiə Nazirliyi çağırış etdi
-
Babək prospektində qalmaqallı tikinti - nə icazə var, nə də nəzarət (FOTOLAR)
-
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü - Kəskin bahalaşma
-
İran ABŞ ilə yeni danışıqları nəzərdən keçirmir - Abbas Əraqçi
-
Prezidentin tapşırığı ilə İrana humanitar yardım yola salındı - Fotolar
-
Abramoviç pullarının bir hissəsini Rusiya ordusuna vermək istəyir - İddia
-
“İranla müharibə demək olar ki, başa çatıb“ - TRAMP
-
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir?
-
Trampla Putin telefonda danışdı - İran və Ukraynanı müzakirə etdilər
-
Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir
-
“Avroviziya“ mahnımız təqdim olundu - VİDEO
-
Tikinti materialları bazarında durğunluq yaşanır - VİDEO
-
Rusiya Avropa ilə neft və qaz tədarükü üzrə əməkdaşlığa hazırdır - PUTİN
-
“Məqsəd İranın raket imkanlarını zəiflətməkdir“ - Rubio
-
“Can Azərbaycanla daim təmasdayıq“ - Türkiyə Prezidenti
-
Xırdalanda içməli su küçəyə axır: “Kimsə problemə məhəl qoymur“ - VİDEO
-
Ramazan ayının 20-ci günü - İmsak və iftar vaxtları
-
Azərbaycanda qızla intim görüntülərini paylaşan tiktoker saxlanıldı - 500manat cərimələndi
-
Çərəz bazarında bahalaşma və durğunluq var - VİDEO
-
Macarıstanda ağır vəziyyət: Baş nazir təcili iclas çağırdı
-
Fidan Bayramovla regiondakı gərginliyi müzakirə etdi - Detallar açıqlandı
-
Dələduzlar son zamanlar daha çox bu saxta elanlarla vətəndaşları aldadırlar - VİDEO
-
“Mən ondan məmnun deyiləm“ - Tramp İranın yeni Ali Rəhbəri haqda
-
İranın hücumundan sonra Naxçıvan aeroportu yenidən fəaliyyətə başladı - Fotolar
-
Prezident Ərdoğanla telefonda danışdı - Türkiyəyə raket hücumunu qınadı
-
Meksikalı diplomatlar İrandan Azərbaycana təxliyə ediliblər - FOTOLAR
-
“Ukrayna cəbhədə təşəbbüsü ələ keçirməyə çalışır“ - Aleksandr Sırski
-
“Azərbaycan enerji satışından bu il daha çox gəlir əldə edə bilər“ - Vüqar Bayramov
-
Məşhur aktrisanın villası yandı, özü xəstəxanalıq oldu - FOTO
-
İranın yeni Ali Lideri ilk dəfə xalqa müraciət etdi - “Söz veririk ki...“ + VİDEO
-
Anasını necə öldürəcəyini “ChatGPT”dən soruşub - Azərbaycandakı qətlin təfərrüatı
-
Qazın qiyməti kəskin bahalaşdı - Müharibəyə görə
-
İlham Əliyev Müctəba Xameneyini təbrik etdi - Ali Rəhbər seçilməsi münasibətilə
-
Azərbaycan Türkiyəyə raket hücumunu pislədi - Müdafiə Nazirliyindən bəyanat
-
“SSİ Retail“ cərimə edildi - Gömrük qaydalarını pozduğuna görə
-
Türkiyənin məkanında ballistik raket zərərsizləşdirildi - Müdafiə Nazirliyindən açıqlama
-
Braziliya futbolunda dava - Hakim 23 qırmızı vərəqə göstərdi (VİDEO)
-
İrana qarşı müharibə nə vaxt bitəcək? - Tramp açıqladı
-
Son 5 ildə silah ticarəti bu qədər artıb - Ən çox silah satan 5 ölkə
-
DİM buraxılış imtahanı keçirdi: 9 nəfərdə mobil telefon aşkarlandı
-
“İndi atəşkəs üzrə vasitəçilik barədə danışmaq yersizdir“ - İsmayıl Bəqai
-
“Azərbaycanda qızılın bütün əyar kateqoriyaları üzrə qiymətləri artıb“ - Rövşən Əmircanov
-
Göyçayda yol problemi: 30 mindən çox insan əziyyət çəkir - VİDEO
-
Musa Qurbanlı yenidən legioner həyatı yaşayacaq? - Açıqlama
-
İflas edən şirkət borclarını ödəyə bilmir - Məhkəmə cərimə etdi
-
Neft 120 dollara çatdı - Qiymətlərin tezliklə enəcəyinə ümidlər azalır
-
Tramp İranın yeni liderindən danışdı: “Uzun müddət hakimiyyətdə qala bilməyəcək“
-
Vergiyə 260 min borcu olan şirkət gömrük qaydalarını da pozub
-
Azərbaycanda balıq bahalaşdı - İrandakı müharibəyə görə
-
Şahbuzda qar örtüyünün hündürlüyü 41 sm-ə çatıb - Faktiki hava
-
Xızıda köməksiz qalan xarici vətəndaşlar xilas edildi - VİDEO
-
“İrana qarşı əməliyyatın dayandırılması qərarı Netanyahu ilə birgə veriləcək“ - Tramp
-
Baş İdarə əməliyyat keçirdi, 4 nəfərdən 43 kq narkotik vasitə götürüldü - VİDEO
-
Novruz tətili yaxınlaşır: Bölgələrdə hotel qiymətləri - VİDEO
-
İrana yüklərin daşınması bərpa olundu - RƏSMİ
-
Stomatoloqa müraciət edən qadın sağlam dişlərini də itirib? - VİDEO
-
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
-
Körfəz ölkələri iki od arasında - Regionda uzunmüddətli müharibə olacaq?
-
Bakıda bu yerlərdə quraşdırılan nişanlar sürücülərə təhlükə yaradır - VİDEO
-
Yasamalda binanın zirzəmisi qanunsuz zəbt olunub? - VİDEO
-
Pezeşkian İlham Əliyevə zəng etdi - Minnətdarlığını bildirdi
-
ABŞ İranın hərbi gəmisini vurdu - 104 dənizçi həlak oldu
-
İranın yeni Ali Lider seçildi - Ekspertlər Şurası qərarını açıqladı
-
“Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır“ - Ağ Ev
-
Ramazan ayının 19-cu günü - İmsak və iftar vaxtları
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
“Yeni lideri Tramp deyil, İran xalqı seçəcək” - Əraqçi
-
Bələdiyyə sədri kənd sakinlərinin ağac əkməsinə icazə vermədi - VİDEO
-
Makron İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Yollarda görünüş 300 metrədək məhdudlaşacaq - Dumana görə
-
Nyu-York merinin iqamətgahı yaxınlığında iğtişaşlar: Saxlanılanlar var
-
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu
-
“Trampı rahat buraxmayacağıq” - Əli Laricani
-
“Əlcəzair İranın Naxçıvana PUA hücumundan narahatdır“ - Əhməd Attaf
-
Naxçıvanla İğdır arasında sərnişindaşıma ödənişsiz həyata keçirilir - AYNA
-
Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik edib - FOTO
-
Azərbaycan vətəndaşları BƏƏ-dən qayıda bilmirlər - VİDEO
-
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
-
Aygün Kazımovanın “Chanel“ tərzi - VİDEO
-
İran Türkiyəni hədəf alan macəraya girişməməlidir - Hakan Fidan
-
Qızıl bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Müharibə vəziyyətində yaşayırıq” - BƏƏ Prezidenti
-
Son günlər sürücülər bu yolda cərimələnirlər - VİDEO
-
“BYD” üçün 19 minə yaxın ödədi - Ortada nə maşın var, nə də pul...
-
Prezident Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib - FOTO
-
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
TOP 10
ARXİV






