“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

SEPAH Bakıda ictimai xadimi öldürmək istəyib - DTX ifşa etdi + VİDEO

Tarix 06.03.26, 22:15

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda planlaşdırılan terror-təxribat aktlarının və kəşfiyyat xarakterli məlumatların toplanılması cəhdlərinin qarşısı alınıb.

AzFakt.com xəbər verir ki, bu barədə "AzTV"də süjet yayımlanıb.

DTX-nin məlumatına görə, cəmiyyət arasında vahimə yaratmaq və ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq məqsədilə Bakı–Tbilisi–Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və Aşkenazi Sinaqoqu hədəf seçilib.

Araşdırma zamanı müəyyən edilib ki, İran vətəndaşları Rustamzada Behnam Sahibali və Zandkian Yaser Rahim Azərbaycan vətəndaşı Quliyev Tərxan Tərlan oğlu ilə cinayətkar əlaqə yaradaraq ölkə ərazisinə partlayıcı qurğuların keçirilməsini təşkil ediblər. Səbail rayonu, Şıxov qəsəbəsi yaxınlığında yerləşdirilmiş konteynerdə 7 kiloqram 730 qram "C-4" tipli partlayıcı maddə aşkarlanıb.

İstintaqla həmçinin müəyyən olunub ki, SEPAH-la əlaqəli şəxslərin tapşırığı ilə ölkə ərazisinə daha iki "C-4" tipli uzaqdan idarə olunan partlayıcı qurğu keçirilib və müxtəlif yerlərdə gizlədilib. Eyni zamanda Qaradağ rayonu ərazisində 1280 qram çəkidə, təsir radiusu 250–300 metr olan daha bir partlayıcı qurğu müəyyən edilib

Araşdırmalar zamanı SEPAH tərəfindən Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının da hazırlandığı üzə çıxıb. Bu məqsədlə yerli şəxslərə hədəfin iş yerinin foto və video çəkilişlərinin aparılması, silah və nəqliyyat vasitəsinin əldə edilməsi ilə bağlı tapşırıqlar verilib.

DTX-nin keçirdiyi qabaqlayıcı əməliyyat tədbirləri nəticəsində terror planlarının qarşısı alınıb. Azərbaycan vətəndaşları Quliyev Tərxan Tərlan oğlu, Ağayev Nicat Zaman oğlu, Abdullayev Əsəd Tofiq oğlu və Rüstəmov Rəşad Fərhad oğlu müvafiq maddələrlə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib Ağaismi oğlu ictimai xadimin həyatına sui-qəsdə hazırlıqda, Əhmədov Elvin Bəhruz oğlu isə qanunsuz silah və partlayıcı maddə saxlama maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Araşdırma zamanı terror planlarının təşkilində SEPAH-ın Kəşfiyyat Təşkilatının zabiti, polkovnik rütbəli Ali Asghar Bordbar Sheraminin iştirak etdiyi müəyyən olunub. İran vətəndaşları Zandkian Yaser Rahim, Rustamzada Behnam Sahibali, Azarundbileh Hosein Savar Saber və Sheikhzadeh Sajjad Moghadam Sati Sofi Evad barəsində beynəlxalq axtarış elan edilib.

DTX bildirir ki, xarici xüsusi xidmət orqanlarının Azərbaycanda terror-təxribat planları ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Daha ətraflı linkdə:






Xəbərin oxunma sayı : 496




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap