Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

ABŞ Raul Kastroya qarşı rəsmi ittiham irəli sürdü - Təyyarəni vurma əmrinə görə

Tarix 21.05.26, 8:48

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Ədliyyə Nazirliyi Kubanın 94 yaşlı sabiq rəhbəri Raul Kastro və daha beş nəfərə qarşı 1996-cı ildə dörd Amerika vətəndaşının qətlə yetirilməsi ilə bağlı rəsmi ittiham irəli sürüb.

“The New York Times” (NYT) nəşri xəbər verir ki, bu barədə ABŞ-nin Baş prokuroru əvəzi Todd Blanş və Florida ştatının Cənub dairəsi üzrə prokuroru Ceyson Redinq Kinyones mətbuat konfransında bəyanat yayıblar.

Məlumata görə, Mayamidəki Federal Dairə Məhkəməsi tərəfindən çıxarılan ittiham aktında Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin sabiq birinci katibi R.Kastro və aralarında hərbi pilotların da olduğu digər şəxslər qətl və sui-qəsd təşkil etməkdə təqsirləndirilir. Sözügedən hadisə 1996-cı ildə Kuba hərbçilərinin mühacir qrupu olan “Köməyə gələn qardaşlar” təşkilatına məxsus iki mülki təyyarəni vurması ilə bağlıdır. Həmin vaxt dəniz yolu ilə qaçan ada sakinlərini axtaran iki təyyarənin vurulması nəticəsində dörd amerikalı həlak olmuşdu. İnsident zamanı Raul Kastro ölkənin müdafiə naziri vəzifəsini icra edirdi.

O dövrdə Kubaya rəhbərlik edən Fidel Kastro təşkilatın daha əvvəl Havana üzərinə hökumət əleyhinə vərəqələr atdığını əsas gətirərək hadisəyə görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Artıq qarşı tərəf də Vaşinqtonun bu addımına kəskin reaksiya verib. Kubanın BMT-dəki daimi nümayəndəsi Ernesto Soberon Qusman NYT-yə açıqlamasında bildirib ki, irəli sürülən ittihamlar ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kubaya qarşı hərbi əməliyyatlara başlamaq üçün bəhanə yaratmaq cəhdindən başqa bir şey deyil.



Xəbərin oxunma sayı : 424




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap