“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Masazırda motosikl sürücülərinə qarşı reyd - 45 nəfər saxlanıldı

Tarix 21.06.26, 16:28

Font ölçüsü : - / +
bitmap-img6


İyunun 19-da saat 18 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 19 yaşlı Fuad Babaşovun idarə etdiyi motosikletlə yolun hərəkət hissəsinə qaçan azyaşlı vurulub. Nəticədə uşaq aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Belə ki, polis əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, xüsusilə motosiklet və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsi istiqamətində mütəmadi profilaktik və nəzarət tədbirləri həyata keçirilir. Keçirilən tədbirlər zamanı sürücülərlə maarifləndirici söhbətlər aparılır, yol hərəkəti qaydalarını pozan şəxslər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülür.

Qeyd olunan ərazidə keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində müxtəlif qayda pozuntularına yol verən 45 motosiklet sürücüsü saxlanılıb. Hazırda reydlər davam etdirilir.

“Bir daha valideynləri azyaşlılara nəzarəti gücləndirməyə, bütün hərəkət iştirakçılarını isə yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq”, - deyə əlavə edilib.



Xəbərin oxunma sayı : 253




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap