“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Benzin ala biləcək vəziyyətdə deyilik” - Qalın geyinməyə çağırdı

Tarix 20.11.26, 9:07

Font ölçüsü : - / +
bitmap-img6


"Biz benzin ala biləcək vəziyyətdə deyilik”.

Bunu İran Prezidenti Məsud Pezeşkian Tehran Universitetində Tələbə Bəsic Təşkilatının təşkilatçılığı ilə keçirilən "Tərəqqinin Pionerləri Enerji Seminarı”nda deyib.

O, neft satışında və ölkəyə xarici valyuta axınında yaranan çətinliklərə diqqət çəkərək enerji istehlakı vərdişlərinin dəyişdirilməsinin vacibliyini vurğulayıb.

Müharibə şəraitində ölkənin üzləşdiyi sınaqlara toxunan Pezeşkian enerji sektorunun idarə olunmasının strateji əhəmiyyət daşıdığını bildirib. Prezident resurslardan istifadədə istehlak mədəniyyətinin yenilənməli olduğunu vurğulayaraq, tədbirin keçirildiyi salonun həddindən artıq qızdırılmasını və işıqların lazımsız yerə yandırılmasını tənqid edib.

Dövlət başçısınını sözlərinə görə, bu cür toplantılarda təbii işıqdan yararlanmaq, iştirakçıların isə daha qalın geyinməsi hesabına istilik enerjisinə tələbatı azaltmaq mümkündür.

Neft satışında və valyuta gəlirlərinin ölkəyə gətirilməsində ciddi problemlərin yaşandığını etiraf edən Məsud Pezeşkian benzin təchizatındakı çətinliklərə də toxunub: "Biz benzin ala biləcək vəziyyətdə deyilik, lakin zəruri addımlar atmalıyıq. Əgər bu problem həll olunmasaydı, benzin idxalına 12 milyard dollar xərcləməli olardıq. Əvvəllər benzin idxal edirdik, amma görülən tədbirlər sayəsində artıq idxalı dayandırmışıq”.



Xəbərin oxunma sayı : 529




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap