“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Tramp Kim Çen Inla görüşə bilmir - Məktubunu da geri qaytarıblar

Tarix 25.11.26, 10:17

Font ölçüsü : - / +
bitmap-img6


Şimali Koreya lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampın onunla əlaqə yaratmaq və Asiya səfəri çərçivəsində görüşmək təşəbbüslərini cavabsız qoyub.

Musavat.com xəbər verir ki, bu haqda "The Wall Street Journal" qəzeti mənbələrinə istinadən məlumat yayıb. Məqalədə Vaşinqton və Pxenyan arasındakı qeyri-rəsmi təmas cəhdlərinin detalları yer alıb.
Məlumata görə, ötən il ABŞ prezidenti müxtəlif telefon xətləri və qapalı rabitə kanalları vasitəsilə Kim Çen Inla əlaqə saxlamağa çalışsa da, qarşı tərəfdən müsbət reaksiya almayıb. Bundan sonra Donald Tramp Şimali Koreya liderinə şəxsi məktub göndərmək qərarına gəlib. Lakin əsas çətinlik məktubun birbaşa ünvana çatdırılması olub. Qəzet yazır ki, Ağ Ev bununla bağlı qeyri-adi üsula əl atıb: bir qrup amerikalı rəsmi Şimali Koreyanın BMT-dəki Daimi Nümayəndəliyinin Manhettendəki ofisi qarşısında gözləyib və binadan çıxan şimali koreyalı diplomata yaxınlaşaraq məktubu ona təqdim edib. Lakin az sonra BMT-də keçirilən iclasların birində həmin diplomat zərfi açılmamış şəkildə ABŞ nümayəndəsinin qarşısına qoyaraq geri qaytarıb.

Avqustun 17-də Oval ofisdə keçirilən brifinq zamanı Donald Tramp Kim Çen Inla yaxşı münasibətlərinin olduğunu və telefon danışığı apardığını bildirib. Jurnalistlərin "bəs niyə Kim zənglərinizə cavab vermir?" sualına isə ABŞ lideri əlaqənin baş tutduğunu iddia edərək cavab verib. Mətbuatın yazdığına görə, bundan sonra Tramp administrasiya rəsmilərinə oktyabr ayına qədər yeni sammitin təşkili barədə tapşırıq verib.

Lakin avqustun 21-də Şimali Koreya dövlət mediası (KCNA) yaydığı rəsmi açıqlamada Trampın iddialarını təkzib edib. Bəyanatda Kim Çen Inın ABŞ prezidenti ilə heç bir telefon danışığı aparmadığı və görüşmək niyyətində olmadığı vurğulanaraq, "Bu görüş bizim üçün maraqlı deyil" ifadəsi işlədilib.

Nəşr qeyd edir ki, Tramp Kimlə görüşmək üçün növbəti cəhdini Asiya səfəri və bölgədə keçirilən sammitdən bir həftə əvvəl edib. O, mətbuata müsahibəsində səfər zamanı Şimali Koreya lideri ilə görüşməyə hazır olduğunu bildirib. Mənbələrin sözlərinə görə, tərəflər son anda görüş ehtimalını tələsik müzakirə etsələr də, Pxenyanın irəli sürdüyü şərtlər Vaşinqton üçün qəbuledilməz olduğundan proses dayanıb.

"The Wall Street Journal"ın iddiasına görə, ABŞ rəsmiləri Kim Çen Inı danışıqlar masasına gətirmək üçün bir sıra ciddi təkliflər paketini nəzərdən keçiriblər. Bunlara 1953-cü ildə yalnız atəşkəslə dayandırılan Koreya müharibəsinin rəsmi şəkildə başa çatdırılmasına dair sülh müqaviləsinin imzalanması da daxildir. Analitiklərin fikrincə, bu addım Vaşinqtona Cənubi Koreyadakı ABŞ hərbi kontingentini azaltmaq və qüvvələri digər regionlara yönəltmək imkanı verə bilərdi.

Mənbə qeyd edib ki, ABŞ tərəfi həmçinin Şimali Koreyanı faktiki nüvə dövləti kimi tanımaq və rəsmi bəyanatlarda nüvə proqramının tam ləğvi tələbindən imtina etmək variantını da müzakirə edib. Bunun müqabilində Pxenyandan nüvə və ballistik raket sınaqlarını dondurmaq tələb olunub. Vaşinqton hətta iki ölkə arasında rəsmi diplomatik münasibətlərin qurulmasına doğru ilk addım kimi qarşılıqlı əlaqə ofislərinin açılmasına da razılıq verməyə hazır olub.

Məqalədə vurğulanır ki, bütün bu təkliflərə baxmayaraq, Şimali Koreya lideri hələlik görüşə razılıq verməyib. Siyasi şərhçilər bunu Pxenyanın Rusiya və İran ətrafında baş verən geosiyasi prosesləri izləməsi və Vaşinqtonun verəcəyi yazılı zəmanətlərin uzunmüddətli etibarlılığına şübhə ilə yanaşması ilə əlaqələndirirlər.

Digər tərəfdən, Tramp administrasiyasının Şimali Koreyanın nüvəsizləşdirilməsi hədəfindən geri çəkilməsi ehtimalı ABŞ-ın Cənubi Koreya, Yaponiya və Avropadakı ənənəvi müttəfiqləri arasında ciddi narahatlıq doğurub. Müttəfiqlər bu addımın regionda təhlükəsizlik balansını pozacağından ehtiyat edirlər.



Xəbərin oxunma sayı : 511




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap