![]() |
|














1993-cü ilin oktyabrın 3-də Ulu Öndərin prezident seçilməsi milli iradənin təntənəsi idi
Tarix 04.10.25, 7:24 |
|

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri müstəqil Azərbaycanın tarixində əlamətdar bir dönüş nöqtəsi oldu. O dövrdə ölkədə hökm sürən dərin siyasi böhran, sosial gərginlik və idarəolunmazlıq şəraitində xalq çıxış yolunu axtarırdı. Azərbaycanı xaosdan, parçalanmadan və vətəndaş qarşıdurmasından xilas edəcək liderə ehtiyac vardı. Xalq bu ağır, taleyüklü məqamda müdrik və uzaqgörən bir qərar verərək, böyük etimadla Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Bu seçim sadəcə bir prezidentin seçilməsi deyildi. Bu, ölkənin gələcəyini müəyyən edən, sabitliyə və inkişaf yoluna aparan tarixi bir addım idi. Məhz belə bir həssas və təhlükəli mərhələdə xalqın Heydər Əliyevə üz tutması təsadüfi deyildi.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ulu Öndər bəyan etmişdi ki, Azərbaycan bu ağır çətinlikləri geridə qoyacaq, vətəndaşlar isə güclü və qüdrətli bir dövlətin vətəndaşı olmaqdan qürur duyacaqlar: "Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm."
1993-cü ildən etibarən Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşaraq möhkəm təməllər üzərində inkişaf etməsi, sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edən dərin islahatların və köklü dəyişikliklərin həyata keçirilməsi bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-2003-cü illərdə ölkəyə rəhbərlik etdiyi dövr müasir Azərbaycan tarixində həlledici mərhələ oldu. Məhz həmin illərdə milli dövlətçiliyin möhkəm əsası qoyuldu, ölkənin daxili və xarici siyasət kursunun strateji istiqamətləri müəyyənləşdirildi. O, qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı. Ölkədə qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəetmə sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı.
Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbətini qazanmış Ulu Öndər kimi qalıb və hər zaman da qalacaq. Onun dərin mənalı və müdrik kəlamları bu gün də xalqımıza yol göstərir. Ulu Öndərin bu tarixi sözləri isə əbədi yaddaşlarda yaşayır: "Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam."
Ulu Öndərin xalqına sonsuz bağlılığı yalnız sözlərində deyil, gördüyü misilsiz işlərdə, həyata keçirdiyi islahatlarda da öz əksini tapdı. Onun qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran, müasir və innovativ inkişaf modelinin reallaşdırılmasına nail oldu. Bu model özəl mülkiyyətçiliyə, sahibkarlığa və sərbəst rəqabətə yol açan, liberallığı ehtiva edən və sosial yönümlü mahiyyət daşıyan iqtisadi sistem idi. "Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır"- deyən Ulu Öndər demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrini ictimai rəyə aşılamışdır.
1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan sözün əsl mənasında müstəqil həyat yaşayır. Ulu Öndər Prezident olduğu illərdə dövlətçiliyin əsaslarını qoydu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız formalaşdı, siyasi islahatların aparılmasına başlandı, demokratik inkişafla bağlı önəmli qərarlar və qanunlar qəbul olundu. İqtisadi sahədə liberallaşma siyasətinə start verildi və bazar iqtisadiyyatına keçid məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirildi. Müasir Azərbaycan dövlətinin formalaşması Onun adı ilə sıx bağlıdır. Elə bir sahə yoxdur ki, bu dahi şəxsiyyətin orada misilsiz xidmətləri olmasın. Ulu Öndər uzaqgörən daxili və xarici siyasəti ilə Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, ölkənin hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini isə əbədi və dönməz etmişdir. 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" Ulu Öndərin neft strategiyasının bariz nümunəsi olaraq Azərbaycanın dünya iqtisadi sistemində mövqeyini müəyyənləşdirdi və ölkəmizin uzunmüddətli inkişafının əsasını qoydu. Onun təşəbbüsü və qətiyyəti ilə həyata keçirilən beynəlxalq iqtisadi layihələr "Əsrin müqaviləsi", Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Azərbaycanın iqtisadi inkişafına güclü təkan verdi.
Qeyd edək ki, Ulu Öndərin nəsillərə nümunə olan həyat yolu xalqa fədakarlıqla xidmət prinsipi üzərində qurulmuşdur. O, təkcə müstəqil Azərbaycan dövlətinin əbədiliyini təmin etməklə kifayətlənməyib, həm də milli dövlətçiliyin təməlini qoyaraq müasir idarəçilik məktəbinin əsasını yaradıb. Dahi Lider öz əzmi və uzaqgörənliyi ilə qurub-yaratdığı şah əsəri hesab olunan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə etibar etmişdir.
Məhz Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və müdrik sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdur. Bu tarixi Zəfər Ümummilli Liderin ən böyük arzusu olan Qarabağın düşmən işğalından azad edilməsi ilə gerçəkləşmişdir. Dahi şəxsiyyət illər öncə böyük uzaqgörənliklə bildirirdi: "Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır."
Böyük Liderin illərlə həsrətlə gözlədiyi o şanlı an nəhayət ki, 2020-ci ilin noyabrında yetişdi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və qoyduğu möhkəm təməl sayəsində Azərbaycan dövləti ildən-ilə gücləndi, siyasi, iqtisadi və hərbi sahələrdə mühüm nailiyyətlər əldə etdi. Beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan ölkəmiz öz suverenliyini və milli maraqlarını qorumaq gücünə malik, qüdrətli bir dövlətə çevrildi. Məhz bu strateji yanaşmanın və ardıcıl siyasətin nəticəsində Azərbaycan müasir, döyüş qabiliyyətli ordu formalaşdırdı. 44 günlük Vətən müharibəsində xalq-ordu-dövlət birliyi bütün dünyaya nümunə oldu və nəticədə Azərbaycanın ərazi bütövlüyü təmin edildi, torpaqlarımız işğaldan azad olundu.
İndi tam əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasət və Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır!" kimi tarixi bəyanatı artıq reallığa çevrilib. Azərbaycanın şanlı Bayrağı artıq Qarabağın bütün bölgələrində dalğalanır. 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Qələbə və 3 il sonra cəmi 23 saat 43 dəqiqə ərzində peşəkar şəkildə həyata keçirilmiş lokal antiterror tədbirləri sayəsində Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Elçin Gözəlov
Xəbərin oxunma sayı : 304
Sosial
Xəbərlər
-
Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO
-
Bəzi taksi sürücüləri sərnişindən əlavə pul tələb edir - VİDEO
-
“Aİ səfiri Tbilisidə baş verənlərə görə məsuliyyət daşıyır“ - Kobaxidze
-
Paytaxtın 291 saylı bağçasında uşaq ağır xəsarət alıb, təcili tibbi yardım çağırılmayıb - VİDEO
-
“Günahkarlar məsuliyyətə cəlb olunacaqlar“ - Kobaxidze prezident sarayına hücumla bağlı
-
İnformatika müəllimlərinin çatışmazlığı: Problem haradan qaynaqlanır?
-
Azərbaycanda futbol klubları nə qədər maaş verir? - Rəqəmlər açıqlandı
-
Gəncə terrorunda gözlərini itirən qadın başına gələnləri danışdı: “Qoymayın ölüm, qızlarım var“
-
İstehlak kreditlərinin artımı zəifləyib - Mərkəzi Bank əhalinin banklara borcunun artmasından ehtiyatlanır
-
Şəkinin mərkəzində yol çöküb, təhlükəli vəziyyət yaranıb - VİDEO
-
Tbilisidə etirazçılar Prezident Sarayının ərazisinə basqın etdilər - FOTOLAR
-
Azərbaycan karateçiləri yarışları 16 medalla başa vurublar - III MDB Oyunları
-
“Pilgrim Education“ qurbanları: dövlətdən kömək istəyirlər... (FOTO)
-
Bakıda yolu zəbt edənlərdən biri: “İstəyərəm, dombalaq aşaram“
-
“Gürcü Arzusu“ seçkilərdə qalib gəlir - İrakli Kobaxidze
-
Tanınmış aparıcı 130 minlik lüks avtomobil ALDI: Restoran bizneslərim var
-
Azərbaycanda tikinti müəssisələrində çalışan muzdlu işçilərin sayı 6 %-ə yaxın artıb - AMB
-
Universitet həyatını kökündən dəyişəcək qanun: İntizarın sonu gələcəkmi?
-
Süni intellekt işimizi əlimizdən alacaqmı? - “Meta“da işləyən azərbaycanlı mühəndislə MÜSAHİBƏ
-
Xankəndidəki oyunlarda polisin fəaliyyətindən - VİDEO/FOTOLAR
-
Yaponiya tarixində ilk - Baş nazir qadın olacaq...
-
“Qarabağ“ futbolçulara bu qədər pul mükafatı verib - Qələbəyə görə
-
Polis Akademiyasında məktəblilər üçün “Açıq qapı” - FOTOLAR
-
Kommunal xərcləriniz 50% azala bilər: Enerji pasportunun gətirəcəyi imkanlar
-
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
-
Həmcinslərini Türkiyədə iş vədi ilə fahişəliyə cəlb etmişdi - 9 il həbs verildi
-
Xaçmazda imam müavini arvadını boğaraq öldürdü – TƏFƏRRÜAT
-
Mən niyə rusun dilində kinoya baxmalıyam ?! - Kinoteatrlarda “məcburi seçim”
-
III MDB Oyunları – Azərbaycan millisi bürünc medal qazandı
-
Bakıda 50 qıpiyə limon satır, hesabında milyonu var - VİDEO
-
Kobaxidze “Gürcü arzusu“nun qalib gələcəyinə əmindir - “Müxalifətin qələbəyə ümidi yoxdur “
-
Prezident İlham Əliyev iki bankın idarə edilməsi barədə fərman imzaladı - DƏYİŞİKLİK
-
Xəzər dənizindəki əməliyyat vaxtı atəş açıldı - İran vətəndaşları tutuldu + FOTOLAR
-
Azərbaycanlı müğənni Ağ şəhərdən yarım milyon manata ev aldı - VİDEO
-
Bu şəxslərin maaşları artırıldı - Prezident Sərəncam imzalayıb
-
Sevgilisi ilə danışarkən tutuldu, arvadını asıb öldürdü - Naxçıvanda dəhşətli hadisə
-
“Kral olanda monarxiyada dəyişiklik edəcəyəm” - Şahzadə Uilyam
-
Bu tələbələrə Prezident təqaüdü verildi - Siyahı
-
Evlərin qiyməti 50 faizə yaxın artıb - Mərkəzi Bankın hesabatı
-
“Park City“də sakinlər illərdir çıxarış ala bilmirlər - ŞİKAYƏT /VİDEO
-
Ayaqlarına dolğu əvəzinə maz vuruldu - Dəniz Hospitalda qanunsuz estetika
-
Bağçada müəllimənin qəribə addımı: Çəkiliş qrupunu görən tərbiyəçi pəncərədən qaçdı
-
Masazırda tikinti qanunsuzluğu: “Binaların nə qarajı, nə də həyəti var“
-
ABŞ bu ölkədə hərbi əməliyyat keçirə bilər - “New York Times”
-
Bakıda ortaaylıq əməkhaqqı ilə ev almaq üçün 18 il işləmək lazımdır - RƏSMİ
-
Sumqayıtda sahibkar evinə diktofon yerləşdirdi - Qətlə yetirdi
-
“HƏMAS-ın davamlı sülhə hazır olduğuna inanıram” - Tramp
-
Prezident Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - Video
-
Məktəblərdə pul yığımı yenidən gündəmdə - Şagirdlər danışdılar
-
1993-cü ilin oktyabrın 3-də Ulu Öndərin prezident seçilməsi milli iradənin təntənəsi idi
-
Vətənə sədaqətlə xidmət etmiş Ulu Öndər
-
Azərbaycan xalqının qəhrəmanlıq və şücaət təcəssümü
-
Beş il öncə 4 oktyabr tarixində Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi
-
Cəbrayıl şəhərinin azad olunmasından 5 il ötür
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
Xətai rayonunda sakinlər təhklükədə - İt, ilan, tülkü... (VİDEO)
-
Tramp HƏMAS-a son xəbərdarlğını etdi - “Cəhənnəmlə qarşılaşacaqlar”
-
15 yaşlı oğlana qeyri-etik hərəkətlər edən gizirin - Cəzası ağırlaşdırıldı
-
Oqtay Şirəliyev vəfat etdi - TƏBİB-dən AÇIQLAMA
-
Liderliyin Heydər Əliyev nümunəsi
-
Erməni konsul məlumatları Adəmə könüllü ötürürmüş - Ayda bu qədər pul alıb
-
Baş prokuror 48 vətəndaşın müraciəti ilə bağlı göstəriş verdi - FOTO
-
Müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında zirvələr fəth edir
-
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
-
37 aptekdə yoxlama aparıldı - Nöqsanlar aşkarlandı
-
4 Oktyabr - Cəbrayıl şəhəri günü: Zəfər tarixindən bərpa və quruculuq mərhələsinə
-
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi - Dövlət resurslarının ailə marjasına transferi…
-
DTX 4 nəfəri dövlətə xəyanət ittihamı ilə həbs etdi - Biri hərbçidir
-
Tiktoker həbs edildi - Qeyri-etik paylaşımlara görə
-
Prezident Danimarkaya səfəri ilə bağlı paylaşım etdi - VİDEO
-
“Bank kartlarına kibermüdaxilə halları var” - DİN
-
187 dərmanın qiyməti bahalaşıb - Tarif Şurası qərar verdi
-
Xadimə işlədiyi evdən 3 min manatlıq oğurluq etdi - 5 ay müddətinə həbs edildi
-
Quyular azalanda neft hasilatı artır, quyular artanda qaz hasilatı azalır – SOCAR-dan maraqlı statistika
-
Paytaxtın bu rayonunda yol bağlanır - Sürücülərin nəzərinə
-
Evindən 350 min oğurlanan məmur - Təhsil Nazirliyinin vəzifəli şəxsi imiş
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
“Əzizbəy” sakinləri “girov” saxlayır: 1500 gətir çıxarış üçün arayış verək
-
Məşğulluq Agentliyi tender keçirmədən ofis icarəyə götürüb - 42 minə
-
Beyləqanda Müəllimlər Günü qeyd olundu - Fotolar
-
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir
-
İcra nümayəndəsinə “stop“ qoyuldu - DSMF-yə borcu var
-
Sudan istifadədə differensial tarif tətbiq olunacaq - Əsəd Şirinov
-
Milli mətbuatın 150 illiyi yubiley medalına namizədlər müəyyənləşib - MŞ-da iclas olub
-
281 saylı məktəbdə müəllimlər Müəllimlər Günü ilə bağlı pul yığır - Direktor üçün
-
Nazir generala birinci müavin təyin etdi - FOTO
-
“ABŞ tariflərdən ildə 1 milyard dollardan çox gəlir əldə edəcək” - Tramp
-
“Dövlət satınalmalarında eyni mal əvvəlkindən ucuz alınır“ - Agentlik rəsmisi
-
2 milyon manatlıq qalmaqal - Əbülfəz Babayev barışdı və proses bitdi
-
Mbappe və Zubirin illər öncə birgə çəkilmiş - Fotosu
-
Azərbaycan hakerlərin hədəfində - XƏBƏRDARLIQ
-
Bazarlarda hazırlanan yağlar səhhətimizə təhlükədir, yoxsa? - VİDEO
-
Ekspertiza “Şərurlu İsfəndiyar“ın Emil Səməndərovu təhqir etdiyi qənaətinə gəlib - MƏHKƏMƏ
-
Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar
-
Nazirliyin vəzifəli şəxsinin evindən 340 min pul oğurlandı - Oğlunun sevgilisi həbs edildi
-
ABŞ döyüş təyyarələri Venesuela hava məkanında: Karakasdan qəti etiraz
-
Veysəloğlu Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib - FOTOLAR
-
Dəmirçi ailəsi “Ferrum Kapital“dan nə qədər qazanır və... qazandırır? - RƏQƏMLƏR
-
Aşıq Zülfiyyə 1 milyonluq borca düşdü - “Leksus”unu SATDI
-
315 saylı məktəbdə Müəllimlər Günü - Direktor əvəzi üçün pul yığılır?
-
“Fransız diplomatlar bizi dost yox, mənbə hesab edirdilər“ - Martin Ryanın məhkəməsi
-
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır - SİYAHI
-
“Nar” regional satış şəbəkəsini genişləndirir - Yeni mağaza Salyanda!
-
Həbsdən çıxan ata iki telefon işlədən qızının qatili oldu - VİDEO
-
Qəzaya uğrayan son model avtomobilin təhlükəsizlik yastığı açılmayıb - Səbəb nədir?
-
Rusiyadan Azərbaycana gəldi, küçədə bacısı qızının başını kəsdi - Masazırdakı dəhşətli cinayət
-
ABŞ tariflərdən ildə bir trilyon dollardan çox gəlir əldə edəcək - Tramp
-
Nazirlik tərəfindən bölgələrdə keçiriləcək qəbulların qrafiki - FOTO
-
Saç ustası olduğu deyilirdi, yenə həkimliyə başlayıb? - VIDEO
-
Kreditə görə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilərmi? - VİDEO
-
Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlər genişlənir
-
Suqovuşanın işğaldan azad edilməsindən 5 il ötür
-
Hər şeyə hazır olmaq lazımdır - PUTİN
-
İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq
-
“Balıqlara yem əvəzinə insan nəcisi verilir” - Azərbaycanda
-
Yollarda görüş məsafəsi məhdudlaşdırılacaq - Dumana görə
-
Sənədli torpaq sahələri bahalaşır - VİDEO
-
“Rusiyanın NATO-ya hücumu uydurmadır” - Putin
-
Vüsal Aslanov rəisi işdən çıxardı: “Bakı Metropoliteni“ təkzib etmişdi
-
QHT sədri saxta ordeni bu ölkə rəhbərinə təqdim edib - Deputatla birgə... + VİDEO
TOP 10
ARXİV