Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Mən niyə rusun dilində kinoya baxmalıyam ?! - Kinoteatrlarda “məcburi seçim”

Tarix 04.10.25, 14:45

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda fəaliyyət göstərən kinoteatrlarda yerli tamaşaçı üçün ən ciddi problemlərdən biri dil məsələsidir. Paytaxtda fəaliyyət göstərən kinoteatrların repertuarına nəzər salsaq, nümayiş olunan filmlərin böyük əksəriyyətinin rus və ya türk dillərində təqdim olunduğunu görərik.

Rus dilində göstərilən filmlər, adətən, Azərbaycan dilində subtitrlə müşayiət olunur. Lakin bu, problemi həll etmir – tamaşaçı eyni anda həm subtitri oxumağa, həm də filmin gedişatını izləməyə məcbur qalır. Nəticədə nə dialoqları tam dərk edə bilir, nə də ekran qarşısında filmin emosional təsirini tam yaşaya bilir.

Ən ağrılı məqam isə uşaqlarla bağlıdır. Kinoteatrlarda nümayiş olunan cizgi filmlərinin də əksəriyyəti rus və ya türk dillərindədir. Oxuyub-yazmağı hələ öyrənməmiş azərbaycandilli uşaqlar subtitrdən yararlana bilmədiklərinə görə, film məzmununu anlamaqda çətinlik çəkirlər. Beləliklə, Azərbaycan dilini bilən, amma xarici dili öyrənməmiş uşaqlar kinoteatr mədəniyyətindən tamamilə məhrum olurlar. Bu isə həm mədəniyyət siyasəti, həm də uşaqların dil və milli kimlik tərbiyəsi baxımından ciddi boşluq yaradır.
Əslində, bu vəziyyət paradoksal görünür: azərbaycanlı tamaşaçı öz ölkəsində kinoteatrda Azərbaycan dilində film izləmək imkanını tapmır. Halbuki ölkə Konstitusiyası Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edir və dilin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Həmçinin, “Dövlət dili haqqında” Qanuna görə, ictimai sahələrdə, kütləvi informasiya və mədəniyyət ocaqlarında Azərbaycan dilinin işlədilməsi təmin olunmalıdır.

Təəssüf ki, kinoteatr sahəsində bu norma kağız üzərində qalır. İllərdir Azərbaycanda xarici filmlərin Azərbaycan dilinə dublyajı çox məhdud şəkildə həyata keçirilir. Dublyajın zəif inkişafı, kino şirkətləri və distribütorların məsuliyyətsizliyi, həmçinin dövlətin bu sahədə tələbkarlığının azlığı nəticəsində tamaşaçı milli dildə film izləmək hüququndan məhrum olur.

Mədəniyyət sahəsinin ekspertləri hesab edirlər ki, kinoteatrlarda Azərbaycan dilində dublyajın genişləndirilməsi həm dilin qorunmasına, həm də milli kino sənayesinin inkişafına töhfə verə bilər. Çünki kinoya gedən hər bir uşaq və gənc doğma dilində film izləsə, həm Azərbaycan dilinə marağı artır, həm də kino bazarımız canlanır.

Hazırkı vəziyyət isə acı reallığı ortaya qoyur: ölkəmizdə kinoya gedən azərbaycanlı tamaşaçı doğma dilində film izləmək imkanından kənarda qalır, uşaqlar isə kinoteatr mədəniyyətinə yad böyüyürlər.

“Cinemaplus” kinoteatrlar şəbəkəsinin marketinq direktoru Nara Həsənova da qeyd edib ki, hal-hazırda “CineMastercard” kinoteatrlar şəbəkəsi heç bir dublyaj studiyası ilə işləmir. Onun sözlərinə görə, əvvəllər “Cinemazadeh” studiyası “CineMastercard”ın kinoteatrlarına Azərbaycan dilində dublyaj olunan filmləri təqdim edirdilər: “ Bildiyimiz qədəri ilə onların dublyaj fəaliyyəti dayandırılıb. Gələcəkdə hər hansısa şirkət dublyaj olunmuş filmlərin öhdəliyini öz üzərinə götürərsə və bizə bu filmləri təqdim edərsə, onunla əməkdaşlığa hər zaman şad olarıq. Kinoteatrlar dublyajla məşğul deyil. Biz çalışırıq ki, filmlər üç dildə – rus, ingilis və türk dillərində nümayiş olunsun”.

“Park Cinema” kinoteatrlar şəbəkəsinin PR meneceri Anar Eyvazov bildirib ki, Azərbaycanda studiyalarla işləyən və xarici filmlərin dubliyajı ilə məşğul olan rəsmi studiyası yoxdur: “Məndə olan məlumata görə, Mədəniyyət Nazirliyi bu məsələ üzərində işləyir ki, gələcəkdə peşəkar dubliyaj studiyası olsun. Əfsuslar olsun ki, biz indi heç nə edə bilmirik. Kinoteatr dublyajla məşğul olmur, yalnız nümayiş etdirir. Biz studiyalardan xahiş edirik ki, filmləri heç olmasa alt yazısı ilə təqdim etsinlər ki, insanlar kinodan məhrum olmasınlar. Türk dilində olan seansları da qəbul edirik ki, rus və ingilis dilində bilməyənlər bu dildə baxsınlar. Biz filmlərin Azərbaycan dilində nümayiş etdirilməsini çox istəyirik”.

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev Musavat.com-a açıqlamasında deyib ki, SSRİ zamanında Azərbaycanda il ərzində 60-70 film dublyaj olunurdu: “Bunun üçün ayrıca zallar var idi, böyük heyət bunun üzərində çalışırdı. Sonrakı illərdə isə ölkəmizdə bu işi “xaltura”ya çevirdilər. Filmə baxmadan tərcümə edirdilər. Gülməli bir şeylər alınırdı. İndi hansı teelviziya kanalı necə bacarırsa, elə də dublyaj edir.

Bizim dövlətimizin qanunu var – yayımlanan filmlər öz dilimizdə olmalıdır. İnsanlar kinoteatrda subtitrla kinoya baxıb hansı zövqü alsınlar?! Dublyaj peşəkar olmalıdır. Təəssüf ki, indi əvvəlki dublyaj rejissorları yoxdur.

Bu işlə Mədəniyyət Nazirliyi məşğul olmalıdır. Çünki dövlətin ayırdığı pul nazirliyə, oradan isə Azərbaycan Respublikasının Kino Agentliyinə gedir. Qoy onlar cavab versinlər.

Rusiya illərlə vətəndaşı olan həmyerlilərimizi ölkədən çıxarır, oradakı azərbaycanlıları sıxışdırır, biz isə məcburuq ki, ölkəmizdə kinolara rus dilində baxaq. Axı niyə? Bu, dövlət prinsipinə ziddir”.

 



Xəbərin oxunma sayı : 568




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap