Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Oqtay Şirəliyev vəfat etdi - TƏBİB-dən AÇIQLAMA

Tarix 03.10.25, 21:44

Font ölçüsü : - / +
bitmap-img6


Sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.

Bu barədə onun yaxınları məlumat verib.

O, bu gün 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.

TƏBİB-dən bildirilib ki, sabiq səhiyyə naziri Oqtay Şirəliyev ilə əlaqədar oktyabrın 3-ü saat 17:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub: "Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən sabiq nazirin həkiməqədər ölüm faktı qeydə alınıb".

Xatırladaq ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. 1967-1973-cü illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu "Müalicə işi" ixtisası üzrə bitirib. 

Bir sıra xəstəxanalarda və vəzifələrdə çalışan O.Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci il oktyabrın 20-də səhiyyə naziri təyin olunub, 2021-ci il aprelin 23-dək bu postda çalışıb.

O, 2015-ci il avqustun 12-də səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.



Xəbərin oxunma sayı : 430




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap