Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Park City“də sakinlər illərdir çıxarış ala bilmirlər - ŞİKAYƏT /VİDEO

Tarix 04.10.25, 11:27

Font ölçüsü : - / +
bitmap-img6


Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən 19 mərtəbəli "Park City" yaşayış kompleksində məskunlaşan sakinlər çıxılmaz vəziyyətə düşdüklərini deyirlər. Onların əsas şikayəti mənzillərə çıxarışların verilməməsidir.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər bildirirlər ki, dəfələrlə yaşadıqları ``Park City`` yaşayış kompleksinin rəhbərliyi ilə bu məsələni müzakirə edib, addımlar atsalar da, adekvat cavab ala bilməyiblər. Başqa sözlə, şirkət çıxarışların verilməsi prosesini uzadır.

Sakinlərin digər narazılığı isə yeraltı qaraj ödənişləri ilə bağlıdır. Onların sözlərinə görə, 60 manat olan aylıq ödəniş qəfil 100 manata qaldırılıb. Bu isə sakinlər arasında narazılıq yaradıb.

"Park City" yaşayış kompleksinin hüquqşunası isə şifahi olaraq bildirdi ki, sakinlərə çıxarışların verilməsi üçün Əmlak Məsələləri Dövlət xidmətinə sənədlər təqdim edilib. O ki, qaldı qaraj pullarının artırılmasına, şirkətdən bildirildi ki, həmin qarajlar bir neçə sahibkar tərəfindən özəlləşdirilib və qiyməti onlar təyin edir. Yəni şirkətə heç bir aidiyəti yoxdur.

Əmlak Məsələləri üzrə dövlət xidmətindən isə bildirildi ki, məsələ araşdırılacaq.








Xəbərin oxunma sayı : 721




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap