Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Beyləqanda Müəllimlər Günü qeyd olundu - Fotolar

Tarix 03.10.25, 16:14

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

AzFakt.com xəbər verir ki, Beyləqan RİH başçısı Əziz Əzizov tədbir iştirakçılarını salamlayaraq bütün müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edib. O, müəllimlik peşəsinin cəmiyyətin mənəvi dayağı olduğunu, gənc nəslin vətənpərvər, savadlı və müasir dünyagörüşünə malik vətəndaş kimi yetişdirilməsində pedaqoqların əvəzsiz xidmətlər göstərdiyini vurğulayıb.

RİH başçısı qeyd edib ki, artıq ikinci ildir Beyləqanda Müəllimlər Günü yüksək səviyyədə, təntənəli şəkildə qeyd olunur. O, bu ənənənin müəllimlərə olan böyük hörmət və ehtiramın bariz nümunəsi olduğunu bildirib.

Çıxışında Ulu Öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışan Ə.Əzizov, həmin siyasətin bu gün ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, dövlətimiz tərəfindən son illərdə yeni məktəb binaları və təhsil ocaqları tikilərək istifadəyə verilir, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir, müəllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.

Beyləqan RİH başçısı daha sonra peşə bayramlarına görə təhsil işçisi olan şəhid ailələrinə gül və hədiyyələr, rayon üzrə bir qrup təhsil işçisinə isə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələri təqdim edib.

Tədbir rayon Mədəniyyət Mərkəzi kollektivinin hazırladığı rəngarəng konsert proqramı ilə davam edib.







Xəbərin oxunma sayı : 559




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap