Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Ayaqlarına dolğu əvəzinə maz vuruldu - Dəniz Hospitalda qanunsuz estetika

Tarix 04.10.25, 11:12

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtda yerləşən özəl klinikaların birində edilən estetik əməliyyat faciə ilə nəticələnib. 25 yaşlı Ləman Nəbiyeva (ad şərtidir) hər iki ayağının baldır hissəsinə estetik görünüş vermək istəyərkən, iddiaya görə, istifadə olunan keyfiyyətsiz maddə səbəbindən hərəkət qabiliyyətini itirmə təhlükəsi ilə üzləşib.

AzFakt.com "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, o, "TikTok" sosial şəbəkəsində gördüyü elan əsasında klinikaya müraciət etdiyini bildirib. Məqsədi ayaqları qalınlaşdırmaq olub, lakin əməliyyatdan iki ay sonra baldır hissələrində çürümə prosesi başlayıb.

Ləman Nəbiyeva əməliyyatdan cəmi iki gün sonra ayaqlarında qızartılar və dolğunun vurulduğu nöqtədə çirk əmələ gəldiyini qeyd edib. O, bu problemlərlə bağlı dəfələrlə həkim Xəyalə İsmayılovaya (ad şərtidir) müraciət etsə də, həkim onu bütün sosial şəbəkələrdə blok edib.

İki ildir müxtəlif tibb müəssisələrində müalicə alan Ləman Nəbiyeva aparılan müayinələr və mütəxəssis rəyləri nəticəsində dəhşətli faktı öyrənib: onun ayağına dolğu adı ilə vurulan gel əslində vazelin olub.

Bu iddia daha sonra Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Komissiya-Ekspertizalar Şöbəsi tərəfindən də təsdiqlənib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Hadisə özəl tibb xidmətləri sektorunda nəzarət və keyfiyyət məsələlərini bir daha aktuallaşdırıb.




Xəbərin oxunma sayı : 379




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap