Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

ABŞ döyüş təyyarələri Venesuela hava məkanında: Karakasdan qəti etiraz

Tarix 03.10.25, 12:20

Font ölçüsü : - / +
bitmap-img6


Venesuela ABŞ döyüş təyyarələrinin ölkənin hava məkanını pozmasına kəskin etirazını bildirib. 

Musavat.com xəbər verir ki, müvafiq bəyanat Venesuela xarici işlər naziri İvan Gil Pintonun Teleqram kanalında dərc olunub: “Venesuela Bolivar Respublikasının Müdafiə və Xarici İşlər Nazirlikləri 2 oktyabr 2025-ci il tarixində ABŞ döyüş təyyarələrinin respublika sahillərindən təxminən 75 kilometr aralıda qanunsuz müdaxiləsini pisləyir və qətiyyətlə rədd edir”.

Qeyd olunur ki, inteqrasiya edilmiş Aerokosmik Müdafiə Komandanlığı (CODAI) tərəfindən qeydə alınan hava sərhədlərinin pozuntusu "beynəlxalq hüquqa və Beynəlxalq Mülki Aviasiya üzrə Çikaqo Konvensiyasına zidd olaraq, milli suverenliyi təhdid edən təxribatdır".

Karakas ABŞ-ın müdafiə naziri Pit Heqsetdən “Latın Amerikası və Karib hövzəsində sülhə xələl gətirən və regional sabitliyə təhlükə yaradan ehtiyatsız, avantürist və döyüşkən mövqeyindən dərhal əl çəkməyi” tələb edib.

Müdafiə və Xarici İşlər nazirliklərinin bəyanatında vurğulanır ki, Venesuela “heç bir xarici güc tərəfindən hədə-qorxu və ya təcavüzü qəbul etmir və öz suverenlik hüququnu tam müdafiə edəcək” və Milli Bolivar Silahlı Qüvvələri daimi döyüş hazırlığı vəziyyətində qalacaq.



Xəbərin oxunma sayı : 520




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap