![]() |
|














Universitet həyatını kökündən dəyişəcək qanun: İntizarın sonu gələcəkmi?
Tarix 04.10.25, 17:38 |
|

"Ali təhsil haqqında" Qanun layihəsi Milli Məclis tərəfindən hazırlanıb və bir neçə dəfə iclaslarda müzakirəyə çıxarılıb. Amma hələ də qəbulu yubanır. Parlamentin payız sessiyasında bu qanunun qəbulunun prioritet məsələlərdən biri olması gözlənilir. Layihə Milli Məclisin Elm və təhsil komitəsinin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planına da daxil edilmişdi. Lakin layihənin müzakirəyə çıxarılması alınmadı. Layihə işçi qrupunun iştirakı ilə parlamentin Elm və təhsil komitəsində dəfələrlə müzakirə edilib, lakin plenar iclasda müzakirəsi gerçəkləşməyib. Layihə artıq beşinci sessiyadır ki, işlər planına salınır, amma plenar iclasın müzakirəsinə çıxarılmır.
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Qeyd edək ki, ölkəmizdə "Təhsil haqqında" Qanun qəbul olunub. İndi isə ayrıca "Ali təhsil haqqında" Qanun layihəsinin qəbulu planlaşdırılır.
Bəs yeni qanun layihəsi təhsil sistemində hansı yenilikləri özündə əks etdirir?
"Nazirlik bu prosesdə fəal olmalıdır"
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov "Ali təhsil haqqında" qanunun qəbul edilməsinə ciddi ehtiyac olduğunu bildirib:
"Ali təhsil haqqında" Qanunda bir çox mühüm məsələlər öz əksini tapıb. Bu qanun Azərbaycanda ali təhsili tənzimləyəcək. Düzdür, "Təhsil haqqında" Qanun var, amma "Ali təhsil haqqında" ayrıca bir qanun yoxdur. Bu qanunun qəbul edilməsi ali təhsil müəssisələri üçün də olduqca önəmlidir. Bu gün təhsildə bir sıra çağırışlar var ki, onların yerinə yetirilməsi üçün bu qanuna ehtiyac var".
Deputatın sözlərinə görə, sənəddə distant təhsil, xarici diplomların tanınması, universitetlərin idarə olunması, tələbə yataqxanaları, tələbələrin köçürülməsinin yeni qaydaları, doktorantura pilləsinin ikili səviyyədən bir səviyyəyə endirilməsi və s. məsələlər yer alıb. C.Məmmədov bildirib ki, adətən qanunlar qəbul edilərkən mərkəzi icra orqanlarının rəy və yanaşmaları nəzərə alınır:
"Hesab edirəm ki, hazırkı mərhələdə qanunun qəbul edilməsi Elm və Təhsil Nazirliyindən asılıdır. Nazirlik bu prosesdə fəal olmalıdır. Yəni burada məsələ təkcə Milli Məclisdən asılı deyil, həm də digər strukturlardan asılı olan məsələlər var".
Zaman, tələbat və şərait dəyişdikcə...
Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının fikrincə, zaman, tələbat və şərait dəyişdikcə qanunlar da dəyişir:
"Ya yeni maddələr əlavə olunur, ya da dəyişikliklər edirlər. Yəqin ki, yeni dövrə uyğun dəyişikliklərə ehtiyac var".
H.İsaxanlı bildirib ki, ali təhsil sistemi ilə orta təhsil sistemi arasında kəskin fərqlər mövcuddur. Bu baxımdan, ali təhsilin ayrıca xüsusiyyətləri olduğundan, onun ayrıca qanununun olmasının heç bir ziyanı yoxdur:
"Bunlar başqa səviyyələr, ayrı-ayrı problemlərdir. Hər cəhətdən fərqlər çoxdur. Ona görə də "Ali təhsil haqqında" ayrıca qanunun olması yaxşı olardı".
"Süni əngəllər də aradan qalxacaq"
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rüstəm Kamal isə hesab edir ki, qəbulu gözlənilən qanun təhsilin mərhələlərini, təhsilalma formalarını qaydaya salacaq və artıq bu çərçivədən kənara çıxmaq olmayacaq:
"Təhsil hər bir ölkənin prioritet sahəsidir. Elə bir ailə yoxdur ki, bu və ya digər dərəcədə təhsillə bağlı olmasın. Ölkənin Konstitusiyasından sonra bu qanun ikinci vacib sənəddir. Təhsil sistem içində sistemdir. Bu sistemlərin ahəngdar işləməsi üçün vacib olan isə qanundur".
Professor hesab edir ki, bizim dünya təhsil sisteminə inteqrasiya olunmağımız üçün "Ali təhsil haqqında" Qanunda dünya təhsil sistemində baş verən müsbət hadisələr, yerli, milli xüsusiyyətlər nəzərə alınacaq". Professorun fikrincə, qanun layihəsi çap edilib ictimai müzakirəyə də verilməlidir ki, müəllimlər, ictimaiyyət nümayəndələri də onunla tanış olsunlar:
"Bu qanunun qəbulunun vaxtı çatıb. Fikrimcə, bu sənəd təhsilimizdə ortaya çıxan süni əngəlləri də aradan götürə bilər. Çünki ortada qanun olarsa, bu, bir çox məsələlərdə redaktə işlərini sürətləndirəcək".
"Proses hələ xeyli davam edə bilər"
Dosent İlham Əhmədov da Milli Məclisdə "Ali təhsil haqqında" Qanun layihəsi üzərində 4 ildir ki, işlərin davam etdiyini bildirib:
"İndi bu işə yenidən start veriləcək. Bu halda proses hələ xeyli davam edə bilər".
Ekspert bildirib ki, bizdə hazırda "Təhsil haqqında" Qanun və digər normativ sənədlər var:
"Onlara doğru-düzgün əməl edilsə, mövcud problemlərin çoxu həll edilə bilərdi. Amma, əksinə, problemlər ilbəil artdı. Bu gün də təhsildə olan bir çox problemlər, baş verən bəzi proseslər "Təhsil haqqında" Qanunla uzlaşmır. Gec-tez "Ali təhsil haqqında" Qanun da qəbul ediləcək, amma bu gedişlə ali təhsildəki problemlərimiz tezliklə öz həllini tapmayacaq".
İ.Əhmədov hesab edir ki, qanundan əvvəl və ya paralel olaraq ali təhsilə dair yol xəritəsi, inkişaf strategiyaları qəbul edilməlidir:
"Hələ də ali təhsilə dair normal strategiyamız yoxdur. Son 15 ildə ali təhsilə dair cəmi bir strategiya qəbul edilib. Bu, 2009-2013-cü illər üzrə olan sənəddir. Onun da icrası yarımçıq oldu. Bizdə belə təsəvvür var ki, intizarla gözlənilən hansısa qanun qəbul edilən kimi, bu sahənin bütün problemləri avtomatik həll ediləcək. Sahənin inkişafı üçün mükəmməl qanunvericilik aktlarının olması zəruridir, lakin bu, kafi deyil. Əlavə digər məsələlər də həll edilməlidir".
Xəbərin oxunma sayı : 526
Sosial
Xəbərlər
-
Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO
-
Bəzi taksi sürücüləri sərnişindən əlavə pul tələb edir - VİDEO
-
“Aİ səfiri Tbilisidə baş verənlərə görə məsuliyyət daşıyır“ - Kobaxidze
-
Paytaxtın 291 saylı bağçasında uşaq ağır xəsarət alıb, təcili tibbi yardım çağırılmayıb - VİDEO
-
“Günahkarlar məsuliyyətə cəlb olunacaqlar“ - Kobaxidze prezident sarayına hücumla bağlı
-
İnformatika müəllimlərinin çatışmazlığı: Problem haradan qaynaqlanır?
-
Azərbaycanda futbol klubları nə qədər maaş verir? - Rəqəmlər açıqlandı
-
Gəncə terrorunda gözlərini itirən qadın başına gələnləri danışdı: “Qoymayın ölüm, qızlarım var“
-
İstehlak kreditlərinin artımı zəifləyib - Mərkəzi Bank əhalinin banklara borcunun artmasından ehtiyatlanır
-
Şəkinin mərkəzində yol çöküb, təhlükəli vəziyyət yaranıb - VİDEO
-
Tbilisidə etirazçılar Prezident Sarayının ərazisinə basqın etdilər - FOTOLAR
-
Azərbaycan karateçiləri yarışları 16 medalla başa vurublar - III MDB Oyunları
-
“Pilgrim Education“ qurbanları: dövlətdən kömək istəyirlər... (FOTO)
-
Bakıda yolu zəbt edənlərdən biri: “İstəyərəm, dombalaq aşaram“
-
“Gürcü Arzusu“ seçkilərdə qalib gəlir - İrakli Kobaxidze
-
Tanınmış aparıcı 130 minlik lüks avtomobil ALDI: Restoran bizneslərim var
-
Azərbaycanda tikinti müəssisələrində çalışan muzdlu işçilərin sayı 6 %-ə yaxın artıb - AMB
-
Universitet həyatını kökündən dəyişəcək qanun: İntizarın sonu gələcəkmi?
-
Süni intellekt işimizi əlimizdən alacaqmı? - “Meta“da işləyən azərbaycanlı mühəndislə MÜSAHİBƏ
-
Xankəndidəki oyunlarda polisin fəaliyyətindən - VİDEO/FOTOLAR
-
Yaponiya tarixində ilk - Baş nazir qadın olacaq...
-
“Qarabağ“ futbolçulara bu qədər pul mükafatı verib - Qələbəyə görə
-
Polis Akademiyasında məktəblilər üçün “Açıq qapı” - FOTOLAR
-
Kommunal xərcləriniz 50% azala bilər: Enerji pasportunun gətirəcəyi imkanlar
-
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
-
Həmcinslərini Türkiyədə iş vədi ilə fahişəliyə cəlb etmişdi - 9 il həbs verildi
-
Xaçmazda imam müavini arvadını boğaraq öldürdü – TƏFƏRRÜAT
-
Mən niyə rusun dilində kinoya baxmalıyam ?! - Kinoteatrlarda “məcburi seçim”
-
III MDB Oyunları – Azərbaycan millisi bürünc medal qazandı
-
Bakıda 50 qıpiyə limon satır, hesabında milyonu var - VİDEO
-
Kobaxidze “Gürcü arzusu“nun qalib gələcəyinə əmindir - “Müxalifətin qələbəyə ümidi yoxdur “
-
Prezident İlham Əliyev iki bankın idarə edilməsi barədə fərman imzaladı - DƏYİŞİKLİK
-
Xəzər dənizindəki əməliyyat vaxtı atəş açıldı - İran vətəndaşları tutuldu + FOTOLAR
-
Azərbaycanlı müğənni Ağ şəhərdən yarım milyon manata ev aldı - VİDEO
-
Bu şəxslərin maaşları artırıldı - Prezident Sərəncam imzalayıb
-
Sevgilisi ilə danışarkən tutuldu, arvadını asıb öldürdü - Naxçıvanda dəhşətli hadisə
-
“Kral olanda monarxiyada dəyişiklik edəcəyəm” - Şahzadə Uilyam
-
Bu tələbələrə Prezident təqaüdü verildi - Siyahı
-
Evlərin qiyməti 50 faizə yaxın artıb - Mərkəzi Bankın hesabatı
-
“Park City“də sakinlər illərdir çıxarış ala bilmirlər - ŞİKAYƏT /VİDEO
-
Ayaqlarına dolğu əvəzinə maz vuruldu - Dəniz Hospitalda qanunsuz estetika
-
Bağçada müəllimənin qəribə addımı: Çəkiliş qrupunu görən tərbiyəçi pəncərədən qaçdı
-
Masazırda tikinti qanunsuzluğu: “Binaların nə qarajı, nə də həyəti var“
-
ABŞ bu ölkədə hərbi əməliyyat keçirə bilər - “New York Times”
-
Bakıda ortaaylıq əməkhaqqı ilə ev almaq üçün 18 il işləmək lazımdır - RƏSMİ
-
Sumqayıtda sahibkar evinə diktofon yerləşdirdi - Qətlə yetirdi
-
“HƏMAS-ın davamlı sülhə hazır olduğuna inanıram” - Tramp
-
Prezident Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - Video
-
Məktəblərdə pul yığımı yenidən gündəmdə - Şagirdlər danışdılar
-
1993-cü ilin oktyabrın 3-də Ulu Öndərin prezident seçilməsi milli iradənin təntənəsi idi
-
Vətənə sədaqətlə xidmət etmiş Ulu Öndər
-
Azərbaycan xalqının qəhrəmanlıq və şücaət təcəssümü
-
Beş il öncə 4 oktyabr tarixində Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi
-
Cəbrayıl şəhərinin azad olunmasından 5 il ötür
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
Xətai rayonunda sakinlər təhklükədə - İt, ilan, tülkü... (VİDEO)
-
Tramp HƏMAS-a son xəbərdarlğını etdi - “Cəhənnəmlə qarşılaşacaqlar”
-
15 yaşlı oğlana qeyri-etik hərəkətlər edən gizirin - Cəzası ağırlaşdırıldı
-
Oqtay Şirəliyev vəfat etdi - TƏBİB-dən AÇIQLAMA
-
Liderliyin Heydər Əliyev nümunəsi
-
Erməni konsul məlumatları Adəmə könüllü ötürürmüş - Ayda bu qədər pul alıb
-
Baş prokuror 48 vətəndaşın müraciəti ilə bağlı göstəriş verdi - FOTO
-
Müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında zirvələr fəth edir
-
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
-
37 aptekdə yoxlama aparıldı - Nöqsanlar aşkarlandı
-
4 Oktyabr - Cəbrayıl şəhəri günü: Zəfər tarixindən bərpa və quruculuq mərhələsinə
-
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi - Dövlət resurslarının ailə marjasına transferi…
-
DTX 4 nəfəri dövlətə xəyanət ittihamı ilə həbs etdi - Biri hərbçidir
-
Tiktoker həbs edildi - Qeyri-etik paylaşımlara görə
-
Prezident Danimarkaya səfəri ilə bağlı paylaşım etdi - VİDEO
-
“Bank kartlarına kibermüdaxilə halları var” - DİN
-
187 dərmanın qiyməti bahalaşıb - Tarif Şurası qərar verdi
-
Xadimə işlədiyi evdən 3 min manatlıq oğurluq etdi - 5 ay müddətinə həbs edildi
-
Quyular azalanda neft hasilatı artır, quyular artanda qaz hasilatı azalır – SOCAR-dan maraqlı statistika
-
Paytaxtın bu rayonunda yol bağlanır - Sürücülərin nəzərinə
-
Evindən 350 min oğurlanan məmur - Təhsil Nazirliyinin vəzifəli şəxsi imiş
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
“Əzizbəy” sakinləri “girov” saxlayır: 1500 gətir çıxarış üçün arayış verək
-
Məşğulluq Agentliyi tender keçirmədən ofis icarəyə götürüb - 42 minə
-
Beyləqanda Müəllimlər Günü qeyd olundu - Fotolar
-
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir
-
İcra nümayəndəsinə “stop“ qoyuldu - DSMF-yə borcu var
-
Sudan istifadədə differensial tarif tətbiq olunacaq - Əsəd Şirinov
-
Milli mətbuatın 150 illiyi yubiley medalına namizədlər müəyyənləşib - MŞ-da iclas olub
-
281 saylı məktəbdə müəllimlər Müəllimlər Günü ilə bağlı pul yığır - Direktor üçün
-
Nazir generala birinci müavin təyin etdi - FOTO
-
“ABŞ tariflərdən ildə 1 milyard dollardan çox gəlir əldə edəcək” - Tramp
-
“Dövlət satınalmalarında eyni mal əvvəlkindən ucuz alınır“ - Agentlik rəsmisi
-
2 milyon manatlıq qalmaqal - Əbülfəz Babayev barışdı və proses bitdi
-
Mbappe və Zubirin illər öncə birgə çəkilmiş - Fotosu
-
Azərbaycan hakerlərin hədəfində - XƏBƏRDARLIQ
-
Bazarlarda hazırlanan yağlar səhhətimizə təhlükədir, yoxsa? - VİDEO
-
Ekspertiza “Şərurlu İsfəndiyar“ın Emil Səməndərovu təhqir etdiyi qənaətinə gəlib - MƏHKƏMƏ
-
Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar
-
Nazirliyin vəzifəli şəxsinin evindən 340 min pul oğurlandı - Oğlunun sevgilisi həbs edildi
-
ABŞ döyüş təyyarələri Venesuela hava məkanında: Karakasdan qəti etiraz
-
Veysəloğlu Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib - FOTOLAR
-
Dəmirçi ailəsi “Ferrum Kapital“dan nə qədər qazanır və... qazandırır? - RƏQƏMLƏR
-
Aşıq Zülfiyyə 1 milyonluq borca düşdü - “Leksus”unu SATDI
-
315 saylı məktəbdə Müəllimlər Günü - Direktor əvəzi üçün pul yığılır?
-
“Fransız diplomatlar bizi dost yox, mənbə hesab edirdilər“ - Martin Ryanın məhkəməsi
-
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır - SİYAHI
-
“Nar” regional satış şəbəkəsini genişləndirir - Yeni mağaza Salyanda!
-
Həbsdən çıxan ata iki telefon işlədən qızının qatili oldu - VİDEO
-
Qəzaya uğrayan son model avtomobilin təhlükəsizlik yastığı açılmayıb - Səbəb nədir?
-
Rusiyadan Azərbaycana gəldi, küçədə bacısı qızının başını kəsdi - Masazırdakı dəhşətli cinayət
-
ABŞ tariflərdən ildə bir trilyon dollardan çox gəlir əldə edəcək - Tramp
-
Nazirlik tərəfindən bölgələrdə keçiriləcək qəbulların qrafiki - FOTO
-
Saç ustası olduğu deyilirdi, yenə həkimliyə başlayıb? - VIDEO
-
Kreditə görə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilərmi? - VİDEO
-
Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlər genişlənir
-
Suqovuşanın işğaldan azad edilməsindən 5 il ötür
-
Hər şeyə hazır olmaq lazımdır - PUTİN
-
İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq
-
“Balıqlara yem əvəzinə insan nəcisi verilir” - Azərbaycanda
-
Yollarda görüş məsafəsi məhdudlaşdırılacaq - Dumana görə
-
Sənədli torpaq sahələri bahalaşır - VİDEO
-
“Rusiyanın NATO-ya hücumu uydurmadır” - Putin
-
Vüsal Aslanov rəisi işdən çıxardı: “Bakı Metropoliteni“ təkzib etmişdi
-
QHT sədri saxta ordeni bu ölkə rəhbərinə təqdim edib - Deputatla birgə... + VİDEO
TOP 10
ARXİV